“Müğənnilər arasında ilk mühafizə məndə olub, amma yenə də özümə sənətkar deyə bilmərəm”
Şou-biznes 10 Yan 2023 12:30:00 339 0
"Hər ilimiz uğurlu, düşərli olsun. Mənə elə gəlir ki, torpaqlarımızın işğaldan azad olunması ilə hər bir azərbaycanlının ən böyük arzusu həyata keçib. Həyata keçməyən isə sadəcə kiçik arzularımızdır. Bu bizim sənətimizlə də bağlı ola bilər, şəxsi işlərimizlə də. Mən hər ildən yeganə bir şey istəyirəm. O da özümə, yaxınlarıma, sevənlərimə can sağlığı və rifahdır. İnanın ki, can sağlığı olmayan yerdə heç nədən danışmaq, heç nə ilə şadlanmaq olmaz. Ətrafımızda yaxşı, güvənli insanların olmasını arzulayıram. O ki, qaldı mənə... Bütün həyatımı sevənlərimə, ailəmə-oğluma, nəvələrimə həsr etmişəm. Oxumağım da, bütün yaşantım da onlar üçündür. Mən hər zaman onlar üçün yaşamışam. İnşallah ki, yeni-yeni mahnılarımla, işlərimlə, layihələrimlə tamaşaçılarımı, sevənlərimi ürəkdən sevindirəcəm".
Bu xəbəri də oxu: "Evimdə qalıb, yeməyimi yeyən, paltarımı geyinən..."
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Nisə Qasımova deyib. Xalq artisti birincilik iddiasında olan həmkarlarından da danışıb.
"Bu gün gözəl ifaçılarımız az deyil. Həm muğam, həm də estrada sahəsində yetişirlər. Hər kəsə biz pis deyə bilmərik. Hamının səhvi, günahları var. Xalqın gözü tərəzidir. Xalq bilir ki, sən birincisən yoxsa 2-ci. Şəxsən mən heç vaxt birinci olmaq istəməmişəm. Mənim üçün əsas atamın, anamın mənə verdiyi adı, dövlətimin mənə verdiyi titulu, xalqın bəxş etdiyi sevgini doğrultmaq vacib olub. Hər zaman Allaha yalvarmışam ki, insanların mənə olan hörmətini əlimdən alma. Hər şeyi pulla almaq olar. Amma sevgini, hörməti, rəğbəti almaq olmaz. Bəzən həyat insanı çox şeyə məcbur edir. Elə addımlar ata bilərsən ki, bağlı qapıların açılar, elə addım da ola bilər ki, atasan qapın ümumiyyətlə bağlı qalar. Həyat insanı elə yerə sürükləyir ki, fikirləşirsən, indiki ağlım olsaydı bu addımı atmazdım. O qədər haqsızlıqlar görmüşəm ki. O illərdə elə kədərli həyatım var idi ki. 1972-ci ildən, sənətə gəldiyim ilk günlərdən həyatımı alt-üst etmək istəyənlər var idi. Bütün mənə olunan təzyiqlərə susdum, onlara cavab vermədim. Mahnılarımla, oxuduğum əsərlərlə onlara bir növ cavab verdim" deyə sənətkar bildirib.
Nisə Qasımova insanların vəziyyətdən asılı olaraq xasiyyətlərini dəyişməsini sərt tənqid edib.
"İnsanlar çox dəyişiblər. Bəzən kiminsə puluna, xasiyyətinə görə xasiyyətlərini, xarakterlərini dəyişirlər. İnsanın xasiyyəti sənətə, vəzifəyə, peşəyə görə dəyişilməməlidir. Nə qədər yemək yesən də, bir gün doyacaqsan. O qədər milyonlarını bir gündə itirən milyonçular olub ki. Sakit, sadə bir ömür yaşasam məni heç nə qorxutmayacaq" deyə müğənni bildirib.
Rusiyada yerləşən Saxa Respublikasının (Yakutiya) ərazisində havanın tem
Ukrayna hərbçiləri ruslara qarşı hücumlarını davam etdirir və Luqansk v
"Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək ha
"TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu"
Rusiyadan qaçaraq, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıları
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat-axta
İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, İran
Baş DYP İdarəsi piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib.
Son.az qızlar arasında dünya və Avropa çempionu, FİDE ustası Pərvanə İ
Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin onunla birlikdə tutulan müa
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-
Türkiyəli model-aparıcı Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun ve
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-na olan məlumatına əsasən,
Dünən Lənkəranda baş vermiş ağır qəzada həyatını itirənlərdən bir