Əsrin sonunadək buzlaqların yarısı
Dünya 07 Yan 2023 08:08:00 351 0
Dünyada olan buzlaqların yarısı əsrin sonunadək yox olacaq. Bu, hətta orta qlobal temperaturun artmasının 1,5 dərəcə Selsi aşağı salmağa nail olunduğu halda belə baş verəcək. "Science" elmi jurnalında dərc olunan məqalədə bildirilir ki, tədqiqatda Yer kürəsi səthində mövcud olan bütün buzlaqlar barədə məlumatlar nəzərə alınıb.
Bu xəbəri də oxu: Dünyada ən çox təyyarə qəzalarının baş verdiyi 5 ölkə
Alimlərin hesablamalarına görə, əgər orta qlobal temperatur hazırkı sürətlə artmaqda davam edərsə, o halda yüzilliyin sonunadək buzlaqların üçdə ikisi məhv olacaq.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi Avropa, Qərbi Kanada və ABŞ-da yerləşən və ölçüsü 1 kvadratkilometrdən kiçik olan buzlaqlar daha çox təhlükəyə məruz qalırlar. Bu dəyişikliklər artıq indidən nəzərə çarpır: məsələn, Alp buzlaqlarının geri çəkilməsi bir neçə onillikdir ki, davam edir və hazırda bu proses sürətlənir.
Buzlaqların əriməsi qlobal istiləşmənin ən təhlükəli fəsadlarından birinin yaranmasına - dəniz səviyyəsinin artmasına səbəb olacaq. Bu, öz növbəsində, bütün dünya üzrə xeyli sahilboyu ərazilərin, eləcə də bir sıra ada dövlətlərinin ərazilərinin su altında qalması ilə nəticələnəcək.
ABŞ rəsmi Ankaranın tələbinə cavab olaraq, rəsmi sənədlərdə Türkiyə
Dünən artıq 26-cı gün idi ki, azərbaycanlı ekofəallar Xankəndi-Laçın
Norveçli deputat Kristian Tübrinq-Gedde NATO-nun baş katibi Yens Stoltenberqi
Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu -
Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə
Türkiyəli komediya ustası Hasan Can Kaya ilə məşhur müğənni Hadisə ara
Hamiləlik zamanı piqment ləkələri estrogen və progestron hormonunun fəali
Müğənni Vəfa Şərifovaya bahalı hədiyyə olunub.
Çox və ya ağır qidaların qəbulundan sonra əksər insanların bağırsaqla
Avtomobilin ehtiyat hissələrindən biri sıradan çıxanda avtomobil sahiblər
Bel hissədə baş verən ağrılar onurğada əmələ gələn patologiyalarla �
Hər il Las-Veqasda keçirilən dünyanın ən böyük texnologiya sərgisi pand