XankəndiLaçın yolu aksiyası: Deputatlar
Siyasət 07 Yan 2023 08:02:00 915 0
Dünən artıq 26-cı gün idi ki, azərbaycanlı ekofəallar Xankəndi-Laçın yolunda Azərbaycanın ekologiyasına ciddi zərər verilməsi və təbii sərvətlərimizin qanunsuz olaraq talanına qarşı etiraz aksiyası keçirirlər.
Bu xəbəri də oxu: Pakistanın baş naziri təyyarə qəzası ilə bağlı başsağlığı verib
Son.az axar.az-a istinadən bildirir ki, aksiyaya QHT nümayəndələri, media təmsilçiləri və digər ictimai fəallar da vaxtaşırı olaraq qatılır.
Maraqlıdır ki, bu 26 gündə millət vəkillərindən aksiya ərazisini kiminsə ziyarət etməsi və milli maraqlarımız naminə aksiyaçıların apardığı mücadiləyə dəstək verməsi haqda heç bir məlumat yoxdur.
Nəzərə alsaq ki, aksiyanın təşəbbüskarları ekofəallardır və əsas tələb də ekologiya ilə bağlıdır, onda sual yaranır: Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvləri indiyə qədər aksiya keçirilən əraziyə getməyə təşəbbüs göstəriblərmi?
Sözügedən komitənin üzvü Nəsib Məmmədəliyev saytımıza açıqlamasında aksiyalarda iştirak etmədiyini bildirib:
"Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası dekabrın 30-da olub. Sonra isə qış tətili başladı. Parlament səviyyəsində aksiyaya qoşulmaq təşəbbüsü olarsa, iştirak edəcəm".
Komitənin digər üzvü - millət vəkili Fatma Yıldırımla əlaqə saxlaya bilməsək də, köməkçisi Asəf Vəlizadə açıqlamasında deputatın aksiyada iştirak etmədiyini dedi: "Yaxın günlərdə iştirak edib-etməyəcəyi ilə bağlı məlumatım yoxdur".
Deputat Naqif Həmzəyev isə bu suala cavab verməkdən yayındı:
"Bu suala cavab vermirəm. Milli Məclisin mətbuat xidməti və aidiyyəti komitənin sədri var. Buna görə onlara müraciət edə bilərsiniz. Aksiyalara şəxsi münasibətimlə bağlı dəfələrlə açıqlama vermişəm".
Millət vəkili Asim Mollazadə isə sualı dinlədikdən sonra hazırda cavab vermək imkanı olmadığını bildirdi.
Qeyd edək ki, MM-in Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində Sadiq Qurbanov (sədr), Asim Mollazadə (sədr müavini), Naqif Həmzəyev, Afət Həmzəyeva, Nəsib Məhəməliyev, Anar Məmmədov, Məşhur Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım, İltizam Yusifov və Mixail Zabelin təmsil olunur.
Norveçli deputat Kristian Tübrinq-Gedde NATO-nun baş katibi Yens Stoltenberqi
Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu -
Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə
Türkiyəli komediya ustası Hasan Can Kaya ilə məşhur müğənni Hadisə ara
Hamiləlik zamanı piqment ləkələri estrogen və progestron hormonunun fəali
Müğənni Vəfa Şərifovaya bahalı hədiyyə olunub.
Çox və ya ağır qidaların qəbulundan sonra əksər insanların bağırsaqla
Avtomobilin ehtiyat hissələrindən biri sıradan çıxanda avtomobil sahiblər
Bel hissədə baş verən ağrılar onurğada əmələ gələn patologiyalarla �
Hər il Las-Veqasda keçirilən dünyanın ən böyük texnologiya sərgisi pand
Gənəcərçək yağının tərkibində çoxlu qidalandırıcı maddələr var.
Müğənni Türkan Vəlizadə yeni fotosu ilə müzakirələrə səbəb olub.
İllər ərzində qan damarlarının divarında müxtəlif zərərli maddələr
Son.az xəbər verir ki, tanınmış müğənni İlahə Fəda Moderator.az-ın