Kəmərləyici herpes
Digərləri 07 Yan 2023 08:05:00 381 0
Xəstəliyi onurğa beyni qanqleonlarında qalmış sulu çiçək virusu törədir. Çox vaxt bahar və payız ayları sporadik olaraq təsadüf edilir. Xəstəliyə ən çox 10 yaşından yuxarı şəxslərdə rast gəlinir. Xəstəliyin gizli dövrü 2-3 həftə çəkir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir: - üşütmə - qızdırma - sinir boyu ağrı - yara yerində göynəmə - yaranın sancması - qaşınma hissi - baş ağrıları. Xəstəliyin gizli dövrü başa çatdıqdan sonra dəridə 3-5 sm ölçüdə çəhrayı ləkələr əmələ gəlir. 1-2 gün ərzində ləkələrin mərkəzi içərisi şəffaf maye ilə dolu 0,1-0,3 sm böyüklükdə suluqcuqlara çevrilir. Suluqcuqlar eyni vaxtda meydana çıxsa da ləkələr 1-2 gün fasilə ilə əmələ gəldiyi üçün səpgi polimorf xarakter daşıyır. Zədələnmə ocaqlarında bir və ya bir-neçə suluq ola bilir. Onlar bir-birinə çox yaxın yerləşdikdə birləşir və zolaq əmələ gətirirlər. Xəstəlik irəlilədikcə möhtəviyyat bulanır, qırmızılılıq azalır, suluqcuqlar sanki sağlam dəri üzərində yerləşir. Suluqlar 6-8 günə quruyur, qabıqlanır və 3 həftə ərzində tökülərək yerində piqmentləşmiş dəri qalır. Xəstəlik zamanı sinirlərin zədələnməsi baş verdiyindən xəstələrdə suluq əmələ gələn nahiyələrdə ağrılar uzun müddət davam edir. Kəmərləyici herpes adından göründüyü kimi belin kəmər hissəsinə yaxın nahiyələrdə baş verir. Xəstəlik kəskin ağrılara səbəb olur. Ağrılar bəzən elə güclü olur ki, onu sakitləşdirmək çox çətin olur. Xəstəlik sağaldıqdan sonra suluqların yerində çapıq toxuma inkişaf edir.
Bu xəbəri də oxu: Pilotlar təyyarəni buna görə dənizə endirməyib Kapitan danışdı
ABŞ rəsmi Ankaranın tələbinə cavab olaraq, rəsmi sənədlərdə Türkiyə
Dünən artıq 26-cı gün idi ki, azərbaycanlı ekofəallar Xankəndi-Laçın
Norveçli deputat Kristian Tübrinq-Gedde NATO-nun baş katibi Yens Stoltenberqi
Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu -
Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə
Türkiyəli komediya ustası Hasan Can Kaya ilə məşhur müğənni Hadisə ara
Hamiləlik zamanı piqment ləkələri estrogen və progestron hormonunun fəali
Müğənni Vəfa Şərifovaya bahalı hədiyyə olunub.
Çox və ya ağır qidaların qəbulundan sonra əksər insanların bağırsaqla
Avtomobilin ehtiyat hissələrindən biri sıradan çıxanda avtomobil sahiblər
Bel hissədə baş verən ağrılar onurğada əmələ gələn patologiyalarla �
Hər il Las-Veqasda keçirilən dünyanın ən böyük texnologiya sərgisi pand
Gənəcərçək yağının tərkibində çoxlu qidalandırıcı maddələr var.