Putin Ərdoğanla danışdıqdan sonra
Siyasət 07 Yan 2023 08:22:00 371 0
Vladimir Putinin Milad bayramı ilə əlaqədar 6-7 yanvarda atəşkəs elan etməsini cənab Ərdoğanın apardığı telefon danışığının nəticəsi kimi dəyərləndirmək olar. Zelenski ilə aparılan telefon danışığı da Türkiyənin sülh istədiyini göstərir. Lakin qarşı tərəfdə müharibənin davam etməsini istəyən Avropa və ABŞ var.
Bu xəbəri də oxu: Qazaxıstanın XİN rəhbəri Ceyhun Bayramova zəng edib
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenski ilə apardığı telefon danışığı haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.
Gökçə müharibənin yazın gəlişi ilə yenidən şiddətlənə biləcəyini qeyd edib:
"Zelenskinin ABŞ-a səfəri zamanı Bayden sülhün ancaq Ukrayna qələbə qazandıqdan sonra mümkün olacağını vurğuladı və 1,85 milyard dollarlıq yardım paketini açıqladı. Dolayısı ilə bir tərəfdə Ukraynaya silah yardımı edən ABŞ, İngiltərə və digər Avropa ölkələri, o biri tərəfdə qış şərtlərinə görə yenidən hazırlaşmaq üçün Dneprin cənubuna və şərqinə çəkilən Rusiya ordusu var. Eyni zamanda Rusiyada növbəti səfərbərlik dalğasının gözlənildiyi haqqında informasiyalar yayılır. Bütün bunlar mart ayının gəlişi ilə birlikdə müharibənin yenidən şiddətlənəcəyini deməyə əsas verir. Cənab Ərdoğanın apardığı danışıqlar isə ümumi mənzərəyə müsbət təsir etdi".
Ekspert qeyd edib ki, Putin atəşkəs sərəncamını Rusiyanın sülh, ABŞ-ın isə müharibə istədiyini göstərmək üçün imzaladı:
"Fikrimcə, bütün hallarda Ukrayna ilə bağlı müsbət irəliləyişləri Türkiyənin növbəti diplomatik uğuru hesab etmək olar".
Qeyd edək ki, Moskva və Bütün Rusun Patriarxı Kirill Milad bayramına görə 6-7 yanvar tarixlərində Ukraynada atəşkəs elan edilməsi üçün çağırış etmişdi. Ərdoğanla Putinin telefon danışığı da bu ərəfəyə düşüb.
Putin sözügedən tarix üçün atəşkəs göstərişi verib.
Amöbiaz yoğun bağırsaqlarda yaraların olması, qaraciyər, ağciyər və di
ABŞ Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin müalicəsi üçün &qu
Ermənistan tərəfi Azərbaycanla sərhəd kənddə meşə yanğını ilə bağ
Xəstəliyə hər yerdə rast gəlinir. Törədicisi öküz soliteri olub, iri b
Rusiya Balkanlarda Ukrayna müharibəsi üçün muzdlu əsgərlər toplayır.
Ukrayna 2022-ci ildə beynəlxalq tərəfdaşlardan təxminən 1 trilyon qrivna
Laçın yolunda baş verənlər 10 noyabr Üçtərəfli Bəyanatın nəticəsidi
2022-ci ildə Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı 5 dəfə ar
Dünyada olan buzlaqların yarısı əsrin sonunadək yox olacaq. Bu, hətta ort
ABŞ rəsmi Ankaranın tələbinə cavab olaraq, rəsmi sənədlərdə Türkiyə
Dünən artıq 26-cı gün idi ki, azərbaycanlı ekofəallar Xankəndi-Laçın
Norveçli deputat Kristian Tübrinq-Gedde NATO-nun baş katibi Yens Stoltenberqi