Laçından Xankəndi istiqamətinə sülhməramlıların daha
Siyasət 05 Yan 2023 22:12:00 357 0
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir ədəd minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bu xəbəri də oxu: Prezident Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub
Nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin avtomobil Laçından Xankəndi istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 21 avtomobil maneəsiz hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 25 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Namazın hikmətlərindən biri də onun həm insanı günahdan saxlaması, həm
Yanvarın 7-də Oslodakı Deyxman Byorvika Mədəniyyət Mərkəzində Azərbayc
Türkiyədə vəzifəli şəxsin iş kabinetində intim görüntüləri yayılı
Almaniya hökuməti Ukraynaya "Marder" PDM-ləri vermək imkanını n�
Nəql olunur ki, Bəni-İsrail tayfasından olan Curəyh adlı cavan oğlan biya
Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların 25 gündür davam edən
Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.
ABŞ hökuməti qış aylarında Ukraynada hərbi əməliyyatların səngiyəcə
Ofislərdə bitkilərin olması orada çalışan insanların səhhətinə çox m
"Azərbaycan Müdafiə naziri, nazirliyin rəhbəliyində olan ali rütbəl
"ABŞ ilin ilk günündən başlayaraq, Azərbaycan və Ermənistan arasın