Həlledici an: Müharibəni bitirəcək zərbə
Siyasət 05 Yan 2023 21:46:00 1186 0
ABŞ hökuməti qış aylarında Ukraynada hərbi əməliyyatların səngiyəcəyini gözləmir. Üstəlik, amerikalılar yaxın gələcəkdə döyüşlərin dayanacağını qeyri-mümkün hesab edirlər.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti Çin Sədrini təbrik edib
Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" qəzeti diplomatik mənbələrə istinadən yazır.
ABŞ hesab edir ki, Qərbin mobil zirehli texnikalarının tədarükü Ukraynaya hərbi yardımın genişləndirilməsində daha bir mühüm mərhələdir.
Amerika nəşri qeyd edir ki, Qərbin zirehli texnikaları Ukrayna Silahlı Qüvvələrinə Rusiya ordusu ilə döyüşməyə və atəş altında irəliləməyə imkan verəcək.
ABŞ Prezidenti Co Bayden bundan əvvəl bildirib ki, Ukraynaya "Bradley" piyada döyüş maşınları göndərməyi düşünür. Bununla belə, bu texnikaların nə vaxt Ukraynaya göndəriləcəyi hələlik bəlli deyil. ABŞ-ın növbəti hərbi yardım paketi hazırladığı və bunun yaxın günlərdə açıqlana biləcəyi vurğulanır.
Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kiril Budanovun fikrincə, döyüşlər gələn ilin yayına qədər başa çatmalıdır. Onun sözlərinə görə, qarşıdan müharibənin həlledici dövrü gəlir.
Eyni zamanda, "Financial Times" qəzetinin proqnozuna görə, müharibə bu il boyunca davam edəcək, çünki tərəflərindən heç biri dayanmaq fikrində deyil.
Ofislərdə bitkilərin olması orada çalışan insanların səhhətinə çox m
"Azərbaycan Müdafiə naziri, nazirliyin rəhbəliyində olan ali rütbəl
"ABŞ ilin ilk günündən başlayaraq, Azərbaycan və Ermənistan arasın
Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının m
Bu il Həcc ziyarətinə getmək istəyən Səudiyyə Ərəbistanında yaşayan
Rusiyalı rejissor, RSFSR xalq artisti Nikita Mixalkov koronavirusa yoluxaraq a�
İran ali rəhbərinin yanvarın 4-də qadınların baş örtüyü mövzusunda �
Qaraciyərdə sirroza kimi gətirib çıxaran alkoqol içkilər - samoqon və ar
Plastik qabları 80º C və daha artıq qızdırdıqda onlardan zərərli kimyə
Britaniya alimləri müasir insanların gündəlik yediyi sevimli qidalarnın x�
Ayə və hədislərdən istifadə edərək bu nəticəyə gəlinir ki, bir-birin
İnsan orqanizmində hipotalamusda və mədədə hazırlanan xüsusi "qreli
Həzrət Rəsulullahın (s.ə.v) qızı Həzrət Fatimə (s.ə) atasından soru�
İnsanların yaşı artıqca damarlarda tromb yaranma riski daha da artır. Bəz