Rusiyanın Azərbaycandakı səfiri XİNə çağırıldı
Siyasət 28 Yan 2025 21:41:00 80 0
28 yanvar 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
Bu xəbəri də oxu: XİN rəhbəri: Azərbaycan İsrailFələstin münaqişəsində iki dövlətli həll yolunun tərəfdarıdır
Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli və ölkəmizi hədəf alan yazıların dərc olunması və reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.
"Azərbaycan Hava Yollarına" məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.
Yerli mətbu orqanında "Rus evi" ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib. Son.az
"Mən arzulayıram ki, bütün Azərbaycan gəncləri biri-birinə özləri
Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivə
Xəbər verdiyimiz kimi, "Ford"un rəsmi saytında öz avtomobilləri
İranın nüvə obyektlərinə hücum etmələri İsrail və ABŞ-ın ağılsız
Xudat şəhərində 1979-cu il təvəllüdlü Kənan evlənmək məqsədilə yet
Paşinyan Ermənistanın milli təhlükəsizlik strategiyasında dəyişiklik et
Ölkə üzrə avtomobillərin 45 faizi Bakı və Abşeron qeydiyyatındadır.
44 günlük Vətən müharibəsində qardaşı şəhid olduğu üçün ifaçıl�
Son vaxtlar bəzi klinikalarda aparılan yoxlamalar, xüsusilə, estetik cərrah
"Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygwn Kazımova şou-əhlini başına yı�
İstanbulda özbəkistanlı iş adamı A.K. 2,5 milyon pul qarşılığında qa�
Komitə sədri yas mərasimlərindən danışdı