Miqrasiya Məcəlləsinə dəyişiklik təsdiqləndi
Siyasət 28 Yan 2025 16:34:00 88 0
Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşib.
Bu xəbəri də oxu: Fransa: bir dövrün sonu?
Son.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Belə ki, dəyişikliyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə həmin şəxsin orada yerləşdirilməsi müddətinin başa çatmasına 1 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyət orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar qəbul ediləcək.
Həmçinin, mərkəzdə saxlanılanların yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar ora daxil olduqda dərhal icra edilməlidir.
Məcəlləyə əlavə edilən maddələrə görə, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda müəyyən olunmuş müddət başa çatdıqda və bu müddət uzadılmadıqda mərkəzin rəisi müvafiq qərar olmadan protokol tərtib edəcək və bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin orada məcburi yerləşdirilməsi barədə qərar qəbul etmiş vəzifəli şəxsə və ya hakimə məlumat verməklə şəxsi azad edəcək.
Son.az
Dacia Sandero 2024-cü ildə Avropanın ən çox satılan avtomobili olub.
Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez ABŞ Prezidenti Donald Tra
Prezident İlham Əliyev "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haq
Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi,
Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə
Prokuror köməkçisi Mirdamət Əliyev, dövlət ittihamçıları Vaqif Əsədo
Ülviyyə Namazova və Rəqsanə İsmayılova arasında olan qalmaqal böyüməy
Maria adlı qız şor, təndir çörəyi və feyxoa limonadını çox bəyəndiy
"İndra Turkey Teknolojileri Çözümleri Ticaret Anonim Şirketi"nin
ABŞ-də Trump araşdırmasında iştirak edən işçilər işdən çıxarılıb
İqtisad Universitetinin Dərbənd filialının 2023-2024 tədris ili üzrə mə
Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə qə
Xəbər verdiyimiz kimi Rusiya tərəfindən beynəlxalq axtarışa verilən Kra