Serbiya baş naziri istefa verdi FOTOlar
Dünya 28 Yan 2025 16:14:00 83 0
Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verib.
Bu xəbəri də oxu: Ermənipərəst senatora hökm oxundu
Son.az xarici mediaya istinadla xəbər verir ki, nazir Novi Sadda baş verən qatar qəzası və onun ardınca ölkədə genişlənən etiraz dalğası səbəbindən istefa verib. Qəza nəticəsində 15 nəfər həyatını itirib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.
Baş nazirin istefası ilə yanaşı, nəqliyyat naziri Qoran Vesiç, ticarət naziri Tomislav Momiroviç və dəmiryolunun baş direktoru Jelena Tanaskoviç də vəzifələrindən gediblər.
2024-cü il noyabrın 1-də Novi Sad qatar stansiyasında beton talvarın uçması böyük faciəyə səbəb olub. Bu hadisədən sonra hökumətə qarşı narazılıqlar artıb, tələbələr və vətəndaşlar "Serbiya Stop" şüarı altında etiraz aksiyaları təşkil ediblər.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində nazir Qoran Vesiç də daxil olmaqla 11 nəfər saxlanılıb. Prezident Aleksandar Vuçiç etiraz edən tələbələri dialoqa dəvət edib və məsul şəxslərin cəzalandırılacağını bildirib.
"Faciədən sonra əlimizdən gələni etdik, hər zaman qurbanların ailələrinin yanında olduq", - deyə Vuçiç açıqlamasında vurğulayıb. O, həmçinin 13 tələbə və 1 akademikin əfv olunması üçün qərar imzalamağa hazır olduğunu qeyd edib.
Fidan Son.az
Prokuror köməkçisi Mirdamət Əliyev, dövlət ittihamçıları Vaqif Əsədo
Ülviyyə Namazova və Rəqsanə İsmayılova arasında olan qalmaqal böyüməy
Maria adlı qız şor, təndir çörəyi və feyxoa limonadını çox bəyəndiy
"İndra Turkey Teknolojileri Çözümleri Ticaret Anonim Şirketi"nin
ABŞ-də Trump araşdırmasında iştirak edən işçilər işdən çıxarılıb
İqtisad Universitetinin Dərbənd filialının 2023-2024 tədris ili üzrə mə
Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə qə
Xəbər verdiyimiz kimi Rusiya tərəfindən beynəlxalq axtarışa verilən Kra
Son günlər mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydan bə
Alaqanqal çayı (Milk Thistle tea) qaraciyər sağlamlığı üçün ən çox t
Gündəlik həyatdan və manipulyasiyadan bezmiş insanlar var. Bütün bunlard
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) "Azər-Türk Med&qu
Sabah ölkədə bələdiyyə seçkiləri keçiriləcəyi üçün bu gün bir sı