Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitlə bağlı nəzarət tədbirlərinin qaydası hazırlanacaq
Siyasət 28 Yan 2025 16:24:00 74 0
Prezident İlham Əliyev "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 85-VIIQD nömrəli Qanununun tətbiqi və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Bu xəbəri də oxu: Fransa: bir dövrün sonu?
Son.az xəbər verir ki, Fərmana əsasən, dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydası hazırlanacaq.
Nazirlər Kabineti Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Eyni zamanda Nazirlər Kabineti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsaitin xərclənməsi normalarını və qaydalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Son.az
Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi,
Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə
Prokuror köməkçisi Mirdamət Əliyev, dövlət ittihamçıları Vaqif Əsədo
Ülviyyə Namazova və Rəqsanə İsmayılova arasında olan qalmaqal böyüməy
Maria adlı qız şor, təndir çörəyi və feyxoa limonadını çox bəyəndiy
"İndra Turkey Teknolojileri Çözümleri Ticaret Anonim Şirketi"nin
ABŞ-də Trump araşdırmasında iştirak edən işçilər işdən çıxarılıb
İqtisad Universitetinin Dərbənd filialının 2023-2024 tədris ili üzrə mə
Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə qə
Xəbər verdiyimiz kimi Rusiya tərəfindən beynəlxalq axtarışa verilən Kra
Son günlər mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydan bə
Alaqanqal çayı (Milk Thistle tea) qaraciyər sağlamlığı üçün ən çox t
Gündəlik həyatdan və manipulyasiyadan bezmiş insanlar var. Bütün bunlard