Namaz günahların qarşısında möhkəm sipərdir


Digərləri 05 Yan 2023 22:10:00 357 0

Namaz günahların qarşısında möhkəm sipərdir

Namazın hikmətlərindən biri də onun həm insanı günahdan saxlaması, həm də keçmiş günahlarının bağışlanmasına səbəb olmasıdır. Başqa ifadə ilə desək, namaz bir növ insanı günahdan sığortalayır və onu ən əzəmətli şəxsə - Allaha qovuşdurur. Bu haqda Qurani-kərimdə oxuyuruq:

اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلوةَ إِنَّ الصَّلوةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ "(Ya Rəsulum!) Qur'anda sənə vəhy olunanı oxu və (vaxtlı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!"("Ənkəbut", 45.) Başqa bir ayədə isə Allah-taala namaz qılmağa təkid edərək xeyir işlərin (xüsusi ilə namazın) günahları aradan aparmasını önə çəkir: إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ "Həqiqətən, (beş vaxt qılınan namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)"("Hud", 114.). İmam Sadiq (ə) bir misal çəkməklə namazın insan günahlarını necə aradan aparmasına aydınlıq gətirir. "Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orda beş dəfə yuyunsa, onun bədənində çirk qalarmı? Həqiqətən, namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma, bir şəxsin imandan çıxıb, kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar"("Bihar əl-ənvar", c. 82, səh. 236.). Namaz insanı qəflətdən uzaqlaşdırır İnsanın yaradılışında əsas məqsəd Allaha pərəstiş etməkdir. Bu çərçivədən kənara çıxan şəxs Allaha qarşı çıxaraq bəndəlik vəzifəsinə xəyanət etmiş olur. Belə olan halda, insanların yadına kim olduqlarını, niyə yaradıldıqlarını, əsas vəzifələrinin nədən ibarət olduğunu yada salmaq üçün bir vasitəyə ehtiyac duyulur. Qurani-kərimin buyuruğuna əsasən insanları qəflətdən oyadan vasitələrdən biri də namazdır. إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلوةَ لِذِكْرِي "Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!"("Taha", 14.) Rəsuli-əkrəm (s) qəflətdə olan insanları məzəmmət edərək buyurur: "Sanki bu dünyada haqq bizə yox, başqalarına vacib, ölüm isə başqaları üçün təyin edilmişdir. Sanki, dəfn mərasimlərində iştirak etdiyimiz şəxslər müsafirlərdirlər və tezliklə yanımıza qayıdacaqlar. Cəsədlərini qəbrə qoyur, miraslarını mənimsəyirik. Sanki biz bu dünyada qalası olasıyıq. Bütün nəsihətləri unudur və baş verən hadisələr qarşısında özümüzü amanda hiss edirik"("Nəhcul-fəsahə", "Qəflət" bölümü.). Bütün təbii fəlakətlərdən, baş verən amansız hadisələrdən ibrət alanlar inanc əhli olan namaz qılanlardır. Onlar öz haylarına qalır və Qiyamət günündə heç bir şəxsin imdadına yetə bilməyəcəklərini bilirlər. Qurani-kərim bunu çox gözəl açıqlayır: وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَى حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَى إِنَّمَا تُنذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالغَيْبِ وَأَقَامُوا الصَّلوةَ وَمَن تَزَكَّى فَإِنَّمَا يَتَزَكَّى لِنَفْسِهِ وَإِلَى اللَّهِ الْمَصِيرُ "Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!"("Fatir", 18.)

Norveçdə Qarabağ ornamentlərilə işlənmiş geyimlər like
  • 05 Yan 22:06  
Digərləri Norveçdə Qarabağ ornamentlərilə işlənmiş geyimlər

Yanvarın 7-də Oslodakı Deyxman Byorvika Mədəniyyət Mərkəzində Azərbayc

arrow Ətraflı
Gömrükdə yüksək vəzifəli məmurun intim like
  • 05 Yan 21:57  
Dünya Gömrükdə yüksək vəzifəli məmurun intim

Türkiyədə vəzifəli şəxsin iş kabinetində intim görüntüləri yayılı

arrow Ətraflı
Qara zirənin faydaları like
  • 05 Yan 21:55  
Digərləri Qara zirənin faydaları

Bu bitki haqda Məhəmməd peyğəmbər (s.ə.v) demişdir:

arrow Ətraflı
Ukraynadan Putinin atəşkəs qərarına like
  • 05 Yan 21:54  
Siyasət Ukraynadan Putinin atəşkəs qərarına

İkiüzlülüyü özünüzə saxlayın.

arrow Ətraflı
"Sputnik"in baş redaktoru like
  • 05 Yan 21:53  
Siyasət "Sputnik"in baş redaktoru

"Sputnik" agentliyinin Litva üzrə bölməsinin baş redaktoru Marat

arrow Ətraflı
Almaniya Ukraynaya "Marder"ləri like
  • 05 Yan 21:52  
Siyasət Almaniya Ukraynaya "Marder"ləri

Almaniya hökuməti Ukraynaya "Marder" PDM-ləri vermək imkanını n�

arrow Ətraflı
Əfqanıstanda güclü zəlzələ like
  • 05 Yan 21:51  
Dünya Əfqanıstanda güclü zəlzələ

Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Ananı unutmağın aqibəti like
  • 05 Yan 21:50  
Digərləri Ananı unutmağın aqibəti

Nəql olunur ki, Bəni-İsrail tayfasından olan Curəyh adlı cavan oğlan biya

arrow Ətraflı
Petrosyanın etirafı yayıldı: like
  • 05 Yan 21:48  
Siyasət Petrosyanın etirafı yayıldı:

Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların 25 gündür davam edən

arrow Ətraflı
Azərbaycan Ordusu dünya miqyasında like
  • 05 Yan 21:47  
Siyasət Azərbaycan Ordusu dünya miqyasında

Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.

arrow Ətraflı
Həlledici an: Müharibəni bitirəcək zərbə like
  • 05 Yan 21:46  
Siyasət Həlledici an: Müharibəni bitirəcək zərbə

ABŞ hökuməti qış aylarında Ukraynada hərbi əməliyyatların səngiyəcə

arrow Ətraflı
Bitkilər ofis işçilərinin səhhətini qoruyur like
  • 05 Yan 21:45  
Digərləri Bitkilər ofis işçilərinin səhhətini qoruyur

Ofislərdə bitkilərin olması orada çalışan insanların səhhətinə çox m

arrow Ətraflı
Azərbaycan generalları niyə hərbi hissələrə like
  • 05 Yan 21:44  
Digərləri Azərbaycan generalları niyə hərbi hissələrə

"Azərbaycan Müdafiə naziri, nazirliyin rəhbəliyində olan ali rütbəl

arrow Ətraflı
ABŞ ilin ilk günlərindən hərəkətə keçdi  Cənubi Qafqazda like
  • 05 Yan 21:43  
Siyasət ABŞ ilin ilk günlərindən hərəkətə keçdi Cənubi Qafqazda

"ABŞ ilin ilk günündən başlayaraq, Azərbaycan və Ermənistan arasın

arrow Ətraflı
Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanla bağlı like
  • 05 Yan 21:42  
Siyasət Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanla bağlı

Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının m

arrow Ətraflı