Ananı unutmağın aqibəti


Digərləri 05 Yan 2023 21:50:00 310 0

Ananı unutmağın aqibəti

Nəql olunur ki, Bəni-İsrail tayfasından olan Curəyh adlı cavan oğlan biyabanda xüsusi bir yerdə ibadətlə məşğul olardı. Onun bu ibadət və bəndəliyini görən bir çoxları, o cümlədən də dövrün padşahı Curəyhə mürid olmuşdular.

Bir gün anası Curəyhi görmək üçün biyabana, onun ibadət yerinə gəlir. O, həmişəki adəti üzrə yenə də ibadətlə məşğul idi. Anası onu çox səslədi. Amma Curəyh namazını kəsib ona cavab vermədi. (Həzrət Məhəmməd (s) buyurdu: "Əgər Curəyh alim olsaydı, müstəhəbbi namazı kəsib anaya cavab verməyin savabının daha çox olduğunu bilərdi.) Anası onu qarğıyıb dedi: "Ey oğul! Səni görüm fasiqlərə tay olmamış bu dünyadan getməyəsən. Mən bu uzun-uzadı yolu səni görmək üçün gəlmişəm. Səni nə qədər səsləyirəmsə də cavab vermirsən, qapını da üzümə açmırsan." Qadın bunu deyib getdi. O dövrün abidləri camaatın, o cümlədən də padşahın Curəyhə olan xüsusi məhəbbətindən xəbərdar idilər. Ona görə də Curəyhə paxıllıq edirdilər. Elə bu səbəbdən də onu öldürmək qərarına gəldilər. Onlar əxlaqsız bir qadına pul verib dedilər: "Sənin uşağın dünyaya gələn kimi, onu Curəyhin ibadətgahına apar. De ki, qeyri-qanuni doğulan bu uşağın atası sənsən və mən onu böyüdə bilmərəm." Əxlaqsız qadın abidlərin qoyduğu şərti və pulu qəbul etdi. O, öncədən deyildiyi kimi, uşağı bir parçaya büküb Curəyhin ibadətgahına yollandı. Üzünü Curəyhə tutub dedi: "Ey abid! Bu uşaq səndən törəyib. Onu böyüdüb başa çatdırmaq da sənin vəzifəndir." Curəyhin düşmənlərindən bir neçəsi həmin uşağı padşahın hüzuruna aparıb dedilər: "Gördüyünüz bu uşaq qeyri-qanuni yolla Curəyhdən törəyib. Elə bir şəxsdən ki, padşahın özü onun xüsusi müridlərindəndir. Padşah bu barədə heç bir araşdırma aparmadan Curəyhin ibadətgahını dağıtdırdı. Curəyhin də əl-ayağını zəncirləyib sürüyə-sürüyə padşahın yanına apardılar. Padşah əmr etdi: Camaata xəbər verin bir yerə toplaşsınlar. Qoy hamı onun dar ağacından asıldığını görüb, ibrət alsınlar.("Cameən-nurin".) Bəli! Budur anaya diqqətsizliyin acı aqibəti; övlad sevgisi ilə coşub-daşan ana ürəyini incitməyin nəticəsi; Curəyh, ana qarğışı ilə elə bir səviyyəyə çatdı ki, dar ağacından asılan zaman fasiqlər onun ətrafına yığılıb, üzünə tüpürürdülər.

Petrosyanın etirafı yayıldı: like
  • 05 Yan 21:48  
Siyasət Petrosyanın etirafı yayıldı:

Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların 25 gündür davam edən

arrow Ətraflı
Azərbaycan Ordusu dünya miqyasında like
  • 05 Yan 21:47  
Siyasət Azərbaycan Ordusu dünya miqyasında

Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.

arrow Ətraflı
Həlledici an: Müharibəni bitirəcək zərbə like
  • 05 Yan 21:46  
Siyasət Həlledici an: Müharibəni bitirəcək zərbə

ABŞ hökuməti qış aylarında Ukraynada hərbi əməliyyatların səngiyəcə

arrow Ətraflı
Bitkilər ofis işçilərinin səhhətini qoruyur like
  • 05 Yan 21:45  
Digərləri Bitkilər ofis işçilərinin səhhətini qoruyur

Ofislərdə bitkilərin olması orada çalışan insanların səhhətinə çox m

arrow Ətraflı
Azərbaycan generalları niyə hərbi hissələrə like
  • 05 Yan 21:44  
Digərləri Azərbaycan generalları niyə hərbi hissələrə

"Azərbaycan Müdafiə naziri, nazirliyin rəhbəliyində olan ali rütbəl

arrow Ətraflı
ABŞ ilin ilk günlərindən hərəkətə keçdi  Cənubi Qafqazda like
  • 05 Yan 21:43  
Siyasət ABŞ ilin ilk günlərindən hərəkətə keçdi Cənubi Qafqazda

"ABŞ ilin ilk günündən başlayaraq, Azərbaycan və Ermənistan arasın

arrow Ətraflı
Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanla bağlı like
  • 05 Yan 21:42  
Siyasət Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanla bağlı

Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının m

arrow Ətraflı
Həcc ziyarətinə getmək istəyənlərin like
  • 05 Yan 21:41  
Dünya Həcc ziyarətinə getmək istəyənlərin

Bu il Həcc ziyarətinə getmək istəyən Səudiyyə Ərəbistanında yaşayan

arrow Ətraflı
Xüms və zəkat like
  • 05 Yan 21:40  
Digərləri Xüms və zəkat

İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi, ictimai və iqdis

arrow Ətraflı
Nikita Mixalkov ağır vəziyyətdə xəstəxanaya like
  • 05 Yan 21:39  
Dünya Nikita Mixalkov ağır vəziyyətdə xəstəxanaya

Rusiyalı rejissor, RSFSR xalq artisti Nikita Mixalkov koronavirusa yoluxaraq a�

arrow Ətraflı
İranda baş örtüyü tələbi ləğv olunur? Dini liderin açıqlamasında like
  • 05 Yan 21:37  
Siyasət İranda baş örtüyü tələbi ləğv olunur? Dini liderin açıqlamasında

İran ali rəhbərinin yanvarın 4-də qadınların baş örtüyü mövzusunda �

arrow Ətraflı
Samoqon yoxsa araq?  Qaraciyər üçün ən təhlükəli like
  • 05 Yan 21:35  
Digərləri Samoqon yoxsa araq? Qaraciyər üçün ən təhlükəli

Qaraciyərdə sirroza kimi gətirib çıxaran alkoqol içkilər - samoqon və ar

arrow Ətraflı
Plastik qabların ziyanı like
  • 05 Yan 21:30  
Digərləri Plastik qabların ziyanı

Plastik qabları 80º C və daha artıq qızdırdıqda onlardan zərərli kimyə

arrow Ətraflı
Hər kəsin sevdiyi bu ərzaqlar xərçəngin real səbəbidir like
  • 05 Yan 21:25  
Digərləri Hər kəsin sevdiyi bu ərzaqlar xərçəngin real səbəbidir

Britaniya alimləri müasir insanların gündəlik yediyi sevimli qidalarnın x�

arrow Ətraflı
Islamda məhrəmnaməhrəm münasibətləri like
  • 05 Yan 21:20  
Digərləri Islamda məhrəmnaməhrəm münasibətləri

Ayə və hədislərdən istifadə edərək bu nəticəyə gəlinir ki, bir-birin

arrow Ətraflı