Quran ayəsi: imam Əli, yoxsa düşməni barəsində?


Digərləri 29 Dek 2022 23:50:00 274 0

Quran ayəsi: imam Əli, yoxsa düşməni barəsində?

Həzrət Əlinin (ə) elə öz sağlığında və vəfatından dərhal sonra onun əleyhinə güclü əks-təbliğat aparılırdı. Müaviyə və onun xələfləri Peyğəmbərin (s) sünnəsi ilə özü istədiy kimi davranır, o həzrətin mübarək kəlamlarından bir hissəsini dəyişdirir, bir hissəsini yaddaşlardan silərək nəql olunmasını qadağan edir, yalançı hədislərin uydurulmasına şərait yaradırdılar.

Quran ayələrini təhrif etmək mümkün olmadığı üçün onların yanlış təfsiri istiqamətində güclü iş aparılırdı. Ayələri Əməvi rejiminin siyasətinə uyğun olaraq təfsir etmək üçün dünya nemətlərinə aludə olan bir qrup şəxs səfərbər edilmişdi. Bu şəxslər Müaviyənin pulu hesabına durmadan yeni-yeni hədis və rəvayətlər uydurur, bunların vasitəsilə ayələrə istədikləri cür izah verirdilər.

Belə şəxslərdən biri də Səmürə ibn Cündəb idi. O, əslən bəsrəli idi, atası vəfat edəndən sonra anası ilə birlikdə Mədinədə məskunlaşmışdı. Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında Səmürə ilə ənsardan olan qonşusu arasında xurma ağacı üstündə yaranmış mübahisə gedişində Peyğəmbərin Səmürəyə qəzəblənməsi və onun ziyanına hökm çıxarması tarix kitablarında ətraflı qeyd edilib (bu barədə saytımızda yazmışdıq http://az.islam.az/article/a-377.html).

Müaviyənin və Yezidin hakimiyyəti zamanı Səmürə Kufədə darğa vəzifəsində xidmət edirdi. O zamanın inzi¬bati bölgüsünə görə, Kufə valisi həm də Bəsrəyə nəzarət edirdi. Müaviyənin vali təyin etdiyi Ziyad ibn Əbihi ilin 6 ayını Kufədə, 6 ayını isə Bəsrədə qalırdı, Kufədə olduğu vaxtlar Səmürəni Bəs-rədə özünə canişin qoyurdu. Səmürə Əhli-beytə ədavəti ilə məşhur idi, Həzrət Əlinin (ə) və övladlarının dostlarını müxtəlif bəhanələrlə aradan götürürdü. Səmürənin insan qanı tökməyə nə qədər həris olması hətta Müaviyədə heyrət yaradırdı. Şafii alimi İbn Əbil-hədid "Nəhcül-bəlağə"yə yazdığı şərhdə qeyd edir ki, İmam Hüseyn (ə) Kufəyə sarı gələndə Səmürə ibn Cündəb camaatı Onun əleyhinə qızışdırır və İbn Ziyadın qoşununa qatılmağa çağırırdı.

Bir gün Müaviyə Səmürə ibn Cündəbə 100 min dirhəm pul göndərib tələb etdi ki, Qurani-kərimdəki "İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqın-dakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır" ayəsinin (Bəqərə, 204) guya Əli ibn Əbutalib (ə) barəsində, ardınca gələn "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır" ayəsinin (Bəqərə, 207) isə o həz¬rəti şəhid etmiş Əbdürrəhman ibn Mülcəm barəsində nazil olduğu haqqında Peyğəmbərdən yalan hədis uydurub, xütbə zamanı camaat üçün söyləsin. (Halbuki, məhz ikinci ayə Imam Əlinin (ə) şənində nazil olmuşdur və bütün təfsir alimləri bunu təsdiq etməkdədirlər). Səmürə verilən məbləğlə razılaşmayıb təklifi rədd etdi. Müaviyə məbləği ikiqat artırıb 200 min dirhəm göndərdi. Səmürə yenə mənfi cavab verdi. Müaviyə məbləği bir qədər də artırıb 300 min dirhəm təklif etdi. Amma cavab mənfi oldu. Axırda Müaviyə pulu 400 min dirhəmə çatdırdı. Bu dəfə Səmürə razı olub, onun istədiyi yalan hədisi camaat üçün rəvayət etdi (Şeyx Abbas Qummi. Səfinət əl-Bihar, I, 655).

İbn Əbil-hədid yazır ki, hicri IV əsrin əvvəllərində yaşamış Niftəveyh ləqəbli məşhur ədib İbn Ərəfə bu barədə demişdir: "Səhabələrin fəziləti barədə yalançı hədislərin çoxu Bəni-Üməyyənin zamanında, onlara yaxın olmaq və yaltaqlanmaq məqsədilə uydurulmuşdu. Bunu edənlər Bəni-Haşimi əksiltdiklərini düşünürdülər" (İbn Əbil-hədid. Şərh Nəhc əl-bəlağə, XI, 46).

O dövrdə Peyğəmbərin (s) adından uydurulmuş bəzi hədislər öz məzmununa görə, həqiqətən, gülüş doğurur:

"Şübhəsiz, Allah öz vəhyini üç nəfərə əmanət edib: mənə, Cəbrailə və Müaviyəyə".

"Allah yanında əmin (əmanətdar, etibarlı) olanlar yeddidir: lövhi-məhfuz, qələm, Israfil, Mikail, Cəbrail, Mühəmməd və Müaviyə".

"Mən elmin şəhəriyəm, Əli onun qapısı, Müaviyə isə bu qapının halqasıdır".

"Ey Müaviyə! Sən məndənsən, mən də səndənəm".

"Müaviyə ibn Əbu Süfyan mənim sirdaşımdır".

"Ümmətimin içində ən helmli və səxavətli olan Müaviyə ibn Əbu Süfyandır".

Bu hədislər nə qədər gülüncdürsə, onları özündən sonrakılar üçün rəvayət edən ravilərin, onları eşidib inanan şəxslərin, bu hədisləri öz kitablarında yerləşdirən müəlliflərin halı bundan da gülüncdür!

Hirs, qəzəb və depressiya qaraciyər xəstəliyinin əlamətidir like
  • 29 Dek 23:45  
Digərləri Hirs, qəzəb və depressiya qaraciyər xəstəliyinin əlamətidir

İnsanın emosional durumu, hissləri, neqativ olması və ağlaması onun qarac

arrow Ətraflı
Peyğəmbərin möcüzəsi yalnız Qurandırmı? like
  • 29 Dek 23:40  
Digərləri Peyğəmbərin möcüzəsi yalnız Qurandırmı?

Möcüzə "əcz" kökündəndir, "acizlik duyulan məsələ"

arrow Ətraflı
Tarif Şurası daha 202 dərmanın qiymətini dəyişdi like
  • 29 Dek 23:35  
Digərləri Tarif Şurası daha 202 dərmanın qiymətini dəyişdi

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq q

arrow Ətraflı
Bəxtiyar Hacıyevin məhkəmədən ilk görüntüsü yayıldı  FOTO like
  • 29 Dek 23:32  
Digərləri Bəxtiyar Hacıyevin məhkəmədən ilk görüntüsü yayıldı FOTO

Bu gün Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dust

arrow Ətraflı
Bu 3 əlamət bağırsaqda şişin böyüdüyünü göstərir like
  • 29 Dek 23:30  
Digərləri Bu 3 əlamət bağırsaqda şişin böyüdüyünü göstərir

Əgər siz tualetə tez-tez gedirsizsə, nəcisdə, unitazda qan görürsüzsə,

arrow Ətraflı
Gündə cəmi 4 dəqiqə ilə ömrü necə uzatmalı? like
  • 29 Dek 23:25  
Digərləri Gündə cəmi 4 dəqiqə ilə ömrü necə uzatmalı?

Rusiyalı onkoloq həkim insanlara müntəzəm qıza fiziki aktivlik hərəkətl

arrow Ətraflı
Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz like
  • 29 Dek 23:20  
Digərləri Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz

Hədisin başqa növləri də vardır ki, aşağıda onlardan bəziləri haqqın

arrow Ətraflı
Ürəyi sağlam saxlamaq üçün nə etməliyik? like
  • 29 Dek 23:15  
Digərləri Ürəyi sağlam saxlamaq üçün nə etməliyik?

Ürəyimizin döyüntüsü varlığımızın səsidir. Nə qədər ki, ürəyimi

arrow Ətraflı
Allahın bəndəsindən razı olmasının nişanəsi nədir? like
  • 29 Dek 23:10  
Digərləri Allahın bəndəsindən razı olmasının nişanəsi nədir?

Bu dünyada Allahın bəndəsindən razı olub-olmamasının nişanəsi, İlahi

arrow Ətraflı
İşdə tükənmişlik sindromunun əlamətləri like
  • 29 Dek 23:05  
Digərləri İşdə tükənmişlik sindromunun əlamətləri

"Peşə tükənməsinin simptomları müxtəlif ola bilər - bu, yalnız em

arrow Ətraflı
Bakıda evli gəlinlə tutulan oğlan özünü like
  • 29 Dek 23:04  
Digərləri Bakıda evli gəlinlə tutulan oğlan özünü

Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.

arrow Ətraflı
Maştağada ər arvadı qətlə yetirib, daha sonra like
  • 29 Dek 23:02  
Digərləri Maştağada ər arvadı qətlə yetirib, daha sonra

Dekabrın 29-u saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəs

arrow Ətraflı
Toksikoloq: Zəhərlənən şəxsə qatıq verməyin like
  • 29 Dek 23:01  
Digərləri Toksikoloq: Zəhərlənən şəxsə qatıq verməyin

Qida zəhərlənməsi ilə bütün fəsillərdə rastlaşmaq mümkündür. Payı

arrow Ətraflı
Haram tikədən imtina edənlərin özəl mükafatı like
  • 29 Dek 22:55  
Digərləri Haram tikədən imtina edənlərin özəl mükafatı

Haram tikədən imtina edənlərə veriləcək 6 mükafat. Hədislərə əsasən

arrow Ətraflı
Bərdədə mənzildə meyit like
  • 29 Dek 22:53  
Digərləri Bərdədə mənzildə meyit

Bərdədə mənzildə meyit tapılıb.

arrow Ətraflı