Peyğəmbərin möcüzəsi yalnız Qurandırmı?


Digərləri 29 Dek 2022 23:40:00 374 0

Peyğəmbərin möcüzəsi yalnız Qurandırmı?

Möcüzə "əcz" kökündəndir, "acizlik duyulan məsələ" mənasını verir. Yəni möcüzə elə əməldir ki, Allahın izni olmadan onu etmək mümkün deyil, peyğəmbərlərdən və onların canişinlərindən savayı başqa insanlar bunu yerinə yetirməyə acizdirlər. Yalançı birisi möcüzə göstərəcəyini iddia etsə, Allah onun iddiasını puç, özünü rüsvay edər.

Necə ki, yalançı Müseylimə Həzrət Mühəmməd Peyğəmbərin (s) möcüzəsini təkrar etmək məqsədi ilə bir gözü kor olan adamın gözünə əlini çəkdi, adamın gözü açılmaq əvəzinə o biri gözü də kor oldu. Müseylimə eşitmişdi ki, Peyğəmbərin (s) ağzının suyu möcüzəvi xüsusiyyətə malikdir. O da elan etdi ki, qurumaqda olan quyuya tüpürsə, su gələr. Suyu azalan quyuya tüpürdü, nəinki su çoxalmadı, əksinə, quyu tamam qurudu...

Möcüzə peyğəmbərliyin sübutlarından biridir. Keçmiş peyğəmbərlərin bir çox mözücəsi Quranda xatırlanır. Həzrət İbrahim (ə) üçün tonqalın sərin olması, Həzrət Musanın (ə) sehrli əsası, Həzrət İsanın (ə) ölüləri diriltməsi və s.

Peyğəmbərlərin möcüzələri adətən zəmanəyə uyğun olurdu. Hər zəmanədə hansı sahə dəbdə idisə, hansı sahənin mütəxəssisləri ən bacarıqlı sayılırdısa, o dövrün peyğəmbəri həmin sahədə hamını geridə qoyan bir möcüzə ilə göndərilirdi. Həzrət Musanın (ə) zamanında Misir sehr və cadunun vətəni sayılırdı. Ona görə o həzrət əjdəhaya dönən, dənizi yaran əsa ilə silahlandı və sehrbazlara qalib gəldi. Həzrət İsanın (ə) dövründə tibb və əczaçılıq özünün yüksək inkişaf mərhələsini yaşayırdı. O həzrət ölüləri diriltmək, sağalmaz xəstələrə şəfa vermək yolu ilə bütün təbibləri arxada buraxdı və tibb elmini aciz qoydu. Allahın son Elçisinin (ə) əsrində Ərəbistanda söz və şeir sənəti ən gözəl sənət sayılırdı. Ərəblərin canı-qanı ədəbiyyatla yoğrulmuşdu, qəbilələr öz şairləri ilə tanınırdı. Belə bir şəraitdə Quran ən azından öz bədii ecazkarlığı ilə şairlərə meydan oxudu və onunla yarışmaq xəyalına düşən hər kəsi aciz qoydu.

Təəssüf ki, dini maarifdən xəbəri olmayan, özündən yenilik yaratmaq fikrinə düşən bəziləri Peyğəmbərin (s) Qurandan başqa möcüzəsi olmadığını söyləyirlər. Deyirlər ki, Həzrət Mühəmmədin (s) yeganə möcüzəsi Qurandır.

O həzrətin möcüzələri içində ən böyüyü və ən parlağı, əlbəttə ki, Qurandır. Lakin bu həqiqət o həzrətin başqa möcüzələrinin olmasına maneçilik törətməz. Dinimizdə belə bir qanun yoxdur ki, bir peyğəmbərin yalnız bir möcüzəsi olmalıdır. Həzrət Musa (ə) həm ilana dönən əsa ilə, həm də işıq saçan əl ilə gəlmişdi. Həzrət İsa (ə) həm beşikdə dil açıb danışmış, həm ölünü diriltmiş, həm də xəstələri sağaltmışdı.

Həmçinin, dinimizdə belə qanun da yoxdur ki, səmavi kitab gətirmiş peyğəmbərin başqa möcüzəsi olmamalıdır. Yuxarıdakı misallarda Həzrət Musa (ə) və Həzrət İsa (ə) səmavi kitab sahibi idilər. Onların birinə Tövrat, o birinə İncil nazil olmuşdu. Amma səmavi kitabla yanaşı, onların başqa möcüzələri də vardı. Həzrət İbrahimə (ə) səhifələr də nazil olmuşdu, bununla yanaşı, tonqalın içində yanmamaq möcüzəsi də verilmişdi. Ona görə də, Həzrət Mühəmməd Peyğəmbərin (s) Quranla gəlməsi Onun başqa möcüzələrə sahib olmasına maneə deyil.

Peyğəmbərin (s) möcüzələrini inkar edən şəxslər bir qayda olaraq qurani əqidəsinə sahibdirlər. Onlar iddia edirlər ki, həzrətin heç bir möcüzəsi barədə Quranda məlumat yoxdur, ona görə də o həzrətin Qurandan savayı möcüzəsi olmadığını qəbul etməliyik.

Qurani məntiqinin bütün zərər və təhlükələrini nəzərə alaraq, bu fikrin də tam yanlış olduğu göz qabağındadır. Dinimizdə belə bir qanun da yoxdur ki, Quranda mövcud olmayan hər şey qondarmadır və dindən kənardır. Quranilər anlamırlar və ya anlamaq istəmirlər ki, Quranda olmamaq və Qurandakıların əksinə olmaq fərqli məfhumlardır. Bir məsələ Quran məntiqi ilə ziddirsə və Qurandakı aşkar hökmün əleyhinədirsə, deməli, dində yoxdur və rədd edilməlidir. Amma əgər bir məsələ Qurana zidd deyilsə, sadəcə, Quran bu məsələ barədə xəbər vermirsə, həmin məsələni yalanlamağa haqqımız yoxdur. Quran 600 səhifə həcmində olan, əsas istiqamətləri bəlli edən, külliyyatı açıqlayan və adətən cüziyyata müdaxilə etməyən bir kitabdır. 600 səhifəlik bir kitabda bütün əqidə, əxlaq, fiqh, tarix mövzularının xırdalıqlara kimi açılmasını gözləmək sadəlövhlükdür. Quran əsas prinsipləri bəyan edir. Məsələn, Quranda əmr edilir ki, namaz qılın. Amma namazın dəqiq qılınma qaydası Quranda yoxdur; bunu hədislərdən öyrənirik.

Peyğəmbərin (s) möcüzələrinə gəlincə, bir çox təfsirçilər Quranın "Qəmər" surəsinin ilk ayəsini həzrətin Ayı iki yerə bölməsi (şəqqül-qəmər) ilə əlaqələndirirlər. Əlbəttə, quranilər ayənin bu şəkildə təfsirini qəbul etmirlər. Səhih sünnədə qeyd edilmiş digər möcüzələri də quranilər etibarlı saymırlar.

Peyğəmbərin (s) Qurandan başqa möcüzəsi olmadığını iddia edənlər Qurani-Kərimin bir ayəsinə istinad etməyi çox sevirlər.

Niyə Allah möcüzə göstərməkdən imtina edir?

Həzrət Mühəmməd Peyğəmbərin (s) Qurandan başqa möcüzəsi olmadığını iddia edənlərin ən çox müraciət etdiyi sübut Quranın "İsra" surəsinin 59-cu ayəsidir. Onlar guya bu ayənin öz iddialarını təsdiq etdiyini düşünür və mübahisələr zamanı söhbəti bu istiqamətə gətirirlər: "Quranın özündə Peyğəmbərin Qurandan başqa möcüzəsi olmadığı vurğulanıb. Əsas meyar Qurandır. Quran belə deyirsə, biz də Peyğəmbərin Qurandan başqa möcüzəsi olmadığını qəbul etməliyik".

Əsas meyarın Quran olduğunu heç bir müsəlman inkar etmir. Amma Quran ayələrini öz istədiyi və anladığı şəkildə, kontekstdən çıxararaq şərh etməyə də heç kimin haqqı yoxdur. Nazil olma şəraitini nəzərə almadan, ayələrin əvvəli və sonu arasındakı əlaqəni gözardına vuraraq, ayələri kontekstdən çıxararaq mənalandırmaq sektaların sevimli üsuludur. Vəhhabilər də öz terror və zorakı əməllərini Quranla "əsaslandırmaq" üçün bu üsuldan tez-tez istifadə edirlər. Özünü qurani adlandıran şəxs heç olmasa Quran ayələrini düzgün anlamalıdır. Təəssüf ki, həyatda bunun əksini görürük; quranilərin əksəriyyəti təfsir metodologiyasından xəbərsiz, Quran məntiqindən uzaqdır.

Haqqında söhbət gedən ayədə buyurulur:

Tarif Şurası daha 202 dərmanın qiymətini dəyişdi like
  • 29 Dek 23:35  
Digərləri Tarif Şurası daha 202 dərmanın qiymətini dəyişdi

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq q

arrow Ətraflı
Bəxtiyar Hacıyevin məhkəmədən ilk görüntüsü yayıldı  FOTO like
  • 29 Dek 23:32  
Digərləri Bəxtiyar Hacıyevin məhkəmədən ilk görüntüsü yayıldı FOTO

Bu gün Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dust

arrow Ətraflı
Bu 3 əlamət bağırsaqda şişin böyüdüyünü göstərir like
  • 29 Dek 23:30  
Digərləri Bu 3 əlamət bağırsaqda şişin böyüdüyünü göstərir

Əgər siz tualetə tez-tez gedirsizsə, nəcisdə, unitazda qan görürsüzsə,

arrow Ətraflı
Gündə cəmi 4 dəqiqə ilə ömrü necə uzatmalı? like
  • 29 Dek 23:25  
Digərləri Gündə cəmi 4 dəqiqə ilə ömrü necə uzatmalı?

Rusiyalı onkoloq həkim insanlara müntəzəm qıza fiziki aktivlik hərəkətl

arrow Ətraflı
Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz like
  • 29 Dek 23:20  
Digərləri Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz

Hədisin başqa növləri də vardır ki, aşağıda onlardan bəziləri haqqın

arrow Ətraflı
Ürəyi sağlam saxlamaq üçün nə etməliyik? like
  • 29 Dek 23:15  
Digərləri Ürəyi sağlam saxlamaq üçün nə etməliyik?

Ürəyimizin döyüntüsü varlığımızın səsidir. Nə qədər ki, ürəyimi

arrow Ətraflı
Allahın bəndəsindən razı olmasının nişanəsi nədir? like
  • 29 Dek 23:10  
Digərləri Allahın bəndəsindən razı olmasının nişanəsi nədir?

Bu dünyada Allahın bəndəsindən razı olub-olmamasının nişanəsi, İlahi

arrow Ətraflı
İşdə tükənmişlik sindromunun əlamətləri like
  • 29 Dek 23:05  
Digərləri İşdə tükənmişlik sindromunun əlamətləri

"Peşə tükənməsinin simptomları müxtəlif ola bilər - bu, yalnız em

arrow Ətraflı
Bakıda evli gəlinlə tutulan oğlan özünü like
  • 29 Dek 23:04  
Digərləri Bakıda evli gəlinlə tutulan oğlan özünü

Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.

arrow Ətraflı
Maştağada ər arvadı qətlə yetirib, daha sonra like
  • 29 Dek 23:02  
Digərləri Maştağada ər arvadı qətlə yetirib, daha sonra

Dekabrın 29-u saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəs

arrow Ətraflı
Toksikoloq: Zəhərlənən şəxsə qatıq verməyin like
  • 29 Dek 23:01  
Digərləri Toksikoloq: Zəhərlənən şəxsə qatıq verməyin

Qida zəhərlənməsi ilə bütün fəsillərdə rastlaşmaq mümkündür. Payı

arrow Ətraflı
Haram tikədən imtina edənlərin özəl mükafatı like
  • 29 Dek 22:55  
Digərləri Haram tikədən imtina edənlərin özəl mükafatı

Haram tikədən imtina edənlərə veriləcək 6 mükafat. Hədislərə əsasən

arrow Ətraflı
Bərdədə mənzildə meyit like
  • 29 Dek 22:53  
Digərləri Bərdədə mənzildə meyit

Bərdədə mənzildə meyit tapılıb.

arrow Ətraflı
XankəndiLaçın yolu: aksiya davam edir  FOTO like
  • 29 Dek 22:51  
Siyasət XankəndiLaçın yolu: aksiya davam edir FOTO

Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi r

arrow Ətraflı
İslamın ilk dövrlərində idman yarışları like
  • 29 Dek 22:50  
Digərləri İslamın ilk dövrlərində idman yarışları

İdmanla bağlı bir məsələni mütləq diqqət mərkəzində saxlamaq lazımd

arrow Ətraflı