İslamın ilk dövrlərində idman yarışları


Digərləri 29 Dek 2022 22:50:00 878 0

İslamın ilk dövrlərində idman yarışları

İdmanla bağlı bir məsələni mütləq diqqət mərkəzində saxlamaq lazımdır. İslam dinində idman və sağlamlıq nə qədər mühüm sayılsa da, insanın bütün vaxtını özünə sərf edəcək dərəcədə, onu dindən, ibadətdən, əxlaqdan yayındıracaq vəziyyətdə olmamalıdır. Dinimiz mənasız əyləncələrə qarşı sərt mənfi mövqe sərgiləyir. Ləhv və ləib adlandırılan mənasız əyləncələr həm Quranda, həm də hədislərdə tam ciddiyyətlə məzəmmət edilir. Allah-Təala Qurani-Kərimdə möminləri vəsf edərkən, onların "ləğv"dən, yəni mənasız əyləncədən, xalq dilində desək lağlağıdan uzaq olduqlarını xüsusi vurğulayır: "O kəslər ki, lağlağıdan üz döndərərlər" (Möminun, 3).

Hətta idman da əgər ləğv və ləhvü ləib sayılarsa, yəni vaxtın mənasız yerə sərf olunmasına, insanı faydalı işlərdən uzaqlaşdırmağa xidmət edərsə günah kateqoriyasına daxil olar. İdmanın məqsədləri bədəni sağlam saxlamaq, xəstəliklərin qarşısını almaq, tənbəllik və süstlüklə mübarizə aparmaq, artıq piylənməni, qocalmanı yubatmaq, zehni fəaliyyəti gücləndirmək, düşmənlə mübarizədə fayda gətirəcək vərdişlərə yiyələnmək, başqalarını buna təşviq etmək olmalıdır. Əgər idman bu məqsədlər üçün edilmirsə, o halda onu mənasız əyləncə adlandırmaq daha düzgün olar.

Bəzi hədislərdə idman növlərinin halal əyləncə adlandırılmasının səbəbi də bundan ibarətdir. Həmin idman növləri ilə məşğul olan şəxs hətta bunu əyləncə və dincəmək məqsədi ilə etsə belə, əslində bu hərəkətlər onun sağlamlığı üçün faydalıdır deyə, günah sayılmır. Məsələn, Peyğəmbərimiz (s) buyurmuşdur: "Mömin kişi üçün ən yaxşı əyləncə üzgüçülükdür, qadın üçün ən yaxşı əyləncə isə toxuculuqdur" (Mizan əl-hikmə, 4-cü cild, səh. 2804, hədis 18.369).

Yenə o həzrət bəzi idman növlərini halal əyləncə qisminə aid edərək buyurmuşdur: "Allahın zikri olmayan hər bir əməl əyləncə və hədərdir, yalnız bu dörd əməldən başqa: kişinin öz həyat yoldaşı ilə əylənməsi, kişinin öz atını əhliləşdirmək üçün çalışması, iki hədəf arasında gəzməsi (yəni ox atmaqla məşğul olması) və üzgüçülük öyrənməsi" (yux. mənbə, hədis 18.370).

1. At və dəvə cıdırları

İslam dininin bəyəndiyi idman növlərindən biri at və dəvə sürmək vasitəsilə yarışmaq, yəni cıdır oyunlarına qatılmaqdır. Əsas minik vasitələri olmaq etibarilə at və dəvə müsəlmanların həyatında həmişə mühüm rol ifa etmişdir. Qurani-Kərimdə at ilxıları bəsləmək və müharibə zamanı bu atları istifadəyə buraxmaq təşviq edilib: "...Kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin" (Ənfal, 60).

At sürmək müasir tibb elmi baxımından da çox faydalıdır. Onurğa sütununun əyilməsi, fəqərə zədələri, prostat vəzinin iltihabı kimi xəstəliklər zamanı at sürmək gözəl nəticə verir.

Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanlar arasında atsürmə yarışları keçirir, hətta özü də bəzən bu yarışlara qatılırdı. Məşhur hədis mənbələrimizdən olan "əl-Kafi"də belə bir rəvayət vardır: Bir gün müşriklər Mədinə şəhərinin kənarındakı otlaqlara hücum etdilər ki, müsəlmanların minik heyvanlarını qarət edib aparsınlar. Bunu görən müsəlmanlardan biri haray saldı. Peyğəmbərimiz (s) haayı eşidib dərhal atına mindi və həmin istiqamətə çapdı. Digər msəlmanlar da tez miniklərinə süvar olub o həzrətin ardınca tələsdilər. Onlar çatana kimi müşriklər qaçıb uzaqlaşdılar. Bu zaman Əbu Qətədə adlı bir müsəlman Peyğəmbərimizdən (s) xahiş etdi: "Ey Allahın Rəsulu! Düşmən qaçdı. Əgər razısınızsa, atların belində yarışma keçirək". Yəni madam ki, düşmən qaçıb və təhlükə sovuşub, Mədinəyə qayıtmağı yarışma şəklində təşkil edək. Peyğəmbər: "Bəli" deyə, razılıq verəndən sonra yarışma başladı. Həzrət Rəsulüllah (s) həmin yarışmada qalib gəlib Mədinəyə birinci çatdı. Hətta Peyğəmbərimiz bu yarışmadan oz qədər məmnun olmuşdu ki, həm özünü, həm də mindiyi atı tərifləyən sözlər söyləmişdi (əl-Kafi, 5-ci cild, səh. 50-51; Vəsail əl-şiə, 19-cu cild, səh. 249-250, hədis 24.520).

Tarixi mənbələr yazır ki, Peyğəmbərimiz Mədinədə at yarışları üçün xüsusi cıdır marşrutu təyin etmişdi. Yarış üçün nəzərdə tutulmuş atlar Səniyyət əl-vəda təpələri ilə Bəni-Züreyq məscidi arasındakı bir millik (təqribən 1,6 km) məsafədə cıdıra çıxarılırdı. Yarış üçün nəzərdə tutulmuş cins atlar isə Həfya məntəqəsindən Səniyyət əl-vəda təpələrinə kimi 6 mil (təqribən 10 km) məsafəni qaçırdı (Səhih əl-Buxari, Cihad, 56; Sünən əl-Tirmizi, Cihad, 22; Sünən Əbu Davud, Cihad, 60 və Sünən ibn Macə, Cihad, 44).

Peyğəmbərimizin savaşlarını təsvir edən ən məşhur mənbələrdən sayılan Vaqidinin "əl-Məğazi" kitabında yazılıb ki, o həzrət atlar və dəvələr arasında yarış keçirmişdi. Bu yarışda Peyğəmbərin dəvəsi Qəsva qalib gəlmişdi. Həmin yarışda Qəsvanı idarə edən süvari isə məşhur müəzzin Bilal Həbəşi idi. Peyğəmbərin Lizaz və Zərib ləqəbli iki atı da atların yarışında qalıb gəlmişdi. Onları da səhabə Əbu Üseyd Saidi sürürdü (Vaqidi. əl-Məğazi, 2-ci cild, səh. 426).

Ürəyin çox sürətli döyünür? – Yüksək nəbzin like
  • 29 Dek 22:45  
Digərləri Ürəyin çox sürətli döyünür? – Yüksək nəbzin

Nəyə görə hər kəs öz normal və aktivlik zamanı ürək ritminin neçə o

arrow Ətraflı
Qonşu haqqı like
  • 29 Dek 22:40  
Digərləri Qonşu haqqı

"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya q

arrow Ətraflı
İllərlə kibrit yeyən qadında bu xəstəlik aşkarlandı like
  • 29 Dek 22:35  
Digərləri İllərlə kibrit yeyən qadında bu xəstəlik aşkarlandı

29 yaşlı qadın illərlə kibrit çöpü yeməyə adət etmişdi. Hər gün 5-

arrow Ətraflı
Baş Prokurorluq Ağdaşda özünü yandıran şəxs barədə like
  • 29 Dek 22:33  
Digərləri Baş Prokurorluq Ağdaşda özünü yandıran şəxs barədə

Bəzi sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özün�

arrow Ətraflı
Türk həkimlər limonun zərərini açıqladı like
  • 29 Dek 22:30  
Digərləri Türk həkimlər limonun zərərini açıqladı

Türkiyəli həkimlər tez-tez və çox limon yeməyin, limonlu çay içməyin �

arrow Ətraflı
Tuna balığı konservində plastik tapıldı like
  • 29 Dek 22:25  
Digərləri Tuna balığı konservində plastik tapıldı

Çukurova Universitetinin əməkdaşı Sedat Gündoğdu Türkiyə bazarından 7

arrow Ətraflı
La ilahə illəllah – İlahi sığınacaq yeri like
  • 29 Dek 22:20  
Digərləri La ilahə illəllah – İlahi sığınacaq yeri

La ilahə illəllah - İlahi sığınacaq yeriŞeyx Səduq (r) öz Məali kitab�

arrow Ətraflı
Kəkələmənin səbəbləri və aradan qaldırlması yolları like
  • 29 Dek 22:15  
Digərləri Kəkələmənin səbəbləri və aradan qaldırlması yolları

Uşaqlarda rast gəlinən nitq qüsurları arasında ən ağırı kəkələmə h

arrow Ətraflı
Azərbaycanın İsrailə ilk səfiri like
  • 29 Dek 22:14  
Siyasət Azərbaycanın İsrailə ilk səfiri

Azərbaycanın İsrailə ilk səfiri təyin edilib.

arrow Ətraflı
Xuzu və xuşu halı nə deməkdir? like
  • 29 Dek 22:10  
Digərləri Xuzu və xuşu halı nə deməkdir?

Xuzu elə bir haldır ki, bəndə Allahın qarşısında bu halı duymalı və b

arrow Ətraflı
Ağzından pis qoxu gələnlər bu preparatı içsin like
  • 29 Dek 22:05  
Digərləri Ağzından pis qoxu gələnlər bu preparatı içsin

Halitoz - ağız boşluğundan pis qoxu gələn insanlar həmişə bu problemlə

arrow Ətraflı
Ürəyi məhv edən ÜÇ GÖZLƏNİLMƏZ VƏRDİŞ like
  • 29 Dek 22:01  
Digərləri Ürəyi məhv edən ÜÇ GÖZLƏNİLMƏZ VƏRDİŞ

Kardioloq Olqa Savonina ürək sağlamlığına mənfi təsir göstərən üç v

arrow Ətraflı
Adriana Lima tanınmaz halda  FOTO like
  • 29 Dek 21:57  
Şou-biznes Adriana Lima tanınmaz halda FOTO

Brazilyalı supermodel Adriana Lima oğlunu dünyaya gətirəndən 3 ay sonra ye

arrow Ətraflı
Elza Seyidcahanın canlı efirdə like
  • 29 Dek 21:56  
Şou-biznes Elza Seyidcahanın canlı efirdə

Əməkdar artist Elza Seyidcahan canlı efirdə pis vəziyyətdə qalıb.

arrow Ətraflı
Bədnəzər (gözdəymə) həqiqətən varmı? like
  • 29 Dek 21:55  
Digərləri Bədnəzər (gözdəymə) həqiqətən varmı?

Gözdəymə (bəd-nəzər) məsələsinə İslam alimlərinin münasibəti birm�

arrow Ətraflı