"WhatsApp" profillərinə "Facebook" hesabı əlavə edilə biləcək
Digərləri 24 Sep 2025 19:44:00 73 0
"WhatsApp" istifadəçilərə öz profillərinə "Facebook" hesablarını əlavə etməyə imkan verəcək yeni funksiyanı test edir. Son.az xəbər verir ki, bu funksiya Instagramdakı sistemə bənzər olacaq və istifadəçilər istəsələr, profilində Facebook hesabını göstərə biləcəklər.
Read this news too: Skuter qəzalarının əsas səbəbi budur Ekspert
Təsdiq prosesi "Hesab Mərkəzi" vasitəsilə aparılacaq. Doğrulanmış profillərdə Facebook simvolu görünəcək, təsdiqlənməmiş hesablar isə sadəcə keçid (URL) şəklində təqdim olunacaq.
Mütəxəssislərə görə, bu dəyişiklik WhatsApp-a sosial media elementlərinin inteqrasiyasının ilk mərhələsidir.
Source: milli.az