Tramp: NATO hava məkanına müdaxilə olarsa, Rusiya təyyarələri vurula bilər
Digərləri 24 Sep 2025 16:50:00 86 0
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə jurnalistlərin suallarını cavablandırıb.
Read this news too: Sabah Bakıda 26 dərəcə isti olacaq
Son.az xəbər verir ki, Tramp Rusiya təyyarələrinin NATO ölkələrinin hava məkanını pozması halında vurula biləcəyini düşündüyünü bildirib. "Bəli, mən belə hesab edirəm", - deyə o qeyd edib.
ABŞ-ın bu halda NATO müttəfiqlərinə dəstək verib-verməyəcəyi ilə bağlı suala cavabında Tramp, qərarın konkret vəziyyətdən asılı olacağını vurğulayıb.
Kopenhagendə PUA-ların aşkar olunması barədə sualı da şərh edən Tramp, hadisə ilə bağlı məlumatlı olduğunu, lakin dəqiq təfərrüatlar bəlli olmadan fikir bildirməyəcəyini deyib.
Asya Son.az