İran ABŞni hədəf ala biləcək ballistik raketi sınaqdan keçirdi
Digərləri 24 Sep 2025 17:24:00 65 0
İran yeni qitələrarası ballistik raketinin sınağını uğurla həyata keçirdiyini açıqlayıb. "Defense Express"in yaydığı məlumata görə, bu raket Şimali Amerikada istənilən nöqtəyə çata biləcək potensiala malikdir.
Read this news too: Evdə sistem qoşdurmaq ölümlə nəticələnə bilər
Son.az xəbər verir ki, "Xürrəmşəhr-5" adlanan raket 12 min kilometr uçuş məsafəsinə və saniyədə 5,4 kilometr sürətə malikdir. Onun döyüş başlığının çəkisi iki ton təşkil edir.
Raketin nüvə başlığı daşıyıb-daşımadığı rəsmən təsdiqlənməsə də, İranın uranı zənginləşdirməyə davam etməsi bu ehtimalı gündəmdə saxlayır. Ekspertlər qeyd edirlər ki, belə raketlərin inkişafı ABŞ ilə mövcud gərginlik fonunda İranın strateji hədəflərinin bir hissəsidir.
Source: milli.az