"TikTok"da azyaşlı övladına qarşı zorakılıq tətbiq edən qadın barədə araşdırma başladı


Digərləri 24 Sep 2025 17:40:00 79 0

"TikTok"da azyaşlı övladına qarşı zorakılıq tətbiq edən qadın barədə araşdırma başladı

TikTok-da canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib.

Son.az xəbər verir ki, bu sözləri Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu öz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Tərtər rayonunda qeydiyyatda olan, Bərdə rayon sakini 24 yaşlı qadının "Tiktok" sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini tapmışdır.


Photos for this news