Sabah Bakıda 26 dərəcə isti olacaq


Digərləri 24 Sep 2025 12:42:00 58 0

Sabah Bakıda 26 dərəcə isti olacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.