Adnan Əhmədzadənin vaxtı bitdi Həbs qərarı qüvvədə qaldı
Digərləri 24 Sep 2025 12:10:00 70 0
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunan iş adamı Adnan Əhmədzadə həbs qərarından apellyasiya şikayəti verməyib.
Read this news too: 4 yaşlı uşaq traktorun altında qalıb öldü Sürücü atası imiş
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, onun bu hüququndan istifadə etmə müddəti artıq bitib.
Qanunvericiliyə əsasən, məhkəmənin həbs qətimkan tədbiri seçilməsi barədə qərarından 3 gün ərzində apellyasiya şikayəti vermək mümkündür. Lakin Adnan Əhmədzadə artıq dörd gündür həbs edilib. Bu müddət ərzində nə özü, nə də vəkili yuxarı instansiya məhkəməsinə müraciət edib.
Onun vəkili Şaiq Mirzəyev də saytımıza açıqlamasında məlumatı təsdiq edib: "Hazırkı mərhələdə apellyasiya şikayəti verməyi zəruri hesab etmədik. İlk 4 ayda aktiv istintaq hərəkətləri aparılır. Bu səbəbdən hələ ki gözləmək qərarına gəldik. Gələcəkdə məsləhətləşmə əsasında, səhhəti və digər amilləri nəzərə alaraq məhkəməyə müraciət edə bilərik".
Görünən isə odur ki, Adnan Əhmədzadə özü də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi ilkin sübutlarla tanış olub və apellyasiya şikayətinin real nəticə verməyəcəyini düşünüb.