Adnana məxsus "Rahat" supermarketləri bağlanır?
Digərləri 24 Sep 2025 21:07:00 59 0
Sosial şəbəkələrdə "ANC Group" MMC-yə məxsus "Rahat" supermarketlər şəbəkəsinin bağlanacağı barədə iddialar var. Buna səbəb kimi "ANC Group"un iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə qeyri-rəsmi məxsus olması gətirilir.
Read this news too: Sabah Bakıda 26 dərəcə isti olacaq
Son.az xəbər verir ki, məsələni aydınlaşdırmaq üçün Pravda.az "Rahat" supermarketə sorğu ünvanlayıb.
Şirkətdən verilən açıqlama belə olub: "Rahat" supermarketlər şəbəkəsi öz fəaliyyətini davam etdirir. Hər şey yolundadır. Bütün kontingent iş başındadır. Marketlərimiz hər zaman müştərilərimizin xidmətindədir. Davam edirik. Bu barədə heç bir sıxıntı yoxdur. Adnan Əhmədzadə məsələsi barədə isə mövqe bildirməyimiz uyğun deyil. Bu, bizi aşan məsələdir".
Source: milli.az