Skuter qəzalarının əsas səbəbi budur Ekspert
Digərləri 24 Sep 2025 08:08:00 56 0
Kiçik elektrikli nəqliyyat vasitələri ilə baş verən qəzaların əsas səbəbi, çox təəssüf ki, bu vasitələri idarə edən gənclərin yol hərəkəti və davranış qaydalarını bilməməsidir. Digər tərəfdən, bəzi avtomobil sürücüləri də skuterləri yollarda sıxışdırmağa çalışırlar ki, bu da yolverilməzdir. Əgər skuter avtomobil yolunun sağ zolağı ilə hərəkət edirsə, sürücülər ona şərait yaratmalıdırlar.
Read this news too: Müəllimlər Günü ilə bağlı XƏBƏRDARLIQ
Bu sözləri nəqliyyat eksperti Eldəniz Cəfərov skuter qəzaları ilə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, Bakıda velosiped və elektro skuter mədəniyyəti hələ formalaşmaqdadır:
"Bakı şəhərində velosiped bir yana, elektro skuterlər də nəqliyyat vasitəsi kimi heç vaxt populyar olmayıb. İndi yavaş-yavaş bu zolaqlar yaradılır, xüsusilə gənclər skuterlərə maraq göstərirlər. Biz, həm sürücülər, həm də piyadalar buna hələ adət etməmişik. Bu səbəbdən də qəzaların pik dövrünü yaşayırıq. Amma düşünürəm ki, müəyyən müddətdən sonra yol hərəkəti iştirakçıları skuterləri, mopedləri, velosipedləri də nəqliyyat vasitəsi kimi qəbul edəcəklər və qəzaların sayı azalacaq".