Bu qidaları QƏTİYYƏN YEMƏYİN


Digərləri 05 Fev 2024 01:20:00 172 0

Bu qidaları QƏTİYYƏN YEMƏYİN

Marketlərdə satılan, hər gün süfrəyə qoyulan, hətta səhər yeməyinizdə istehlak etdiyiniz qidaların bir çoxu sağlamlığınıza zərər vurur və ömrü qısaldır. O qədər zərərli qidalar var ki, onların hamısını bir yazıya sığdırmaq mümkün deyil.

Son.az musavat.com-a istinadən ömrü qısaldan 10 zərərli qidanı təqdim edir.

Bu qidaları rasiondan çıxarmaq sizi diabet, hipertoniya, ürək-damar xəstəlikləri və xərçəng kimi ciddi xəstəliklərdən qoruya bilər:

1) Marqarin

Marqarin ən təhlükəli yağlardan və əsla yeməməli olduğunuz məhsullardan biridir. Tərkibində çoxlu müxtəlif yağlar olan marqarinlərin bərk olması üçün onlara karbon da əlavə edilir. Bu maddələr sağlamlığımıza ciddi ziyan vurur və ürək xəstəlikləri, xərçəng kimi ciddi xəstəliklərə səbəb olur. 

2) Sosis və kolbasalar

Supermarketlərin rəflərini bəzəyən sosis və kolbasalar adi ət məhsulu kimi görünsə də, əslində, sağlamlığa zərərli əlavələr olan emal olunmuş ətlərdir. Bunların normal ətlə heç bir əlaqəsi yoxdur. Bu məhsulların istehsalında istifadə edilən əlavələrin mədə xərçəngi və ürək xəstəlikləri ilə birbaşa əlaqəsi var. Bəzi araşdırmalar göstərir ki, gündə cəmi 40 qram salam və kolbasa istehlak edənlərdə diabet riski 42 faiz artır. Həm də uşaqlıq leykemiyası ilə əlaqəli olduğu düşünülən qidalardan biridir.

3) Bulyon külçələri

Həm reklamlarında, həm də qablaşdırmalarında bunların bulyon kimi təqdim edildiyini görürük. Lakin bu məhsullar əlavələr qatılaraq istehsal olunur. Yəni bulyon külçəsini yeməyə qatdığınız zaman ağzınıza gələn dad əsl ət dadı deyil. Bu məhsullarda istifadə edilən monosodium glutamat çox təhlükəli bir maddədir və beyin zədələnməsinə səbəb ola bilər. Monosodium glutamat təkcə bulyonlarda deyil, hamburger köftələrində də ola bilər.

4) Kartof fri və çipslər

Kartof qızartmasını kim sevməz? Amma onu bitki yağında qızartdıqda kartof kanserogenə çevrilir. Bu səbəbdən hər cür qızardılmış yeməklərdən uzaq durmaq tövsiyə edilir. Çiplərin tərkibində isə əlavələrdən istifadə olunur. Hər yerdə satılan və xüsusilə uşaqlar tərəfindən sevilən çipsləri mütləq həyatınızdan silməli və uşaqlarınızdan uzaq tutmalısınız. Çünki bu məhsulları yeyəndə immun sisteminiz alt-üst olur və nəticədə çox tez-tez xəstələnə bilərsiniz. Erkən yaşda ürək xəstəliyi və xərçəngə tutulma riskiniz artır. Bundan əlavə, çiplərin bir hissəsi işlənmiş karbohidratlardan ibarətdir. Bu da özlüyündə diabet riskini artıran mühüm amildir.

5) Qazlı sular

Dünyada ən çox istehlak edilən içki olan "Coca-Cola", təəssüf ki, çox yüksək miqdarda şəkər ehtiva edir. Tərkibində daha az şəkər olanlarda isə dadlandırıcılar istifadə olunur. Bunlar metabolik sindrom və diabet riskini artırır. Bundan əlavə, bu cür içkilərin tərkibində kofein ola bilər. Gündə yalnız bir "Coca-Cola" qəbul etmək belə infarkt riskini 1,4 dəfə artıra bilər. Digər qazlı və buzlu sularda da eyni problem var.

6) Meyvə şirələri

Üzərində meyvə şəkilləri ilə rəngarəng qablaşdırılan bu məhsulları aldanmayın! Çünki bunlar meyvə şirələri deyil. Bunların çoxunda ciddi ağır metallar var. Məhsulların etiketlərini oxuduqda onların əksəriyyətinin qlükoza və ya fruktoza siropu əlavə edilmiş meyvə nektarı olduğunu görə bilərsiniz. Uşaqlar üçün hər gün bir meyvə şirəsi istehlak etmək nəinki diqqət çatışmazlığına səbəb ola bilər, həm də onların idrak funksiyalarını poza bilər. Vitaminləri az, şəkəri yüksək olan bu içkilərdən mütləq uzaq durmalısınız.

7) Qarğıdalı lopaları

Demək olar ki, hər mətbəxdə rast gəlinən və uşaqların üzərinə süd tökərək yedikləri qarğıdalı lopaları ilk on zərərli qida sırasına daxildir. Onların tərkibində çoxlu miqdarda şəkər, dadlandırıcılar və çoxlu əlavə var. Araşdırmalar göstərir ki, qarğıdalı lopaları diabet və hipertoniya riskini ciddi şəkildə artırır.

8) Üçü birində qəhvə

Hazırlanması asan olduğu üçün üstünlük verilən 3-ü 1-də qəhvələr də təhlükəli məhsullar siyahısında yer alan məhsullardandır. Tərkibində süd, şəkər və qəhvə olduğu düşünülür. Ancaq tərkibində süd deyil, doymuş yağlar var. Bundan əlavə, paketlərin tərkibində qaşınma əleyhinə vasitələrdən tutmuş rəngləndiricilərə qədər bir çox maddə var. Bu növ qəhvə əvəzinə tamamilə adi filtrli qəhvə və ya türk qəhvəsi içə bilərsiniz. Bundan əlavə, su əlavə edərək asanlıqla hazırlaya biləcəyiniz digər hazır qəhvələr də olduqca zərərlidir.

9) Hazır pizzalar

Hər kəs pizzanı sevir, amma hazır pizzalar da qaçınılması lazım olan qidalar sırasındadır. Rafine un və işlənmiş ətdən istifadə edilən bu pizzalar həm də sağlamlığın düşmənidir.

10) Hazır şorbalar

Hazır şorbaların tərkibində çoxlu əlavələr də var. Bu şorbalar mətbəxdə işinizi asanlaşdırsa da, həyatınızı oğurladığı bir həqiqətdir.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

İlahə yenidən Şəbnəmi HƏDƏF ALDI: "Şəxsiyyət sözünü təhqir sayan müğənnilər var" like
  • 05 Fev 01:10  
Şou-biznes İlahə yenidən Şəbnəmi HƏDƏF ALDI: "Şəxsiyyət sözünü təhqir sayan müğənnilər var"

Müğənni İlahə İbadova həmkarı Şəbnəm Tovuzlu haqqında verilişlərin

arrow Ətraflı
Yuxusuzluqla mübarizə üçün gözlənilməz məhsul like
  • 05 Fev 01:01  
Digərləri Yuxusuzluqla mübarizə üçün gözlənilməz məhsul

Yuxusuzluqla mübarizə üçün gecələr duza qoyulmuş kələm yemək məsləh

arrow Ətraflı
Səidə çəhrahyıya qayıtdı like
  • 05 Fev 00:58  
Şou-biznes Səidə çəhrahyıya qayıtdı

Müğənni Səidə Sultan stilində dəyişiklik edib.

arrow Ətraflı
Əhaliyə fevralın 5i ilə bağlı ciddi XƏBƏRDARLIQ like
  • 05 Fev 00:49  
Digərləri Əhaliyə fevralın 5i ilə bağlı ciddi XƏBƏRDARLIQ

Sabah dumanla bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı
Hakan Fidan: Qəzzadakı böhran daha da böyüyə bilər like
  • 05 Fev 00:45  
Dünya Hakan Fidan: Qəzzadakı böhran daha da böyüyə bilər

Qəzza zolağındakı böhran regiondan kənara da yayılaraq daha böyük və i

arrow Ətraflı
Xərçəng xəstəliyinin irsi növləri açıqlanıb like
  • 05 Fev 00:31  
Digərləri Xərçəng xəstəliyinin irsi növləri açıqlanıb

Rusiyanın tanınmış onkoloqu Yuliya Şubina xərçəng xəstəliyinin irsi n�

arrow Ətraflı
İrəvanı da itirə bilərik like
  • 05 Fev 00:20  
Dünya İrəvanı da itirə bilərik

Biz Qarabağı tamamilə itirmişik, hakimiyyətə gələn hər kəs bu acı hə

arrow Ətraflı
Slovakiya prezidenti koronaya yoluxdu like
  • 05 Fev 00:15  
Dünya Slovakiya prezidenti koronaya yoluxdu

ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın COV�

arrow Ətraflı
İstanbulda sevgilisi ilə zərgəri soymağa çalışan azərbaycanlı qadın kimdir? like
  • 05 Fev 00:09  
Digərləri İstanbulda sevgilisi ilə zərgəri soymağa çalışan azərbaycanlı qadın kimdir?

İstanbulda evlənmək üçün pul tapa bilmədiklərini deyən cütlük silahla

arrow Ətraflı
Xumar Aygünə üçlükdən getmək üçün "sağsalamat" dedi like
  • 04 Fev 23:48  
Şou-biznes Xumar Aygünə üçlükdən getmək üçün "sağsalamat" dedi

Aygün Kazımova bir həftə öncə "Sağ-salamat" adlı mahnısına �

arrow Ətraflı
Kıvançla qardaşı birbirinə niyə bənzəmir? like
  • 04 Fev 23:40  
Şou-biznes Kıvançla qardaşı birbirinə niyə bənzəmir?

Aktyor Kıvanç Tatlıtutğun qardaşı ilə paylaşımı diqqət çəkib.

arrow Ətraflı
Ukrayna ordusu irəlilədi: Bir sıra ərazilər azad edildi like
  • 04 Fev 23:30  
Dünya Ukrayna ordusu irəlilədi: Bir sıra ərazilər azad edildi

Ukrayna silahlı bölmələri Baxmut istiqamətində irəliləyiş əldə edər�

arrow Ətraflı
Minaya düşən gəncin like
  • 04 Fev 23:29  
Digərləri Minaya düşən gəncin

Xəbər verdiyimiz kimi, bu gün 23 yaşlı Tərtər rayonunun Qaradağlı kənd

arrow Ətraflı
Roza: ""Hiss” mənimlə və Röya ilə səhnəyə çıxmaq istəmir, Günay isə..." like
  • 04 Fev 23:20  
Şou-biznes Roza: ""Hiss” mənimlə və Röya ilə səhnəyə çıxmaq istəmir, Günay isə..."

Müğənni Roza Zərgərli açıqlaması ilə diqqətləri üzərinə cəmləyib

arrow Ətraflı
İsrail Hizbullaha zərbələr endirdi like
  • 04 Fev 23:13  
Dünya İsrail Hizbullaha zərbələr endirdi

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah mövqelərinə s

arrow Ətraflı