Roza: ""Hiss” mənimlə və Röya ilə səhnəyə çıxmaq istəmir, Günay isə..."
Şou-biznes 04 Fev 2024 23:20:00 328 0
Müğənni Roza Zərgərli açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Son.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Dəyişən cavab" verilişində gənc həmkarlarına xəbərdarlıq ünvanlayıb.
Roza bildirib ki, kanalların birində baş tutan bayram-konsert çəkilişində "Hiss" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Röya Məmmədova onunla və Xalq artisti Röya Ayxanla eyni səhnəni bölüşmək istəməyib:
"Gənc müğənni "Hiss" deyib ki, "əgər o tədbirdə Roza Zəngərli və Xalq artisti Röya Ayxan varsa, mən gəlməyəcəyəm. "Hiss" deyib ki, "mən filan müğənnilərlə səhnəyə çıxmıram. Mən özüm seçməliyəm hansı müğənni mənimlə o səhnəyə çıxacaq"".
Zərgərli həmçinin həmkarı Günay İbrahimlinin də efirə digər sənət yoldaşları ilə deyil, tək çıxdığını qeyd edərək, ona acıqlanıb:
"Bunu tək "Hiss" etmir. Bir çox gənc ifaçılar var ki, efirə və verilişlərə tək çıxmaq istəyirlər. Onların arasında məndən inciməsin müğənni Günay İbrahimli də var. Sizə o ixtiyarı heç kim verməyib. Gənc ifaçının nə həddi var ki, desin ki, "efirə mən tək çıxıram". Bu nə "ulduz xəstəli"dir? Mən 24 ildir ki, bu səhnədə külüng vururam".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah mövqelərinə s
Tərtərdə avtoqəza nəticəsində bir nəfər ölüb.
Alimlər Mərakeşdə yer üzündəki ən qədim insan izlərindən birini aşka
İstanbulda azərbaycanlı Merve Öznur Hüseynova sevgilisi Enes Erdoğanla qı
İstanbulda "Kurtlar Vadisi" serialının məşhur səhnələrindən b
Böyük Britaniya parlamentinin deputatları xəbərdarlıq ediblər ki, ölkən
Əməkdar artist Nüşabə Ələsgərli uzun müddət sonra efirə çıxıb.
Gürcüstandan Ermənistan sərhədinə gedən yol bütün növ nəqliyyat vasit
ABŞ Suriya, İraq və Yəməndəki hazırkı bombardmanlarla məhdudlaşmayacaq
Amerika Xərçəng Cəmiyyətinin son hesabatında 2024-cü il üçün həyəcan
Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazis