Ov etmək istəyənlər üçün XƏBƏR VAR Yeni qayda qüvvəyə MİNDİ
Digərləri 16 Sen 2023 07:43:00 426 0
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Bu xəbəri də oxu: Agentlik sədrinə müavin təyin olunan Xəyyam Məmmədov kimdir?
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəllənin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1-ci, 152-ci və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Süni intellektə malik "chatbot" ChatGPT ABŞ-dan olan uşağa diaqno
İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası ("Data Protection C
Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisə
Astroloqlar yaxın zamanda fürsətləri dəyərləndirib maddi güzəranını y
Böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti qaynanmış su içir
Əməkdar artist Yusif Mustafayev ona təklif olunan 30 minlik toydan imtina edi
Qanda şəkərin yüksək olması çox təhlükəlidir. Şəkər damarların ən
Aktyor Türkan Cəfərli vəfat edən atası ilə bağlı paylaşım edib.
Aparıcı-aktyor Elcan Rəsulovun "El Canlı" şousu yenidən başlay�
Kartof və pomidor bəzi mədə-bağırsaq xərçəngi riskini artıran qidalar
Rusiyanın Xalq artisti Mixail Ulyanovun rəssam qızı Yelena Ulyanova evind�
Yumurta protein və zülal mənbəyi kimi həm də arıqlamaq istəyənlər üç
"Evdə deyirlər sən həkimlərə və apteklərə işləyirsən. Allah bu