Ölkədə maaşlar nə vaxt artacaq?
Digərləri 15 Sen 2023 17:16:00 334 0
"Hesablamalara görə ölkədə 12 faizlik inflyasiya müşahidə olunur. Güman edirəm ki, ilin əvvəlində hökumət yenidən minimum əməkhaqqını artıra bilər. Nəticədə, ümumi orta aylıq əməkhaqlarının məbləği də yüksələcək".
Son.az xəbər verir ki. bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Müsahibimiz bildirdi ki, yeni ilin əvvəlində pensiyaçılara verilən təqaüdlər də artacaq:
"2024-cü ilin əvvəlində pensiyaların sosial sığorta hissəsinin indeksasiya olunması nəticəsində bütün pensiyaçıların pensiyası arta bilər. Azərbaycanda pensiyaların artımı əsasən orta aylıq əməkhaqqının il ərzində artım faizi əsasında hesablanır. Hazırda bu rəqəm 11.5 faiz arasında tərəddüd edir. Yəni, 11-12 faiz indeksasiya tətbiq ediləcək.
Pensiyaların artmasında qanunvericilik tələbi var. Amma minimum əmək haqqının artırılması üçün qanun tələbi yoxdur. Yəni mütləq şəkildə ilin əvvəlində əməkhaqlarını artırmaqla bağlı qərar verəcək deyə bir qayda yoxdur. Amma əvvəlki illərə baxanda güman etmək olur ki, hökumət minimum əməkhaqlarını da artıracaq".
İnflyasiyaya uyğun olaraq artımların 15 faiz civarında ola biləcəyini proqnoz edən ekspert qeyd etdi ki, minimum əməkhaqqı da aşağıdan başlayaraq digər əməkhaqqlarına təsir edir.
"Xüsusən dövlət sektorunda işləyənlərin məvaciblərində dəyişiklik baş verir. Qərar verilərsə, özəl sektorda da minimum əmək haqqının artırılması ondan aşağı əmək haqqının təyin edilməməsinə səbəb olur". Son.az
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 52 777,79 min dollar dəyər
Bakıda Üzeyir Hacibəyov küçəsində yerləşən Sahil bağında gənc oğla
Bu gündən etibarən ölkəmizdə yeni tədris ili başlayıb. Hazırda tıxac
Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
Türkiyə və Rusiya Vladimir Putinin təklif etdiyi respublikada qaz qovşağı
Tarif (qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı hə
Şahzadə Diananın 1981-ci ildə polo oyununda geyindiyi "Warm & Wonderf
ABŞ Dövlət katibinin müavini Yuri Kim Senatın Xarici Əlaqələr Komitəsin
Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Türk Dünyasının region
Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulma
Sentyabrın 15-də Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə yeni tədr
Aralıq dənizi qasırğası - "Daniel" Liviyada daşqınlar səbəbin
Rusiya Azərbaycanla Ermənistan arasında nizamlanmanın müxtəlif variantlar�
"Bütün sənətlər qardaşdır, hamısı biri- birinin işığında irəl