Dərman vasitələrini daha aşağı qiymətə almaq mümkün olacaq
Digərləri 15 Sen 2023 16:15:00 416 0
Tarif (qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcək.
Bu xəbəri də oxu: Dünyanın ən xoşbəxt şəhəri hansıdır?
Son.az Trend-ə istinadən bildirir ki, Şuranın bu gün keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.
Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.
Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək.
Tariflər bu gündən qüvvəyə minir.
Qeyd edək ki, dövlət başçısının müvafiq Fərmanı ilə "Dərman vasitələri haqqında" qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif (qiymət) Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı.
Şahzadə Diananın 1981-ci ildə polo oyununda geyindiyi "Warm & Wonderf
ABŞ Dövlət katibinin müavini Yuri Kim Senatın Xarici Əlaqələr Komitəsin
Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Türk Dünyasının region
Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulma
Sentyabrın 15-də Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə yeni tədr
Aralıq dənizi qasırğası - "Daniel" Liviyada daşqınlar səbəbin
Rusiya Azərbaycanla Ermənistan arasında nizamlanmanın müxtəlif variantlar�
"Bütün sənətlər qardaşdır, hamısı biri- birinin işığında irəl
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstə
Bu il Şuşa şəhərində yeni məktəbin istifadəyə verilməsi planlaşdır�
Bu gün səhər saatlarında Xaçmaz rayonunda təbii fəlakət nəticəsində �
"Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklik layih
İstanbuldakı kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərb
Bu ilin 25 may tarixində Bakı şəhərinin Xətai rayonu ərazisində idarə e