Yeni tədris ili köhnə problemlə gəldi


Digərləri 15 Sen 2023 16:54:00 396 0

Yeni tədris ili köhnə problemlə gəldi

Bu gündən etibarən ölkəmizdə yeni tədris ili başlayıb. Hazırda tıxac problemi əsas problemlərdən birinə çevrilib. İstər avtobus və metrodan istifadə edən insanlar, istərsə də öz şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarda yollarda tıxacdan əziyyət çəkiblər. Bu tıxac və sıxlıq daha çox Bakı və Abşeronda müşahidə olunur. Ümumiyyətlə, tıxacların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Son.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, tədris ilinin ilk günündə sıxlıq olması qaçılmazdır.

"Bunun əsas səbəblərindən biri odur ki, uşaq ilk gün məktəbə gedəndə onu bir yox, bir neçə qohumu aparır. Onların da çoxunun avtomobili olur. Bu da tıxacların yaranmasına səbəb olur. Tıxac böyük şəhərlərdə olan bir elementdir. Onun aradan qaldırılması və alternativlərin formalaşdırılması yönündə görüləsi işlər vacibdir. Bunu da mərhələlərə bölmək olar.

Tıxac problemini yaxın, orta və uzaq hədəfli proqramlarla həll etmək olar. Yetər ki, investisiya ayrılsın və bu yöndə işlər görülsün. İlkin mərhələ mövcud olan ictimai nəqliyyat növlərinin üstünlüyünün təmin edilməsi, növbəti mərhələdə onların çeşidinin artırılması və rahat keçidin təmin olunmasıdır. Bunlara əməl olunsa, tıxacla bağlı problem kökündən dəyişə bilər. Əgər birinci sadaladıqlarımızın vəziyyəti yaxşı deyilsə, insanlar təbii olaraq şəxsi nəqliyyata üz tutacaq", - o bildirib.

Ekspert qeyd edib ki, şəxsi nəqliyyatın çoxalmasının səbəblərində biri də pandemiya oldu:

"Həmin dönəmdə daha çox məsafəli olmaq kimi səbəblər vardı. İndi isə postpandemiya dövrüdür. Avtobusda daha çox insanın getməsi normaldır. Marşrutlar arasında intervalların çox olması anormaldır. Bunun da obyektiv səbəbi odur ki, avtobuslara ayrılmış zolaqlar yoxdur. Bu zolaq yoxdursa, avtobus bütün halqanı pozur və planda tutulmuş interval üzrə hərəkət etməsi mümkün olmur. Bu da yekunda ümumi narazılığa gətirib çıxarır. Belə olduqda insanlar ictimai deyil, şəxi nəqliyyata üstünlük verirlər. İlkin mərhələdə biz bunları düzəltməliyik".

O bildirib ki, qısaməsafəli mobillik üçün şəraiti təxirə salınmadan təftiş edib, sonradan olan baryerləri aradan qaldırmaq lazımdır.

"Piyadanın hərəkətinə mane olan obyektlər sökülməlidir. Bu da bir qisim insanın piyada hərəkət etməsinə gətirib çıxaracaq.Velozolaqların təşkili üçün də çox iş görülməlidir. İnsanlar yaxın məsafələrdə velosiped və skuterlə hərəkət edə bilməlidir. Belə zolaqlar olsa da, bir pərakəndəlik hökm sürür. Bunu nizama salmaqla, bu istiqamətdə olan narazlığı aradan qaldırmaq olar.

İlkin mərhələdə bulvar boyu təşkil olunsa, Bayıldan Bayraq Meydanını keçməklə Yusif Səfərov küçəsinə qədər olan böyük bir sərnişin axını üçün ciddi alternativ rolu oynamış olacaq. Bu istiqamətdə böyük sıxlıq olur. Üzü "Azneft"ə doğru nəzər salsaq və bunu da inteqrasiya etsək, funikulyorla və iş saatını dəyişsək, həmin tərəfdə işləyənlər üçün alternativ yol olar. Paralel olaraq icra olunan islahatlar var. Bu, parkinq sistemi, taksi islahatıdır. Bütün bunlar keyfiyyətin yüksəldilməsinə təkan olacaq. Sürətə görə də cərimələr artırılıb. Lakin küçələrin sakitləşdirilməsi yönündə anticiblər, təhlükəsizlik adacıqları, qabarıq ciblər ilkin mərhələdə daha tez həll ounan məsələlərdir", - deyə ekspert qeyd edib. Son.az

Hava yenidən pisləşir like
  • 15 Sen 16:48  
Digərləri Hava yenidən pisləşir

Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.

arrow Ətraflı
Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi like
  • 15 Sen 16:46  
Digərləri Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub. 

arrow Ətraflı
Türkiyə Putinin təklifindən imtina edib? like
  • 15 Sen 16:21  
Dünya Türkiyə Putinin təklifindən imtina edib?

Türkiyə və Rusiya Vladimir Putinin təklif etdiyi respublikada qaz qovşağı

arrow Ətraflı
Dərman vasitələrini daha aşağı qiymətə almaq mümkün olacaq like
  • 15 Sen 16:15  
Digərləri Dərman vasitələrini daha aşağı qiymətə almaq mümkün olacaq

Tarif (qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı hə

arrow Ətraflı
Arzuolunmazlığın simvolu 1.14 milyona satıldı like
  • 15 Sen 16:10  
Digərləri Arzuolunmazlığın simvolu 1.14 milyona satıldı

Şahzadə Diananın 1981-ci ildə polo oyununda geyindiyi  "Warm & Wonderf

arrow Ətraflı
ABŞ ”Qarabağ xalqı”na qarşı buna dözməyəcək? like
  • 15 Sen 15:49  
Digərləri ABŞ ”Qarabağ xalqı”na qarşı buna dözməyəcək?

ABŞ Dövlət katibinin müavini Yuri Kim Senatın Xarici Əlaqələr Komitəsin

arrow Ətraflı
Bu, türk dünyasının regional bütövlüyünü təmin edəcək  Ömər Bolat like
  • 15 Sen 15:48  
Digərləri Bu, türk dünyasının regional bütövlüyünü təmin edəcək Ömər Bolat

Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Türk Dünyasının region

arrow Ətraflı
Laçında 31 ildən sonra ilk zəng  FOTO like
  • 15 Sen 15:39  
Digərləri Laçında 31 ildən sonra ilk zəng FOTO

Sentyabrın 15-də Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə yeni tədr

arrow Ətraflı
Səhrada göllər və çaylar peyda oldu like
  • 15 Sen 15:27  
Dünya Səhrada göllər və çaylar peyda oldu

Aralıq dənizi qasırğası - "Daniel" Liviyada daşqınlar səbəbin

arrow Ətraflı
Bakı və İrəvanla müzakirələrimiz davam edir  Peskov like
  • 15 Sen 14:56  
Siyasət Bakı və İrəvanla müzakirələrimiz davam edir Peskov

Rusiya Azərbaycanla Ermənistan arasında nizamlanmanın müxtəlif variantlar�

arrow Ətraflı
Xumar Qədimovanın heykəli hazırlandı like
  • 15 Sen 14:54  
Şou-biznes Xumar Qədimovanın heykəli hazırlandı

"Bütün sənətlər qardaşdır, hamısı biri- birinin işığında irəl

arrow Ətraflı
ABŞın Ermənistana dəstəyinə Rusiyadan reaksiya like
  • 15 Sen 14:30  
Dünya ABŞın Ermənistana dəstəyinə Rusiyadan reaksiya

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzi

arrow Ətraflı
Bu QHTlər 2 ilədək qrant müsabiqələrində iştirak hüququndan məhrum ediləcək like
  • 15 Sen 14:23  
Digərləri Bu QHTlər 2 ilədək qrant müsabiqələrində iştirak hüququndan məhrum ediləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstə

arrow Ətraflı
Bu il Şuşa və Zabuxdakı məktəblər istifadəyə veriləcək  Nazir like
  • 15 Sen 14:22  
Digərləri Bu il Şuşa və Zabuxdakı məktəblər istifadəyə veriləcək Nazir

Bu il Şuşa şəhərində yeni məktəbin istifadəyə verilməsi planlaşdır�

arrow Ətraflı