Müharibə olacaq,


Siyasət 08 Sen 2023 18:40:00 212 0

Müharibə olacaq,

Mövcud vəziyyət bir neçə sual ortaya çıxarır. Müharibə olacaq yoxsa yox? Olacaqsa nə vaxt? Nəticələri necə olacaq? və sair. Hazırda hər kəsi bu suallar maraqlandırır. 

Vəziyyətin müharibəyə gətirdiyi doğrudur. Ancaq sualların cavabları barədə isə konkret nəsə demək mümkün deyil. Çünki, Paşinyan hər variantı yoxlaraq sülh prosesindən yayınmağa çalışıb. O reinteqrasiyaya mane oldu, danışıqlar prosesinin maksimum uzanmasına şərait yaratdı, ölkəsini Qərblə Rusiya arasında qarşıdurma obyektinə çevirdi. Aydın məsələdir ki vəziyyətin bu həddə gəlib çatmasının səbəbi onun ard-arda etdiyi səhvlərdir ki, o yenə bundan dərs çıxarmır.

Ermənistan bəzi dövlətlərə arxalanaraq, beynəlxalq təşkilatlardan sui-istifadə edərək bütün imkanların istifadəsi ilə bölgədə guya "blokada" və "humanitar böhran"ın mövcudluğu haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur. Ermənistan  tərəfi sülhə yönəlmiş real addımlardan yayınır.

Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntüləri də yayılıb. Bütün bunlar Ermənistanın sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşdığını göstərir. Onların məqsədi aydındır, rəsmi İrəvan Bakıdan beynəlxalq müstəvidə şikayət etmək istəyir.

"Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb"

Bu fikirlər eməni ekspert Avetik İşxanyana məxsusdur. O, sərhəddə baş verən gərginlik barədə danışarkən deyib ki, Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb.

"Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir, 2020-ci ildə də bunu etdi, 2022-ci ildə də. İndi də eyni şeylər təkrarlanır".

Erməni ekspert son günlər İrəvan-Moskva xəttində baş verən gərginliyə diqqət çəkib. Qeyd edib ki, hər şey hazır ssenari üzrə davam edir.

Politoloq Asif Nərimanlının fikrincə Ermənistan bir neçə istiqamətlərdə təxribatlara əl ata bilər. Bunlar Kəlbəcər, Sədərək, Laçın və Zəngilandır.

Düşmən əsas hərbi əməliyyatları Ermənistanla şərti sərhədimizdə keçirəcək. Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. Təkcə son bir həftə ərzində Ermənistanda ehtiyatda olan on minə qədər hərbçi çağırılıb.

Rəsmi Bakının bu məsələdə mövqeyi qətidir. XİN-dən verilən məlumatda bildirilib ki, Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.

Müharibənin nəticələri barədə düşünmək tezdir. Əsas məqsəd müharibənin olmaması, məsələnin sülh yolu ilə həllidir. Amma, nəticələrin Ermənistanın ziyanına olacağı dəqiqdir.

İslam Son.az

Gömrük sərhədindən keçirilən mallarla bağlı like
  • 08 Sen 18:32  
Siyasət Gömrük sərhədindən keçirilən mallarla bağlı

"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrin

arrow Ətraflı
Bu ölkə 13 ildə 100 milyard dollar itirib like
  • 08 Sen 18:31  
Dünya Bu ölkə 13 ildə 100 milyard dollar itirib

BMT-nin Uşaq Fondu (UNİCEF) Nigeriyanın şimal-şərqində törədilən terro

arrow Ətraflı
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni səlahiyyət verildi like
  • 08 Sen 18:22  
Siyasət Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni səlahiyyət verildi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentl

arrow Ətraflı
2 qadına təcavüz edən aktyorla bağlı qərar verildi like
  • 08 Sen 18:20  
Şou-biznes 2 qadına təcavüz edən aktyorla bağlı qərar verildi

Məhkəmə iki qadına təcavüz etməkdə günahlandırılan amerikalı aktyor

arrow Ətraflı
Milena Nəbiyevanın “Qəlbin naxışları” adlı fərdi sərgisi açılacaq  like
  • 08 Sen 18:19  
Kriminal Milena Nəbiyevanın “Qəlbin naxışları” adlı fərdi sərgisi açılacaq

QGallery qalereyasında Milena Nəbiyevanın "Qəlbin naxışları" ad

arrow Ətraflı
Ağalıya daha 25 ailə köçürüləcək like
  • 08 Sen 18:13  
Digərləri Ağalıya daha 25 ailə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

arrow Ətraflı
Ermənistan bölmələrini gücləndirir, like
  • 08 Sen 17:58  
Dünya Ermənistan bölmələrini gücləndirir,

Hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəd

arrow Ətraflı
Türkiyənin bu ölkəyə ixracı 100 milyon dolları ötdü like
  • 08 Sen 17:50  
Digərləri Türkiyənin bu ölkəyə ixracı 100 milyon dolları ötdü

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Qazaxıstana avtomobil sənayes

arrow Ətraflı
Qondarma "seçkilər" son dərəcə təxribatçı addımdır  XİN like
  • 08 Sen 17:48  
Siyasət Qondarma "seçkilər" son dərəcə təxribatçı addımdır XİN

Qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "

arrow Ətraflı
Ana aşağı qiymət alan uşaqlarına işgəncə verdi like
  • 08 Sen 17:47  
Dünya Ana aşağı qiymət alan uşaqlarına işgəncə verdi

Kamçatkada müstəntiqlər iki uşağa işgəncə verməkdə şübhəli bilinə

arrow Ətraflı
Ermənistan açıq şəkildə yeni səngərlər qazır  XİN like
  • 08 Sen 17:44  
Siyasət Ermənistan açıq şəkildə yeni səngərlər qazır XİN

Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də

arrow Ətraflı
Ermənistanın məqsədi ərazimizdə separatizmin mövcüd olmasıdır like
  • 08 Sen 17:39  
Siyasət Ermənistanın məqsədi ərazimizdə separatizmin mövcüd olmasıdır

Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün i

arrow Ətraflı
Elcan Elarizi ələ saldı like
  • 08 Sen 17:36  
Şou-biznes Elcan Elarizi ələ saldı

Aktyor Elcan Rəsulov Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunu (Salm

arrow Ətraflı
Ermənistan Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur like
  • 08 Sen 17:31  
Siyasət Ermənistan Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur

Ermənistan ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifa

arrow Ətraflı
Ermənistan vaxt qazanmağa çalışır  XİN like
  • 08 Sen 17:30  
Siyasət Ermənistan vaxt qazanmağa çalışır XİN

8 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər

arrow Ətraflı