Milena Nəbiyevanın “Qəlbin naxışları” adlı fərdi sərgisi açılacaq
Kriminal 08 Sen 2023 18:19:00 401 0
QGallery qalereyasında Milena Nəbiyevanın "Qəlbin naxışları" adlı fərdi sərgisi açılacaq.
Bu xəbəri də oxu: Ərə getmək arzusu baha başa gəldi "WhatsApp"la
Xeyriyyəçilik, və ya daha alicənabcasına ifadə etsək, incəsənətə himayədarlıq, şübhəsiz ki, bəşər sivilizasiyasının ən xeyirxah və ən ali nailiyyətlərindən biridir. Biz bir-birimizə zərurətlə əlaqədar deyil, məhz öz məramımız naminə kömək edirik. Çağdaş dünyamızda xeyriyyəçilik uzun illərdir geniş vüsət aldığından, bu fenomen cəmiyyətin sağlam həyatının tərkib hissəsi olmaqla təzahür edir. Məsələyə digər tərəfdən yanaşsaq, hər birimizin daxili aləmində çağlayan yaradıcılıq ehtimal ki, bizi dünyamızdan tamamilə başqa bir aləmlə təmasa girməyə sövq etdirir və o, həmin an bizi həmin aləmin fərqli ab-havası ilə nəfəs aldırır. Xeyriyyəçilik - başqa bir insan ilə təmas zamanı həmin insanı arzuladığınız keyfiyyətlərə nail etdirmək və onu adidən aliyə doğru təkmilləşdirmək hisslərindən qaynaqlanır. Lakin bununla belə, yaradıcılıq hər şeydən və hamıdan öncə, fərdin öz-özü ilə dialoqundan və öz daxili aləmi ilə təmasından başlayır. Bu, daxilində cərəyan edən və ali hisslərdən qaynaqlanan sualların eynilə daxilən cavablandırılmasında özünü büruzə vermiş olur. Çünki daxili təmas və dialoq bir cismin iki zərrəsidir. Başqa sözlə desək, yaradıcılığın təzahürü hansısa qazanc əldə etmək niyyətinə deyil, əksinə, fərdin daxilində olanları xarici aləmə car çəkməklə, bu ülviyyəti bəşərə ərməğan etməyə və xeyirxahlıq kimi ali hissləri dönə-dönə yaymağa xidmət edir.
Görkəmli rəssam, YUNESKO-nun nümayəndəsi, Təbiəti Mühafizə Cəmiyyətinin sədr müavini, "Həyata ümid" Xeyriyyə Fondunun rəhbəri Milena Nəbiyeva özünəməxsus duyğuları, dünyagörüşü, təcrübə və hissləri ilə həqiqi yaradıcı insandır və o, özünün heyrətamiz dərəcədə hərarətli, məhəbbət və şəfqət dolu hisslərindən süzülən qəlbinin işığı ilə kətan üzərində bu ülviyyətin bariz təcəssümünü məharətlə əks etdirir. Milena Nəbiyevanın rəsmləri fırça ustalarının heç də hamısının əsərlərində rast gəlinməyən, qavrayışa tam məlum olmayan bir enerjidən rövnəqlənir. Bu əsərlər ətraf aləmdəki gözəllikləri və füsunkarlıqları açıq ürəklərə duyduduran, təsirləndirən və nəhayətsiz olaraq təəssüratlandıran bir keyfiyyətə malikdirlər.
Milena Nəbiyeva tamamilə fərqli, özünəməxsus çoxçeşidliliyi ilə analoqu olmayan bir palitradan çıxış etməklə, hər bir seyrçini onun qəlbinin təntənəsi olan mənzərələr, eskizlər və natürmortlarla öz aləmində yaşadır, heyranlıqlara qərq edir və seyrçilər bu tablolardakı aləmlərə baş vurmaqla, onların harmoniyası ilə nəfəs almağa başlayırlar.
Sənətsevərləri 19 sentyabr saat 20:00-da QGallery qalereyasında Milena Nəbiyevanın "Qəlbin naxışları" adlı fərdi sərgisinin açılışına dəvət edirik. Sərgidə rəssamın 20-dən artıq rəsm əsəri nümayiş olunacaq. Sərgi, 21 sentyabr 2023-cü il tarixi də daxil olmaqla davam edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəd
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Qazaxıstana avtomobil sənayes
Qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "
Kamçatkada müstəntiqlər iki uşağa işgəncə verməkdə şübhəli bilinə
Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də
Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün i
Aktyor Elcan Rəsulov Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunu (Salm
Ermənistan ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifa
8 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər
Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsəd
Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ild�
Ukrayna müharibənin 562-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə
Peşə təhsili müəssisələrində "Dayə" ixtisası tədris olunaca
İranda polis qüvvələri Minab şəhərinin Kolahi limanına basqın edərək