Slovakiya 2024cü ilin yazında Qarabağda "ağıllı" kəndin tikintisinə başlayacaq


Siyasət 06 Sen 2023 09:19:00 271 0

Slovakiya 2024cü ilin yazında Qarabağda "ağıllı" kəndin tikintisinə başlayacaq

Slovakiya 2024-cü ilin yazında Qarabağda "ağıllı" kəndin tikintisinə başlayacaq.

Bu barədə Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar Azərbaycana səfəri zamanı Trend-ə özəl müsahibəsində deyib.

"Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndində "ağıllı" kəndin tikintisinin layihə sənədləri ilə bağlı müqavilə imzalanacaq. Prezident İlham Əliyevlə bu layihəni müzakirə etdik. Layihə sənədləri gələn ilin fevral ayına qədər hazır olmalıdır. Azərbaycan bütün prosesi sürətləndirmək istəyir. Təxminən yazda "ağıllı" kəndin tikintisinə başlanmalıdır. Bu, pilot layihə olacaq.

Azərbaycan 100-ə yaxın belə "ağıllı" kənd salmaq istəyir. İlk layihə təxminən 5000 ev üçün nəzərdə tutulacaq. Qarabağda böyük bərpa işləri aparılır. Bu, təxminən 20-30 ilə hesablanmış layihədir, çünki 100 belə kəndin salınması vaxt aparacaq.

Slovakiya şirkətinin qalan layihələrdə qalib olub-olmayacağını bilmirik. Slovakların bir deyimi var: "Ən uzun yol ilk addımdan başlayır". Beləliklə, bu, əslində, ilk addımdır", - deyə o bildirib.

B.Kollar əlavə edib ki, Azərbaycan və Slovakiya müxtəlif sahələrdə birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edir:

"Məsələn, belə müştərək müəssisələrdən birini burada, Azərbaycanda yaradıla bilər. Bu səfər zamanı məni biznes nümayəndələri də müşayiət edirlər. Bizimlə burada döyüş sursatı və haubitsa istehsalı ilə məşğul olan KONSTRUKTA - Defence dövlət müəssisəsinin baş direktoru var. Biz bu fikri ilk dəfə bu il Azərbaycan Prezidentinin müşaviri GLOBSEC təhlükəsizlik konfransında iştirak etmək üçün Bratislavaya səfər edəndə müzakirə etdik. Biz Azərbaycanda burada işləyə biləcək birgə müəssisənin yaradılması imkanlarını müzakirə etdik. Bu, mənim yaxın gələcək üçün məqsədimdir".

Slovakiya parlamentinin sədri ikitərəfli ticarət əlaqələrinin intensivləşdirilməsi yollarından da danışıb:

"Bu, qarşılıqlı əməkdaşlıqdır. Biz xammalı, məsələn, nefti Azərbaycandan alırıq, amma başqa mallar var ki, onları dəyişdirmək olar. Qarşılıqlı ticarət belə yaranır. Milli Məclisin sədri Sahibə Qafarova 2021-ci ildə Slovakiyada səfərdə olub. Onun səfərindən çox təsirləndik və buraya gəlməyə qərar verdik.

Münasibətlərimiz dostluq xarakteri daşıyır və bu, əməkdaşlığın gələcək inkişafı üçün çox yaxşıdır. Görüşmək və əlaqələri gücləndirmək vacibdir. Burada həm də 2026-cı il Avropa Mədəniyyət Paytaxtı seçilən Treçin şəhərinin merinin evi də yerləşir. O, Trençin ilə Azərbaycanın Şuşa şəhəri arasında əməkdaşlıq qurmaq istərdi. Şuşa şəhərinin nümayəndələri müxtəlif Avropa konfranslarında və digər tədbirlərdə iştirak edə bilərdilər. Biz, həmçinin, futbol mübadiləsi və birgə matçlar təşkil edə bilərik".

Enerji sahəsində əməkdaşlığa gəlincə, B.Kollar xatırladıb ki, ötən il Slovakiya neft emalı zavodları üçün Azərbaycan neftinin ilk həcmini alıb:

"Avropa İttifaqı enerji mənbələrini şaxələndirmək istəyir. Slovakiya isə təkcə Rusiya neftindən və qazından asılı olmaq istəmir. Hazırda Qətərdən neft, ABŞ-dan isə mayeləşdirilmiş təbii qaz (LNG) idxal edirik. İki il əvvəl biz Azərbaycandan neft tədarükünün mümkünlüyünü müzakirə etdik. Ötən ilin dekabrında isə şirkətimiz Azərbaycandan neft emalı zavodları üçün ilk neft partiyasını qəbul edib.

Slovakiya bu ilin aprelində Bolqarıstanda Azərbaycandan əlavə qaz həcmlərinin nəqlinə imkan verəcək "Həmrəylik halqası" layihəsi üzrə anlaşma memorandumu imzalayan ölkələr sırasında olub.

Azərbaycan təhlükəsiz ölkədir, burada heç bir risk yoxdur, ona görə də biz uzunmüddətli müqavilələr bağlaya bilərik. Sentyabrın sonunda parlament seçkilərimiz olacağı üçün bir aydan sonra parlamentin spikeri kimi mandatım başa çatacaq. Mən də standartdan da yaxşı münasibətlərimiz olanlarla vidalaşmaq üçün Azərbaycana, başqa ölkələr kimi, səfər etdim".

Bakı Metrosunda YENİLİK like
  • 06 Sen 08:52  
Digərləri Bakı Metrosunda YENİLİK

"Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə yeni ödə

arrow Ətraflı
Elitanın Putin planı: Bu tarixədək devriləcək... like
  • 06 Sen 08:45  
Digərləri Elitanın Putin planı: Bu tarixədək devriləcək...

Rus elitası başa düşməlidir ki, Putini vəzifədən kənarlaşdırmadan sə

arrow Ətraflı
Böyük Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq like
  • 06 Sen 08:37  
Dünya Böyük Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

Böyük Britaniya hökuməti Rusiyanın "Vaqner" özəl hərbi şirkə

arrow Ətraflı
DİQQƏT: Bundan sonra valideynlər əlavə xərcə düşəcək like
  • 06 Sen 08:30  
Digərləri DİQQƏT: Bundan sonra valideynlər əlavə xərcə düşəcək

9-cu sinif buraxılış ımtahanlarının ciddiləşməsi bir tərəfdən məsu

arrow Ətraflı
20dən çox insan qasırğanın qurbanı oldu  VİDEO like
  • 06 Sen 08:22  
Dünya 20dən çox insan qasırğanın qurbanı oldu VİDEO

Braziliyanın cənub bölgələrində baş verən qasırğa azı 22 nəfərin ö

arrow Ətraflı
UNOlar dünyanın ən çox harasında görünür?  FOTO like
  • 06 Sen 08:15  
Dünya UNOlar dünyanın ən çox harasında görünür? FOTO

ABŞ Müdafiə Nazirliyi yanında Hər növ anomaliyaların tədqiqi üzrə depa

arrow Ətraflı
Kapitan sahildə yarım tonluq tısbağa aşkar etdi  FOTO like
  • 06 Sen 08:08  
Dünya Kapitan sahildə yarım tonluq tısbağa aşkar etdi FOTO

Almaniyanın şimalındakı Şlezviq-Holşteyn federal əyalətinin sahillərind

arrow Ətraflı
Darayanda saçları tökülənlər like
  • 06 Sen 08:00  
Digərləri Darayanda saçları tökülənlər

Qaraciyərin müxtəlif mənşəli yağlanma xəstəliyində simptomlardan biri

arrow Ətraflı
Latviya Rusiya ilə sərhədi minalayacaq like
  • 06 Sen 07:52  
Dünya Latviya Rusiya ilə sərhədi minalayacaq

Latviya Rusiya və Belarusla sərhəddə tank əleyhinə minalar yerləşdirəc�

arrow Ətraflı
"Mən bu cahana sığmazam"ın aktrisası "Kuruluş Osman"da  FOTO like
  • 06 Sen 07:45  
Şou-biznes "Mən bu cahana sığmazam"ın aktrisası "Kuruluş Osman"da FOTO

Sonuncu dəfə "Mən bu cahana sığmazam" serialında rol alan aktris

arrow Ətraflı
Turist məşhur fəvvarəni zədələdi like
  • 06 Sen 07:38  
Dünya Turist məşhur fəvvarəni zədələdi

Almaniyalı turist İtaliyanın Florensiya şəhərinin ən məşhur simvolları

arrow Ətraflı
Sözləri çəp gəldi, avtobusda əlbəyaxa dava düşdü  VİDEO like
  • 06 Sen 07:30  
Digərləri Sözləri çəp gəldi, avtobusda əlbəyaxa dava düşdü VİDEO

Tuvada avtobusların birində sərnişinlər əlbəyaxa dava salıblar.

arrow Ətraflı
Meksikada Azərbaycanla bağlı geniş təqdimat keçirilib  FOTO like
  • 06 Sen 07:22  
Digərləri Meksikada Azərbaycanla bağlı geniş təqdimat keçirilib FOTO

Meksikanın Xalisko ştatının Tonela şəhərində yerli Ticarət Palatası t�

arrow Ətraflı
Kobra qadını saatlarla dua etməyə məcbur etdi like
  • 06 Sen 07:15  
Dünya Kobra qadını saatlarla dua etməyə məcbur etdi

Hindistanda kobra yatmış qadının ayağına sarılıb və  ilantutan gələn

arrow Ətraflı
ABŞ ballistik raket sınağı həyata keçirəcək like
  • 06 Sen 07:08  
Dünya ABŞ ballistik raket sınağı həyata keçirəcək

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ Rusiya F

arrow Ətraflı