Meksikada Azərbaycanla bağlı geniş təqdimat keçirilib FOTO


Digərləri 06 Sen 2023 07:22:00 224 0

Meksikada Azərbaycanla bağlı geniş təqdimat keçirilib  FOTO

Meksikanın Xalisko ştatının Tonela şəhərində yerli Ticarət Palatası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanla bağlı geniş təqdimat keçirilib. Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov tədbirdə iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, səfirlikdən verilən mlumata görə 4 saata yaxın davam edən tədbir xüsusilə Azərbaycana həsr olunub, ölkəmizin tarixi, mədəniyyəti, ictimai-siyasi və iqtisadi həyatı barədə geniş təqdimat keçirilib. Tədbirdə federal deputatlar, yerli qanunverici qurumun nümayəndələri və bələdiyyə rəhbərləri, Ticarət Palatasının üzvləri və iş adamları, akademik dairələr, KİV-lərin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən M.Talıbov iştirakçıları ölkəmizin zəngin tarixi, mədəniyyəti, qarşılaşdığı çağırışlara baxmayaraq, qısa müddət ərzində keçdiyi uğurlu inkişaf yolu haqqında məlumatlandırıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri, onun təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr və islahatlar nəticəsində Azərbaycan Respublikası beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və siyasi stabilliyini təmin etmiş bir dövlətə çevrilib. Ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunduğu və Ulu Öndərin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu bildirilib.

Həmçinin Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri, erməni quldurlarının törətdikləri vəhşiliklərdən söz açılıb, Azərbaycana qarşı qərəzli yanaşma və ikili standartların qəbuledilməz olduğu vurğulanıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik erməni işğalına son qoyaraq tarixi ədaləti bərpa etdiyi qeyd olunub. Hazırda ölkəmizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, məcburi köçkünlərin qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi barədə ətraflı məlumat verilib.

Eyni zamanda, tədbir zamanı Azərbaycan-Meksika münasibətlərinin hazırkı vəziyyəti, siyasi və iqtisadi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Mədəniyyət, təhsil, ticarət və investisiya sahələrində əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Sonda çoxsaylı suallar cavablandırılıb, Meksika tərəfindən bu kimi görüşlərin olduqca faydalı olduğu bildirilib.

Kobra qadını saatlarla dua etməyə məcbur etdi like
  • 06 Sen 07:15  
Dünya Kobra qadını saatlarla dua etməyə məcbur etdi

Hindistanda kobra yatmış qadının ayağına sarılıb və  ilantutan gələn

arrow Ətraflı
ABŞ ballistik raket sınağı həyata keçirəcək like
  • 06 Sen 07:08  
Dünya ABŞ ballistik raket sınağı həyata keçirəcək

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ Rusiya F

arrow Ətraflı
Xalq artisti Röya: “Hər iki aydan bir geyimə 500 min manat xərcləyirdim” – like
  • 06 Sen 07:00  
Şou-biznes Xalq artisti Röya: “Hər iki aydan bir geyimə 500 min manat xərcləyirdim” –

"Mənə qarışmayın. Məni insanlar sevir, çünki mən də onları sevir

arrow Ətraflı
Övlad sahibi olmaq istəyərsinizsə, like
  • 06 Sen 06:32  
Digərləri Övlad sahibi olmaq istəyərsinizsə,

Ana-ata olmaq istəyənlər düyü və şəkərdən uzaq durmalıdır. Sonsuzluq

arrow Ətraflı
Müğənni ailəsi ilə birgə qəzaya düşdü like
  • 06 Sen 06:01  
Şou-biznes Müğənni ailəsi ilə birgə qəzaya düşdü

Türkiyəli müğənni Sümer Ezgü qəzaya düşüb.

arrow Ətraflı
Bu şəxslər ÇAY içməməlidir! like
  • 06 Sen 05:29  
Digərləri Bu şəxslər ÇAY içməməlidir!

Ənənəvi içkimiz olan çay çoxsaylı faydalı və müalicəvi  xüsusiyyət

arrow Ətraflı
Sevənləri onu tanıya bilmədi like
  • 06 Sen 04:57  
Şou-biznes Sevənləri onu tanıya bilmədi

Yeni mövsümdə "Gaddar" serialı ilə ekranlara qayıtmağa hazırla

arrow Ətraflı
Hansı qidalar gecələr yatmağınıza imkan vermir? like
  • 06 Sen 04:25  
Digərləri Hansı qidalar gecələr yatmağınıza imkan vermir?

Gecələr yuxuya getməkdə çətinlik çəkirsinizsə, gün ərzində nə yediy

arrow Ətraflı
Ayrılıq xəbərlərindən sonra birgə görüntüləndilər like
  • 06 Sen 03:48  
Şou-biznes Ayrılıq xəbərlərindən sonra birgə görüntüləndilər

Dünyaca məşhur model Kayli Cenner aktyor sevgilisi Timoti Şalame ilə ayrıl

arrow Ətraflı
Kofe arıqlamağa kömək edir? like
  • 06 Sen 03:06  
Digərləri Kofe arıqlamağa kömək edir?

Mütəxəssislər qəhvənin arıqlamağa kömək edib-etməyəcəyini araşdır

arrow Ətraflı
Sevgilisi ilə oteldən çıxarkən paparasilərə tuş gəldi like
  • 06 Sen 02:33  
Şou-biznes Sevgilisi ilə oteldən çıxarkən paparasilərə tuş gəldi

Aktrisa Meqan Foks və musiqiçi Kolson Beyker (Maşın Gun Kelli təxəllüsü

arrow Ətraflı
Hansı ət növlərini çiy yemək olar? like
  • 06 Sen 02:00  
Digərləri Hansı ət növlərini çiy yemək olar?

Xam şəkildə mal əti, quzu əti, eləcə də qızılbalıq ailəsinin dəniz

arrow Ətraflı
Puqaçovanın son görüntüsü yenidən müzakirələrə səbəb oldu like
  • 06 Sen 01:30  
Şou-biznes Puqaçovanın son görüntüsü yenidən müzakirələrə səbəb oldu

Rusiyalı müğənni Alla Puqaçovanın son görüntüsü pərəstişkarlarını

arrow Ətraflı
Rusiya kubalıları Ukrayna ilə müharibəyə göndərir like
  • 06 Sen 01:10  
Dünya Rusiya kubalıları Ukrayna ilə müharibəyə göndərir

Kuba hakimiyyəti insan alveri ilə bağlı cinayətkar şəbəkənin aşkarlanm

arrow Ətraflı
Alkoqol cinsi aktivliyə necə təsir edir? like
  • 06 Sen 00:58  
Digərləri Alkoqol cinsi aktivliyə necə təsir edir?

Alimlər cinsi aktivliyi artıran əsas amili aşkar ediblər.

arrow Ətraflı