"Vaqner"in Qarabağ sirləri: ordumuza qarşı döyüşən muzdluları ermənilər aldatdılar


Siyasət 26 İyn 2023 12:30:00 220 0

"Vaqner"in Qarabağ sirləri: ordumuza qarşı döyüşən muzdluları ermənilər aldatdılar

Rusiyada silahlı qiyama, daha doğrusu, silahlı çevrilişə cəhd etmiş "Vaqner" Özəl Hərbi Şirkətinin (PMC) rəhbəri Yevgeni Priqojin çoxsaylı hərbi cinayətlərdə, qırğınlarda və terrorizmlə ləngər vuran ekstremist fəaliyyətdə suçlanan şəxsdir.

Latın Amerikası və Afrika ölkələrində çoxsaylı cinayətlər törədən, minlərlə günahsız insanı qətlə yetirən "Vaqner" Suriyada da çoxsaylı, əksəriyyəti hələ də aşkarlanmamaış cinayətlərdə əli olan strukturdur.

Ukraynadakı müharibəyə gəldikdə isə, rəsmi Kiyev "Vaqner"i terrorçu struktur elan edib.

"Vaqner" PMC 44 günlük İkinci Qarabağ Müharibəsində də "iz" qoyub. Yevgeni Priqojinin muzdluları torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığımız Vətən Müharibəsində düşmən tərəfində əsgərlərimizə qarşı döyüşüb.

Almaniyanın "RedaktionsNetzwerk Deutschland" (RND)  resursu "Vaqner"in rəhbəri Yevgeni Priqojindən bəhs edən araşdırmasında vurğulayırdı ki, bu özəl hərbi şirkət Kremlin maraqları üçün dünyanın bir sıra "boz" bölgələrində, o cümlədən Suriyada döyüşüb.

"Suriyada Priqojinin muzdluları hərbi əməliyyatlar aparmaqla yanaşı, Bəşər Əsədin qoşunlarındakı hərbçilərə də təlim keçirdilər. Palmira şəhərinin İŞİD terrorçularından azad edilməsində də "Vaqner" aktiv iştirak etmişdi. Bütün bunlarla yanaşı, təqribən 500 nəfər "Vaqner" muzdlusunun 2020-ci ilin noyabr ayının əvvəllərində Qarabağda Ermənistan qoşunlarının tərkibində Azərbaycana qarşı vuruşduğu da deyilir", - RND yazırdı.

"Vaqner" muzdlulularının Qarabağa, ermənilərin tərəfində vuruşmağa göndərilməsi barədə Almaniya siyasətçiləri də bəyanatlar verirlər.

Belə ki, Almaniya Sosial-Demokrat Partiyasının funksioneri, bundestaqın xarici işlər üzrə komitəsinin sədri Mizael Rott Twitter-də yazıb: "Priqojin bütün dünyaın önündə Putinin nüfuzunu yerlə bir etdi. Priqojinin qiyam cəhdi Sudan, Mali, Liviya ilə yanaşı, Ermənistanla Azərbaycan arasındakı münaqişəyə də təsir edəcək. Rusiya hakimiyyətini təmsil edən "Vaqner"in muzduları bir sıra ölkələrdə hərbi əməliyyatlar aparıblar və indi də aparırlar".

Əslində, "Vaqner"in muzdluları 44 günlük İkinci Qarabağ Müharibəsindən əvvəl, hələ 2008-ci ilin avqust ayının sonlarında-sentyabrın əvvəllərində Qarabağa yerləşmişdilər.

Müharibə günlərində onların təqribənr 300 nəfəri Şuşa uğrunda gedən döyüşlərdə ermənilərin tərəfində iştirak etmişdilər.

Həmin günlərdə "Vaqner" muzdlularından birinin Şuşada çəkilmiş fotosu da Rusiya mediasında və sosial şəbəkələrdə yayılmışdı.

Bundan başqa, "Vaqner" muzdlularının bir qismi isə sabiq Ağdərə rayonunda ermənilərlə çiyin-çiyinə ordumuza qarşı vuruşublar. "Vaqnerçilər" əsasən ermənilər üçün hava hücumundan müdafiəni təşkil etməyə çalışmışdılar.

44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra isə Ermənistan hakimiyyəti "Vaqner"lə sövdələşmənin şərtlərini pozdu, Y.Priqojinin muzdlularına pul ödəməkdən boyun qaçırdı.

Hətta "Vaqner"ə məxsus sosial şəbəkə profillərində, kanallarda və səhifələrdə muzdluların bir qismini "Azərbaycan tərəfinə keçməyə hazır olduğu" da iddia olunurdu.

Lakin Azərbaycan Y.Priqojinin "savaş köpəkləri"nin xidmətlərinə zərurət duymayıb və duymur: bunu bilən "Vaqner" mənsublarının qalıqları ermənilərdən pullarını ala bilməyəcəklərini anlayanda Qarabağı tərk edərək Rusiyaya qayıtmışdılar.

İşğal etdiyi ərazilərimizi nəzarətində saxlaya biləcəyini düşünən və Azərbaycana meydan oxuyan Ermənistan rəhbərliyi "Vaqner"ə də bel bağlamışdı. Lakin 44 günlük müharibə Azərbaycan əsgərinin ermənilərin başıpozuq hərbi dəstələri ilə yanaşı, "Vaqner"in "savaş köpəkləri"ndən də dəfələrlə döyüşə hazırlıqlı, peşəkar və qətiyyətli olduğunu sübut etdi.

Elçin Alıoğlu Son.az

Sabah 37° isti olacaq like
  • 26 İyn 12:26  
Digərləri Sabah 37° isti olacaq

İyunun 27-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava ş�

arrow Ətraflı
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib  FOTO like
  • 26 İyn 12:24  
Digərləri Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib FOTO

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyinin

arrow Ətraflı
Ötən gün yol qəzalarında 8 nəfər ölüb like
  • 26 İyn 12:22  
Digərləri Ötən gün yol qəzalarında 8 nəfər ölüb

Ötən gün Azərbaycanda baş verən yol qəzalarında 8 nəfər ölüb.

arrow Ətraflı
Əli Əliyevin partiyası fəaliyyətini dayandırdı like
  • 26 İyn 12:10  
Digərləri Əli Əliyevin partiyası fəaliyyətini dayandırdı

Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətini dayandırıb.

arrow Ətraflı
“Çelsi”nin qapıçısı evləndi  FOTO like
  • 26 İyn 11:46  
Dünya “Çelsi”nin qapıçısı evləndi FOTO

"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa evlənib.

arrow Ətraflı
Ceyhun Bayramov ABŞyə yola düşüb  Erməni həmkarı ilə görüşəcək like
  • 26 İyn 11:40  
Siyasət Ceyhun Bayramov ABŞyə yola düşüb Erməni həmkarı ilə görüşəcək

26 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi

arrow Ətraflı
5 qızı özünə qurban seçən 46 yaşlı pedofil tutuldu like
  • 26 İyn 11:34  
Dünya 5 qızı özünə qurban seçən 46 yaşlı pedofil tutuldu

Moskva vilayətinin Yeqoryevsk şəhərində yetkinlik yaşına çatmayanlara qa

arrow Ətraflı
Səhər yeməmək xərçəngə tutulma riskini artırır like
  • 26 İyn 11:22  
Digərləri Səhər yeməmək xərçəngə tutulma riskini artırır

Səhər yeməyini tez-tez atlamaq ümumi orqanizmə mənfi təsir göstərir və

arrow Ətraflı
Moskvada antiterror rejimi ləğv olundu like
  • 26 İyn 11:10  
Dünya Moskvada antiterror rejimi ləğv olundu

Moskva vilayətində və Moskva şəhərində antiterror rejimi ləğv olunub.

arrow Ətraflı
Kamaləddin Qafarov: “Azərbaycan regionda əsas söz sahibidir ” like
  • 26 İyn 11:00  
Digərləri Kamaləddin Qafarov: “Azərbaycan regionda əsas söz sahibidir ”

"2021-ci il dekabrın 21-də Azərbaycanda ilk komando hərbi hissəsi azad

arrow Ətraflı
Putini bu ölkənin kəşfiyyatı xilas edibmiş  "Birgə işləyiblər" like
  • 26 İyn 10:46  
Dünya Putini bu ölkənin kəşfiyyatı xilas edibmiş "Birgə işləyiblər"

Rusiyadakı hərbi çevriliş cəhdindən türk kəşfiyyatının xəbəri olub.

arrow Ətraflı
Əri Ayselin mahnısına belə oynadı  VİDEO like
  • 26 İyn 10:34  
Şou-biznes Əri Ayselin mahnısına belə oynadı VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə həyat yold

arrow Ətraflı