Kamaləddin Qafarov: “Azərbaycan regionda əsas söz sahibidir ”


Digərləri 26 İyn 2023 11:00:00 197 0

Kamaləddin Qafarov: “Azərbaycan regionda əsas söz sahibidir ”

"2021-ci il dekabrın 21-də Azərbaycanda ilk komando hərbi hissəsi azad edilmiş Hadrutda yaradıldı. Bundan cəmi 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış Komando Qüvvələrinin hərbi hissəsinin açılış mərasimi keçirildi. Bu gün Azərbaycanda ordu quruculuğu prosesi sürətlə gedir və Komando Qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Cari il iyunun  23-də, Silahlı Qüvvələr Günü ərəfəsində növbəti komando hərbi hissəsinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Mərasimdə çıxış edən dövlət başçısının dediyi kimi, Azərbaycan öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır və bundan sonra da artıracaq. Ordunun daha da gücləndirilməsi dövlətimizin bir nömrəli vəzifəsi kimi xüsusi diqqət mərkəzində saxlanır." Bunu mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat ölkəmizdə ordu quruculuğu istiqamətində görülən kompleks tədbirlərdən bəhs edərək bildirib: "Ali Baş Komandan  İlham Əliyevin birbaşa nəzarəti altında bu gün ölkəmizin Silahlı Qüvvələrinin modernləşdirilməsi və ən müasir silahlarla təchizatı məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və dövlət başçımızın dediyi kimi, artıq bir çox kontraktlar imzalanmışdır. Bu kontraktlarda yeni pilotsuz uçuş aparatlarının, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi nəzərdə tutulub.  Müdafiə Nazirliyi strukturunun təkmilləşdirilməsi prosesi bu gün yüksək effektivliklə davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin yaradılması, o cümlədən Komando Qüvvələrinin yaradılması ordumuzun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Biz bu gün Azərbaycanın Silahlı Qüvvələri vahid proqram əsasında inkişaf etdiririk və bu, yaxın gələcəkdə Ordumuzun yeni, daha yüksək səviyyəyə qalxmasını təmin edəcək. Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər.  Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir.  Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlılarının  sayı dəfələrlə artırılıb və  bu böyük qüvvə ölkə ərazisini qorumağa və hər hansı bir təhdid yaranarsa, düşmənə sarsıdıcı zərbə endirməyə qadirdir və buna hər an hazırdır."

K.Qafarov İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin hərbi Zəfərinin siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirildiyini vurğulayaraq  deyib: " Prezident İlham Əliyevin məharətli diplomatik gedişləri və uğurlu xarici siyasəti nəticəsində İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Bu gün regionda gedən proseslər ümumilikdə ölkəmizin  maraqlarına uyğun istiqamətdə cərəyan edir. Müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarları ölkəmizə yenə də köhnə tezisləri qəbul etdirməyə çalışırdılar. Lakin dövlət başçımızın siyasi iradəsi bunu qətiyyətlə rədd etdi və bu gün hər kəs görür ki, vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu da artıq gündəlikdə yoxdur. Bir vaxtlar Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr isə bu gün artıq tamamilə fərqli açıqlamalar verirlər. Bütün bunlar Azərbaycan Prezidentinin son iki il yarım ərzində apardığı siyasətin mühüm nəticələridir. Xüsusilə iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlət başçımızın çox güclü siyasi iradəsinin göstəricisidir. Bu siyasi iradə son iki il yarım ərzində  Prezident İlham Əliyevin atdığı hər bir addımın arxasında durur. Bu gün Azərbaycan regionda əsas söz sahibidir və dövlətimizin iradəsinə heç bir qüvvə təsir edə bilməz.  Ali Baş Komandanımızın dediyi kimi, biz öz torpağımızda müharibə aparmışıq və bu gün də öz torpağımızda yaşayırıq və yaşayacağıq".

Putini bu ölkənin kəşfiyyatı xilas edibmiş  "Birgə işləyiblər" like
  • 26 İyn 10:46  
Dünya Putini bu ölkənin kəşfiyyatı xilas edibmiş "Birgə işləyiblər"

Rusiyadakı hərbi çevriliş cəhdindən türk kəşfiyyatının xəbəri olub.

arrow Ətraflı
Əri Ayselin mahnısına belə oynadı  VİDEO like
  • 26 İyn 10:34  
Şou-biznes Əri Ayselin mahnısına belə oynadı VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə həyat yold

arrow Ətraflı
Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxdı  FOTO like
  • 26 İyn 10:10  
Dünya Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxdı FOTO

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu "Vaqner"in s

arrow Ətraflı
"Olan Ramiz Novruza oldu" like
  • 26 İyn 09:58  
Şou-biznes "Olan Ramiz Novruza oldu"

Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz atası ilə bağlı p

arrow Ətraflı
Naxçıvanda qəzada ölənlər toydan qayıdırmış  FOTO like
  • 26 İyn 09:46  
Digərləri Naxçıvanda qəzada ölənlər toydan qayıdırmış FOTO

Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

arrow Ətraflı
Qazlı içki, yoxsa meyvə şirəsi? like
  • 26 İyn 09:22  
Digərləri Qazlı içki, yoxsa meyvə şirəsi?

Təzə sıxılmış şirədə qlükozanın qana daxil olma sürətini azaldan v�

arrow Ətraflı
1 il əvvəl itirdiyi anasının FOTOsunu paylaşdı like
  • 26 İyn 09:10  
Şou-biznes 1 il əvvəl itirdiyi anasının FOTOsunu paylaşdı

Xalq artisti Mehriban Zəki bir il əvvəl itirdiyi anasının fotosunu paylaş�

arrow Ətraflı
Qəfil ölümlərin səbəbi nədir?  Kardioloqdan açıqlama like
  • 26 İyn 08:42  
Digərləri Qəfil ölümlərin səbəbi nədir? Kardioloqdan açıqlama

Son vaxtlar gənc yaşda qəfil ölüm hallarının çoxalması insanları narah

arrow Ətraflı
Naxçıvanda ağır yol qəzası  5 nəfər öldü, xəsarət alanlar var like
  • 26 İyn 08:35  
Digərləri Naxçıvanda ağır yol qəzası 5 nəfər öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində

arrow Ətraflı
Bilyard salonuna SİLAHLI BASQIN: Biri qadın olmaqla 11 nəfər... like
  • 26 İyn 08:20  
Digərləri Bilyard salonuna SİLAHLI BASQIN: Biri qadın olmaqla 11 nəfər...

Silahlı şəxslər Hondurasın Kortes vilayətinin Çoloma şəhərində bilyar

arrow Ətraflı
Uşaqlarda oğurluq həvəsinin yaranma SƏBƏBLƏRİ like
  • 26 İyn 08:13  
Digərləri Uşaqlarda oğurluq həvəsinin yaranma SƏBƏBLƏRİ

Uşaq və yeniyetmə psixoloqu Aybəniz Urhan kleptomaniyanın yaranma səbəbl�

arrow Ətraflı