Azərbaycan Ordusu hər birimizin qürur mənbəyi olmaqla yanaşı, təhlükəsizliyimizin də əsas təminatçısıdır Sevil Mikayılova


Siyasət 26 İyn 2023 10:30:00 225 0

Azərbaycan Ordusu hər birimizin qürur mənbəyi olmaqla yanaşı, təhlükəsizliyimizin də əsas təminatçısıdır  Sevil Mikayılova

Bu gün 105 yaşı tamam olan Azərbaycan Ordusu hər birimizin qürur mənbəyi olmaqla yanaşı, təhlükəsizliyimizin əsas təminatçısıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu

"1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin başçılığı altında tamamilə yeni mərhələyə qədəm qoydu.

"Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.Məhz bu uğurlu siyasətin nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimiz 2020-ci il Vətən Müharibəsində qazandığı parlaq qələbə ilə Azərbaycan tarixinin şanlı səhifəsini yazdı.

Bu gün Azərbaycan Ordusunun keçirdiyi peşəkar əməliyyatlar,q azandığı tarixi zəfər dünyanın aparıcı hərbi tədris mərkəzlərində öyrənilir"- deyə o, əlavə edib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən güclü ordu olmaqla bərabər, dünyanın 50 ən güclü orduları sırasındadır: "Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarət olan Azərbaycan Ordusunun dinamik inkişaf tempi olduqca yüksəkdir.

"Vətən müharibəsindən sonra da Azərbaycan Ordusunun inkişafı tempi geniş vüsət alıb. Artıq Azərbaycan Ordusunda çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələr yaradılır. Prezident İlham Əliyevin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi birləşmələrinin yaradılması bunun göstəricisidir. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir".

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığından da bəhs edən Sevil Mikayılova vurğulayıb ki, Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb.

"Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır.Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.

Qardaş Türkiyə ilə bərabər, Azərbaycan, eyni zamanda, İsrail, Pakistan və digər dövlətlərlə də hərbi əməkdaşlıq edir".", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova əlavə edib ki, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi bundan sonra da Azərbaycan Ordusunun təkmilləşdirilməsi davam etdiriləcək.

"Əminik ki, atılacaq addımlar, təbii ki, daha çevik, daha döyüşkən və yüksək döyüş qabiliyyətli Azərbaycan Ordusunun yaranmasına gətirib çıxaracaq", - deyə o, əlavə edib.

Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxdı  FOTO like
  • 26 İyn 10:10  
Dünya Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxdı FOTO

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu "Vaqner"in s

arrow Ətraflı
"Olan Ramiz Novruza oldu" like
  • 26 İyn 09:58  
Şou-biznes "Olan Ramiz Novruza oldu"

Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz atası ilə bağlı p

arrow Ətraflı
Naxçıvanda qəzada ölənlər toydan qayıdırmış  FOTO like
  • 26 İyn 09:46  
Digərləri Naxçıvanda qəzada ölənlər toydan qayıdırmış FOTO

Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

arrow Ətraflı
Qazlı içki, yoxsa meyvə şirəsi? like
  • 26 İyn 09:22  
Digərləri Qazlı içki, yoxsa meyvə şirəsi?

Təzə sıxılmış şirədə qlükozanın qana daxil olma sürətini azaldan v�

arrow Ətraflı
1 il əvvəl itirdiyi anasının FOTOsunu paylaşdı like
  • 26 İyn 09:10  
Şou-biznes 1 il əvvəl itirdiyi anasının FOTOsunu paylaşdı

Xalq artisti Mehriban Zəki bir il əvvəl itirdiyi anasının fotosunu paylaş�

arrow Ətraflı
Qəfil ölümlərin səbəbi nədir?  Kardioloqdan açıqlama like
  • 26 İyn 08:42  
Digərləri Qəfil ölümlərin səbəbi nədir? Kardioloqdan açıqlama

Son vaxtlar gənc yaşda qəfil ölüm hallarının çoxalması insanları narah

arrow Ətraflı
Naxçıvanda ağır yol qəzası  5 nəfər öldü, xəsarət alanlar var like
  • 26 İyn 08:35  
Digərləri Naxçıvanda ağır yol qəzası 5 nəfər öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində

arrow Ətraflı
Bilyard salonuna SİLAHLI BASQIN: Biri qadın olmaqla 11 nəfər... like
  • 26 İyn 08:20  
Digərləri Bilyard salonuna SİLAHLI BASQIN: Biri qadın olmaqla 11 nəfər...

Silahlı şəxslər Hondurasın Kortes vilayətinin Çoloma şəhərində bilyar

arrow Ətraflı
Uşaqlarda oğurluq həvəsinin yaranma SƏBƏBLƏRİ like
  • 26 İyn 08:13  
Digərləri Uşaqlarda oğurluq həvəsinin yaranma SƏBƏBLƏRİ

Uşaq və yeniyetmə psixoloqu Aybəniz Urhan kleptomaniyanın yaranma səbəbl�

arrow Ətraflı
Hansı rəng geyim ağcaqanadları cəlb edir? like
  • 26 İyn 07:56  
Digərləri Hansı rəng geyim ağcaqanadları cəlb edir?

Ağcaqanadlardan tamamilə qaça bilməsəniz də, bəzi rəngdə geyimlərdən

arrow Ətraflı
Aİnin XİN başçılarının toplantısında AzərbaycanErmənistan münasibətləri müzakirə olunacaq like
  • 26 İyn 07:47  
Siyasət Aİnin XİN başçılarının toplantısında AzərbaycanErmənistan münasibətləri müzakirə olunacaq

Bazar ertəsi Lüksemburqda toplanacaq Avropa İttifaqı (Aİ) Xarici İşlər �

arrow Ətraflı
Gecə klubunun yaxınlığında ATIŞMA: 8 ölü like
  • 26 İyn 07:39  
Dünya Gecə klubunun yaxınlığında ATIŞMA: 8 ölü

Ekvadorun Santo Dominqo de los Tsaçilas əyalətində atışma olub.

arrow Ətraflı
Ceyhun Bayramov Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib like
  • 26 İyn 07:31  
Siyasət Ceyhun Bayramov Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Xarici işlər naziri Ceyhun Bayramov 26 İyun - Silahlı Qüvvələr Günü mü

arrow Ətraflı