"Prezident İlham Əliyev müşavirədə sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi" MÜSAHİBƏ


Siyasət 25 İyn 2023 22:01:00 267 0

"Prezident İlham Əliyev müşavirədə sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi"  MÜSAHİBƏ

Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-leytenant Elçin İbrahimov Silahlı Qüvvələr Günü ilə bağlı Trend-ə özəl müsahibə verib.

- 44 günlük Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hissəsi kimi Dövlət Sərhəd Xidməti şəxsi heyətinin də şanlı Qələbəmizdə böyük rolu olmuşdur. Xahiş edirik sərhədçilərimizin göstərdiyi qəhrəmanlıqlar barədə ictimaiyyətimizi bir daha məlumatlandırasınız.

- 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi. Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi. Müzəffər Ali Baş Komandanın bu əmrini icra edərək Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvə məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində "Bartaz" və "Şükürataz" strateji yüksəkliklərini azad etdik. Müzəffər Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları uğurla icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər. Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirmiş oldu. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyük miqyaslı savaş kimi hərb tarixinə yazıldı.

"Harop," "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd "S-300" raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 290 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi. Zəngilan rayonunda "Bartaz" yüksəkliyinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin SU-25 hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı "Harop" və "Bayraktar-TB2" PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı.

Vətən müharibəsində DSX-nın tətbiq etdiyi digər yenilik də dünya hərb məktəblərində müzakirə olunan mövzular sırasındadır. Öz istismar müddətini başa vurmuş, texniki cəhətdən köhnəlmiş "AN-2" təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi peşəkar hərbi yanaşmanın ifadəsi oldu. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri aşkarlanaraq zərərsizləşdirildi.

Ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km-dək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyuldu. Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin eyni zamanda bir neçə müstəvidə fədakarcasına apardığı mübarizə, xalqımızın Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşməsi, Silahlı Qüvvələrimizin hərbi taktiki və strateji üstünlüyü, hərbçilərimizin yenilməz döyüş ruhu - 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində parlaq Qələbəni təmin etdi.

44 günlük müharibədə əldə edilmiş şanlı qələbə haqqında danışarkən Müzəffər Ali Baş Komandanımızın ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın böyük rolunu xüsusi qeyd etmək istəyirəm. Hərbi qulluqçuların təminatı, sağlamlıqlarının mühafizəsi, yaralıların müalicəsi, Şuşada və digər bölgələrimizdə qədim mədəniyyətimizə və tarixi irsimizə aid abidələrin müdafiəsi, mülki vətəndaşların düşmən zərbələrindən qorunması və bu kimi onlarca digər məsələni diqqət mərkəzində saxlayan Birinci Vitse-Prezidentin verdiyi tapşırıqlar və bu istiqamətdə gördüyü işlər Böyük Zəfərin əldə olunması üçün son dərəcə əhəmiyyətli oldu.

- Dövlət Sərhəd Xidməti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu döyüş tapşırıqlarını peşəkarlıq və şərəflə icra edir. İşğaldan azad edilmiş ərazilərdə hazırkı xidmətin təşkili, həmçinin əməliyyat şəraitinə nəzarətlə bağlı məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sərhədinin Qazax, Ağstafa, Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən keçən hissəsində döyüş postları və müvafiq hərbi obyektlər inşa edilmiş, bu gün böyük qürur hissi ilə vurğulamalıyam ki, dövlət sərhədi bu istiqamətdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" və "Qubadlı" sərhəd diviziyaları, həmçinin Çevik Hərərkət Qüvvələrinin xüsusi təyinatlı hərbi hissələri tərəfindən mühafizə olunur!

Azərbaycan sərhədçisinə Ali Baş Komandan etimadının və etibarının göstəricisi olan bu tapşırıq son illər ərzində dövlət sərhədlərinin mühafizəsi, şəxsi heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində əldə olunmuş nailiyyətlərə verilən ali qiymətin təzahürü olmaqla Dövlət Sərhəd Xidmətinin hər bir zabiti, giziri, çavuşu və əsgəri tərəfindən böyük sevinclə qarşılanmışdı.

Bu istiqamətdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsinə başlanılması ilə Azərbaycan Sərhəd Mühafizəsinin tarixində yeni şanlı səhifə açılmışdı və Ermənistan ilə dövlət sərhədlərinin tam mühafizə altına götürülməsi prosesinin əsası qoyulmuşdu.

Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsi təyinatlı "Qubadlı" və "Qazax" sərhəd diviziyalarının xidməti-döyüş fəaliyyətinə başlaması, şəxsi heyət, silah və döyüş sursatı ilə komplektləşdirilməsi, bu istiqamətdə sərhəd mühafizəsi infrastrukturunun və zəruri xidməti şəraitin yaradılması istiqamətində genişmiqyaslı işlər davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə 50 km məsafədə yeni yollar çəkilib, 155 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib; 1323 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 54 ədəd piyada əleyhinə, 8 ədəd tank əleyhinə mina, 85 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.

Xüsusi vurğulamaq istərdim ki, bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarət altındadır, sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır.

- Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin inkişafı, şəxsi heyətin peşəkarlığının artırılması, mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi, müasir hərbi texnika və silah-sursatla təminat istiqamətində hansı işlər görülür?

- Bu gün səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan Azərbaycan sərhədçisi - üçrəngli dövlət bayrağımız altında dövlət maraqlarımızı qorumaqdan qürurludur.

Hazırda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir. İşğaldan azad olunmuş İran İslam Respublikası ilə dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 122 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa edilmiş, "Füzuli" və "Zəngilan" beynəlxalq hava limanlarında, "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarəti təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin 26 aprel, 04 oktyabr, 20 oktyabr, 25 oktyabr tarixlərində işgaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələrinin açılışını etməsini, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkini, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olmasını Azərbaycan sərhədçiləri böyük ruh yüksəkliyi ilə qarşılamış, Müzəffər Ali Baş Komandanın "Sərhədçilərimizin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm" sözləri isə hər birimizə böyük sevinc hissləri yaşatmışdır.

Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Silahlı Qüvvələrin və silahlı birləşmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər davam etməkdədir. Bu tədbirlər sırasında Dövlət Sərhəd Xidməti qarşısında da xüsusi tapşırıqlar müəyyən olunmuşdur.

Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş xüsusi tapşırıqların icrası məqsədilə sifariş edilmiş müvafiq silah və texnikaların ölkəyə gətirilməsi və yerləşdirilməsi işi davam etdirilir. Hərbi birləşmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində ciddi tədbirlər görülmüş, tədris dövrlərində silahlı birləşmələrdə komanda qərargah təlimləri, çevik hərəkət taborlarında çoxsaylı döyüş atışlı taktiki təlimlər, həmçinin müxtəlif döyüş silah və texnikası heyətləri ilə döyüş atışları keçirilmişdir. Çevik hərəkət qüvvələrində müxtəlif komandir vəzifələri, o cümlədən "ən yaxşı heyət komandiri", "ən yaxşı manqa komandiri", "ən yaxşı tağım və bölük komandiri" vəzifələri üzrə yarışlar təşkil olunmuş, çevik bölmələrin döyüş hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir.

Sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüşə hazırlığının daha yüksək müstəvidə təmin edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdardır.

Dövlət sərhədinin texniki yolla mühafizəsinin gücləndirilməsi məqsədilə müasir texniki vasitələrin tətbiqinə xüsusi önəm verilib, müasir standartlara cavab verən mühəndis texniki çəpərlər çəkilib, nəzaretidici vasitələr işlək vəziyyətə gətirilib, sərhəd nişanları bərpa edilib, o cümlədən kommunikasiya xəttlərinin çəkilməsi və digər zəruri infrastrukturun yaradılması işlərinə start verilib. Həmçinin sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında quraşdırılmış müşahidə kameralarının görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilib. Bu cür yeni yanaşmaların tətbiqi nəticəsində dövlət sərhədinin mühafizəsi effektivliyi daha da artmışdır. Çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınıb. Real vaxt rejimində hərbi hissə qarnizonlarında gündəlik rejim qaydalarına riayət edilməsinə DSX aparatından videomüşahidə yolu ilə nəzarət edilir, sərhəd dəstələri ilə DSX aparatı arasında videokonfranslar keçirilir, dövlət sərhədindən keçən şəxslərin fotoşəkillərinin İAMAS sistemi ilə inteqrə olunmuş elektron bazası və real vaxt rejimində videogörüntüsü verilir.

Şəxsi heyətlə ictimai hazırlığın gücləndirilməsi tədbirləri uğurla davam etdirilmiş, dövlət sərhədinin müqəddəsliyinin və sərhədçi xidmətinin təbliğ edilməsi məqsədilə müxtəlif sənədli və tədris filmləri, verilişlər nümayiş etdirilmiş, xidməti fəaliyyətin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması və DSX əməkdaşlarının peşəkar hazırlığı yüksək qiymətləndirilmişdir.

İşğalçı düşmən qüvvələrinə qarşı böyük əzm və fədakarlıqla döyüşmüş sərhədçilərin döyüş məharəti yüksək qiymətləndirilmiş, müxtəlif orden və medallarla təltif edilmişlər. Döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunmuşlar.

Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olmuş, 197 nəfər yaralanmış və ya müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Şəhid ailələrinə dövlət bayramlarında, şəhidlərin doğum və anım günlərində DSX-nin ali hərbi rütbəli zabitləri tərəfindən baş çəkilməsi, onların məzarlarının mütləq yad edilməsi təcrübəsi formalaşdırılmış, qazilərin müalicəsinə, onlara müharibə veteranı adının, sığorta və digər ödənişlərin alınması üzrə sənədləşmə işlərinin görülməsinə xüsusi diqqət göstə¬rilmiş, şəhid ailəsi üzvlərinin Dövlət Sərhəd Xidmətində hərbi xidmətə və işə qəbul edilmələrinə, şəhid övladlarının DSX-nin Xüsusi Məktəbinə qəbul olunmalarına tam şərait yaradılmışdır. Bu günədək 12 nəfər şəhid ailəsi üzvü DSX-ya həqiqi hərbi xidmətə, işə yaxud təhsil müəssisəsinə qəbul olunmuşdur.

2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin strukturunun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması üzrə vacib qərarların verməsi, 9 zabiti "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinə layiq görməsi, Vətən Müharibəsi zamanı göstərdikləri igidliyə və şücaətə, həmçinin xidmətdə fərqləndiklərinə görə 125 nəfər hərbi qulluqçunun (onlardan 54 nəfərini ölümündən sonra) orden və medallarla təltif edilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Dövlət Sərhəd Xidmətində aparılan islahatlar sırasında beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi də xüsusi yer tutur.

Dövlət sərhədinin mühafizəsinin effektivliyinin artırılması məqsədi ilə həmsərhəd ölkələrin - Türkiyə, Gürcüstan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın sərhəd xidmətləri ilə əməkdaşlıq əlaqələri inkişaf etdirilir, müxtəlif səviyyələrdə müntəzəm görüşlər və məsləhətləşmələr aparılır, məlumat mübadiləsi həyata keçirilir.

Dövlət sərhədinin mühafizəsinin effektivliyinin artırılması məqsədi ilə həmsərhəd ölkələrin - Türkiyə, Gürcüstan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın sərhəd xidmətləri ilə əməkdaşlıq əlaqələri inkişaf etdirilir, müxtəlif səviyyələrdə müntəzəm görüşlər və məsləhətləşmələr aparılır, məlumat mübadiləsi həyata keçirilir.

Bununla yanaşı, ABŞ, Avropa, Yaxın Şərq və Orta Asiya ölkələrinin sərhəd mühafizəsinə cavabdeh qurumları ilə ikitərəfli və beynəlxalq platformalar çərçivəsində sərhəd mühafizəsinin aidiyyəti istiqamətləri üzrə faydalı əməkdaşlıq fəaliyyətləri yerinə yetirilir.

MDB Sərhəd Qoşunlarının Komandanları Şurası, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans, Frontex, NATO, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT İnkişaf Proqramı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz kimi təşkilatlarla da əlaqələr gücləndirilir.

Son 10 il ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində inteqrə edilmiş sərhəd idarəçiliyinin yaradılmasına yönəlmiş milli və regional səviyyələrdə 9 layihə icra olunmuş, müvafiq proqramlara uyğun olaraq, Azərbaycan Respublikasının quru və dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi, kütləvi qırğın silahları və onun komponentlərinin aşkarlanması, qanunsuz dövriyyəsinin qarşısının alınması, dövlət sərhədində sərhəd nəzarəti imkanlarının təkmilləşdirilməsi, sahil mühafizə bölmələrinin texniki təchizatının müasirləşdirilməsi, təlim-tədris sahələrində əhəmiyyətli işlər görülmüşdür.

Beynəlxalq əlaqələrdən danışarkən, Dövlət Sərhəd Xidmətinin atçılıq mərkəzinin fəaliyyətini qeyd etməmək olmaz. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi atçılıq idmanının konkur, polo, qar polosu növləri üzrə keçirilən müxtəlif beynəlxalq yarışlarında, eləcə də digər mötəbər tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Bu fəaliyyətlər arasında ənənəvi olaraq, Birləşmiş Krallığın kral ailəsinin şərəfinə təşkil edilən "Vindzor Kral Atçılıq Şousu"nda iştirak xüsusi yer tutur. Azərbaycan təmsilçilərinin möhtəşəm çıxışları bu nüfuzlu tədbirin ayrılmaz hissəsinə çevrilmişdir. Cari ildə 80-ci yubileyini qeyd edən tədbirdə komandamızın Qarabağ atları üzərində atsürmə elementlərindən, zərif Azərbaycan rəqslərindən və ecazkar milli musiqimizdən ibarət təqdim etdiyi xüsusi şou proqramı Britaniya tamaşaçıları növbəti dəfər sürəkli alqışlarla qarşılamışdır.

Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Mərkəzinin idmançıları Respublika, Avropa və dünya miqyaslı 96 müxtəlif statuslu yarışlarda iştirak edərək 770 medal qazanıb. Onlardan 397 qızıl, 210 gümüş, 163 bürünc medal olub.

- Ermənistan 30 ilə yaxın Azərbaycanın qonşu İranla sərhədlərinin 132 kilometrlik hissəsini işğalda saxlayaraq nəzarətsiz ərazilərdən cinayətkar məqsədlərlə istifadə etmişdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə İranla sərhədlərimizi tam nəzarətə götürən Azərbaycan sərhədçiləri yüksək dərəcə ayıqsayıqlıq nümayiş etdirməkdədir. Xahiş edirik bu istiqamətdə təşkil edilən xidmətlə bağlı məlumat verəsiniz.

- Azərbaycan-İran dövlət sərhədinin Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülməsinin böyük hərbi-siyasi və iqtisadi əhəmiyyət vardır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oktyabrın 19-da Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini təbrik etməsi, oktyabrın 22-də isə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik etməsi hər bir Azərbaycan sərhədçisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

İşğaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidməti tərəfindən ilk öncə sərhəd təhlükəsizliyinin təminatı məsələlərində və transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizədə mühüm irəliləşlər əldə edilib, işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki "Soltanlı", "Xələfli", "Xudafərin" və "Qumlaq" sərhəd zastavaları üzərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaldıb, bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başlayıbdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sərhədlərimizin toxunulmazlığının təmin edilməsi məqsədilə bu istiqamətlərdə müasir texniki vasitələrin tətbiqinə xüsusi önəm verilib, müasir standartlara cavab verən mühəndis texniki çəpərlər çəkilib, nəzaretidici vasitələr işlək vəziyyətə gətirilib, sərhəd nişanların bərpa edilib, o cümlədən kommunikasiya xəttlərinin çəkilməsi və digər zəruri infrastrukturun yaradılması işlərinə start verilib.

Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsinin Azərbaycan sərhədçilər tərəfindən nəzarət altına götürülməsi, bu istiqamətdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa olunması sayəsində 2021-2023-cü illər ərzində 544 kiloqram 327 qram narkotik vasitənin və 30789 ədəd psixotrop həbin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib like
  • 25 İyn 21:57  
Siyasət Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

arrow Ətraflı
Tikinti şirkəti Binada insanlar yaşayayaşaya SÖKÜNTÜ apardı...  VİDEO like
  • 25 İyn 21:50  
Digərləri Tikinti şirkəti Binada insanlar yaşayayaşaya SÖKÜNTÜ apardı... VİDEO

Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən b

arrow Ətraflı
Rusiya itirilmiş mövqeləri 3 istiqamətdə geri almaq istədi like
  • 25 İyn 21:43  
Dünya Rusiya itirilmiş mövqeləri 3 istiqamətdə geri almaq istədi

Ruslar bu gün itirdikləri üç istiqamətdə irəliləməyə çalışıb.

arrow Ətraflı
Xəngəl yarpağı ilə hazırlanan fərqli və ləzzətli yemək  VİDEO like
  • 25 İyn 21:36  
Digərləri Xəngəl yarpağı ilə hazırlanan fərqli və ləzzətli yemək VİDEO

Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.

arrow Ətraflı
Avtomobilə bu yazıları yazanları hansı məsuliyyət gözləyir?  VİDEO like
  • 25 İyn 21:30  
Digərləri Avtomobilə bu yazıları yazanları hansı məsuliyyət gözləyir? VİDEO

Son vaxtlar avtomobillərin arxa şşəsində belə ifadələrə demək olar ki,

arrow Ətraflı
Ərdoğan Stoltenberqlə Rusiyadakı gərginlikdən danışdı like
  • 25 İyn 21:17  
Dünya Ərdoğan Stoltenberqlə Rusiyadakı gərginlikdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberq

arrow Ətraflı
“WhatsApp” hesabınızın sındırıldığını necə bilmək olar? like
  • 25 İyn 21:12  
Digərləri “WhatsApp” hesabınızın sındırıldığını necə bilmək olar?

"WhatsApp" hesabının sındırıldığını dəqiq müəyyən etmək

arrow Ətraflı
Pul onlar üçün xəyaldır  Doğuşdan KASIB 3 BÜRC like
  • 25 İyn 21:05  
Digərləri Pul onlar üçün xəyaldır Doğuşdan KASIB 3 BÜRC

Maddi cəhətdən uğursuz doğulan 3 bürc var. Astroloji məlumatlara görə,

arrow Ətraflı
Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib  FOTO like
  • 25 İyn 21:04  
Siyasət Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi "Facebook&qu

arrow Ətraflı
Yol hipnozu olmamaq üçün nələrə diqqət edilməlidir? like
  • 25 İyn 21:00  
Digərləri Yol hipnozu olmamaq üçün nələrə diqqət edilməlidir?

Qarşıdan gələn Qurban bayramında bir çox insan istirahət yerlərinə, bə

arrow Ətraflı
"Bu, bizim vəfa borcumuzdur" like
  • 25 İyn 20:00  
Digərləri "Bu, bizim vəfa borcumuzdur"

"Bu ilki bayram, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, q�

arrow Ətraflı
Türkiyəyə gətirilən PKK terrorçusu təslim oldu like
  • 25 İyn 19:58  
Digərləri Türkiyəyə gətirilən PKK terrorçusu təslim oldu

Şimali İraqdakı terror düşərgəsindən qaçaraq Türkiyə Silahlı Qüvvə

arrow Ətraflı
Bakının bu ərazilərində parklanma ödənişsiz olacaq  SİYAHI like
  • 25 İyn 19:56  
Digərləri Bakının bu ərazilərində parklanma ödənişsiz olacaq SİYAHI

Bakı şəhəri üzrə zonalarda parklanma qiymətləri açıqlanıb.

arrow Ətraflı