Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib


Siyasət 25 İyn 2023 21:57:00 244 0

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasının müdafiəsinin güclənməsi naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövləti regionda möhkəm və davamlı sülhün, sabitliyin bərqərar edilməsində, qorunmasında mühüm rol oynayır.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş milli ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu. 26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdi. Hərb tariximizin şanlı səhifəsi sayılan, bu gün 105 illiyini böyük qürur və iftixar hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkəmizin müdafiə qüdrəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilmişdir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə dövlətimizin başçısının rəhbərliyi ilə başlayan bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük qayıdışa layiqli töhfələrini verməkdədir.

Şəhid ailələri, hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və probemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Hər zaman olduğu kimi, bu bayram günündə də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tuturuq. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi də 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha bütün şəxsi heyəti ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!"

Tikinti şirkəti Binada insanlar yaşayayaşaya SÖKÜNTÜ apardı...  VİDEO like
  • 25 İyn 21:50  
Digərləri Tikinti şirkəti Binada insanlar yaşayayaşaya SÖKÜNTÜ apardı... VİDEO

Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən b

arrow Ətraflı
Rusiya itirilmiş mövqeləri 3 istiqamətdə geri almaq istədi like
  • 25 İyn 21:43  
Dünya Rusiya itirilmiş mövqeləri 3 istiqamətdə geri almaq istədi

Ruslar bu gün itirdikləri üç istiqamətdə irəliləməyə çalışıb.

arrow Ətraflı
Xəngəl yarpağı ilə hazırlanan fərqli və ləzzətli yemək  VİDEO like
  • 25 İyn 21:36  
Digərləri Xəngəl yarpağı ilə hazırlanan fərqli və ləzzətli yemək VİDEO

Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.

arrow Ətraflı
Avtomobilə bu yazıları yazanları hansı məsuliyyət gözləyir?  VİDEO like
  • 25 İyn 21:30  
Digərləri Avtomobilə bu yazıları yazanları hansı məsuliyyət gözləyir? VİDEO

Son vaxtlar avtomobillərin arxa şşəsində belə ifadələrə demək olar ki,

arrow Ətraflı
Ərdoğan Stoltenberqlə Rusiyadakı gərginlikdən danışdı like
  • 25 İyn 21:17  
Dünya Ərdoğan Stoltenberqlə Rusiyadakı gərginlikdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberq

arrow Ətraflı
“WhatsApp” hesabınızın sındırıldığını necə bilmək olar? like
  • 25 İyn 21:12  
Digərləri “WhatsApp” hesabınızın sındırıldığını necə bilmək olar?

"WhatsApp" hesabının sındırıldığını dəqiq müəyyən etmək

arrow Ətraflı
Pul onlar üçün xəyaldır  Doğuşdan KASIB 3 BÜRC like
  • 25 İyn 21:05  
Digərləri Pul onlar üçün xəyaldır Doğuşdan KASIB 3 BÜRC

Maddi cəhətdən uğursuz doğulan 3 bürc var. Astroloji məlumatlara görə,

arrow Ətraflı
Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib  FOTO like
  • 25 İyn 21:04  
Siyasət Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi "Facebook&qu

arrow Ətraflı
Yol hipnozu olmamaq üçün nələrə diqqət edilməlidir? like
  • 25 İyn 21:00  
Digərləri Yol hipnozu olmamaq üçün nələrə diqqət edilməlidir?

Qarşıdan gələn Qurban bayramında bir çox insan istirahət yerlərinə, bə

arrow Ətraflı
"Bu, bizim vəfa borcumuzdur" like
  • 25 İyn 20:00  
Digərləri "Bu, bizim vəfa borcumuzdur"

"Bu ilki bayram, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, q�

arrow Ətraflı
Türkiyəyə gətirilən PKK terrorçusu təslim oldu like
  • 25 İyn 19:58  
Digərləri Türkiyəyə gətirilən PKK terrorçusu təslim oldu

Şimali İraqdakı terror düşərgəsindən qaçaraq Türkiyə Silahlı Qüvvə

arrow Ətraflı
Bakının bu ərazilərində parklanma ödənişsiz olacaq  SİYAHI like
  • 25 İyn 19:56  
Digərləri Bakının bu ərazilərində parklanma ödənişsiz olacaq SİYAHI

Bakı şəhəri üzrə zonalarda parklanma qiymətləri açıqlanıb.

arrow Ətraflı