Ceyhun Bayramov Hasan Kleyblə görüşüb FOTO


Siyasət 24 İyn 2023 20:29:00 196 0

Ceyhun Bayramov Hasan Kleyblə görüşüb  FOTO

İyunun 24-də nazir Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüş zamanı, əqli mülkiyyətin qorunması sahəsində beynəlxalq tərəfdaşlıq, eləcə də Azərbaycanla ÜƏMT arasındakı mövcud əməkdaşlıq əlaqələri müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə təşkilat arasında geniş əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək, əqli mülkiyyət üzrə işlərin təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyətin bir sıra istiqamətləri barədə məlumat verib. Nazir diqqəti eyni zamanda, Ermənistan tərəfindən ərazilərimizin 30 illik işğalı dövründə yer adlarımızın dəyişdirilməsi, Azərbaycana məxsus olan mədəni sərvətlərin və mədəni irs obyektlərinin Ermənistan tərəfindən talan edilməsi və ya adlarının dəyişdirilməsi, Azərbaycana məxsus digər mədəni irs nümunələrinin Ermənistan tərəfindən mənimsənilməsinə yönəldib.

Nazir eyni zamanda müqabil tərəfi post-münaqişə dövründə Azərbaycan tərəfindən aparılan intensiv yenidənqurma və bərpa prosesləri barədə məlumatlandırıb. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinin başlamasını qeyd edərək, bu prosesə başlıca əngəl kimi Ermənistan tərəfindən basdırılmış mina təhlükəsindən danışıb.

Müqabil tərəf, öz növbəsində Azərbaycanla təşkilat arasındakı mövcud əməkdaşlıqdan məmmunluğunu, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin bir sıra ölkələrin bu sahədə fəaliyyəti üçün nümunə təşkil etdiyini bildirib. O, Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini qeyd edib.

Hasan Kleyb eyni zamanda əqli mülkiyyət sahəsində təhsil istiqamətində Azərbaycanla Təşkilat arasında əməkdaşlıq potensialının mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Avtomobil aşdı, sürücü  həlak oldu like
  • 24 İyn 20:21  
Digərləri Avtomobil aşdı, sürücü həlak oldu

Bu gün saat 18 radələrində İsmayıllı rayonunun Namazgah kəndi ərazisind

arrow Ətraflı
“YouTube”da yenilik: Dublyaj funksiyası işə salınır like
  • 24 İyn 20:12  
Digərləri “YouTube”da yenilik: Dublyaj funksiyası işə salınır

"YouTube" platforması videolara müxtəlif dillərdə dublyaj edilmi�

arrow Ətraflı
Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür” like
  • 24 İyn 20:00  
Siyasət Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”

"Ümummilli Lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin döv

arrow Ətraflı
Qəzalarda ölüm halları niyə artıb? like
  • 24 İyn 19:58  
Digərləri Qəzalarda ölüm halları niyə artıb?

Bu gün yollarda qəza təhlükəsi və sıxlıq yaradan problemlərdən biri d�

arrow Ətraflı
Bərdədə qardaş bacısını öldürdü like
  • 24 İyn 19:52  
Kriminal Bərdədə qardaş bacısını öldürdü

İyunun 24-də saat 19 radələrində Bərdə rayonunda evlərin birində 1988-c

arrow Ətraflı
İlqarə Kazımova görünüşü ilə təəccübləndirdi  FOTO like
  • 24 İyn 19:46  
Şou-biznes İlqarə Kazımova görünüşü ilə təəccübləndirdi FOTO

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə yeni paylaşımı i

arrow Ətraflı
Qərb ölkələrini xəbərdar edirik  Rusiya XİN bəyanat yaydı like
  • 24 İyn 19:36  
Dünya Qərb ölkələrini xəbərdar edirik Rusiya XİN bəyanat yaydı

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki daxili siyasi vəziyyətlə bağlı

arrow Ətraflı
İstidən təntiyən kişinin tapdığı çarə hər kəsi güldürdü  VİDEO like
  • 24 İyn 19:34  
Digərləri İstidən təntiyən kişinin tapdığı çarə hər kəsi güldürdü VİDEO

Son.az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə istidən tənti

arrow Ətraflı
ATUnun məzun günündə evlilik təklifi  VİDEO like
  • 24 İyn 19:22  
Digərləri ATUnun məzun günündə evlilik təklifi VİDEO

Azərbaycan Texniki Universitetinin məzun günü mərasimində evlilik təklifi

arrow Ətraflı
"Ermitaj" minalandı like
  • 24 İyn 19:14  
Dünya "Ermitaj" minalandı

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Ermitaj" muzeyin

arrow Ətraflı
"Oğullarıma elə ev quracağam ki, gəlinlərə nəzarət edim" like
  • 24 İyn 19:10  
Şou-biznes "Oğullarıma elə ev quracağam ki, gəlinlərə nəzarət edim"

"Doğuşa demişəm, mənə elə bir ev etməlisən ki, bütün oğullarım

arrow Ətraflı
Priqojinə aid avtomobil ələ keçirildi, içindən bu çıxdı  FOTO like
  • 24 İyn 18:36  
Dünya Priqojinə aid avtomobil ələ keçirildi, içindən bu çıxdı FOTO

"Vaqner" hərbi təşkilatının Sankt-Peterburq şəhərindəki ofisi

arrow Ətraflı