Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”


Siyasət 24 İyn 2023 20:00:00 207 0

Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”

"Ümummilli Lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir."Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat  bildirib ki, yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri  seçilməsi və Prezident səlahiyyətlərini icra etməyə başlamasından sonra ölkədə vəziyyət tədricən normallaşmağa başladı: "Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin  nəzarəti  altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək  Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm  ənənələri yeni  nəfəs, yeni qüvvə  aldı. Ordu quruculuği  sahəsində mühüm qərarlar qəbul edildi.   "Şəhid adının əbədiləşdirilməsi və şəhid  ailəsinə  edilən güzəştlər  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu qəbul  olundu. Konstitusiyada  və müxtəlif  hüquqi  sənədlərdə   dəyişikliklər edildi.

Ümummilli Lider  Heydər Əliyevin  xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı.1995-ci il  mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu xüsusi qeyd edirdi.

Kamaləddin Qafarov  daha sonra deyib : "Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.  Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlərlə, türkdilli dövlətlərlə, müsəlman dünyası, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.       Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş  Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq  Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı."

Deputat ölkənin dayanıqlı iqtisadi inkişafını və beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin etmiş "Əsrin müqaviləsi"ndən bəhs edərək  deyib: "1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Ümummilli Liderin düşünülmüş iqtisadi siyasəti nəticəsində müstəqil Azərbaycanda makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Azərbaycan Respublikası bu gün, sözün əsl mənasında, öz möhtəşəm  inkişaf dövrünü yaşayır. Bu inkişafın əsasını qoyan  Ümummilli Lider Heydər Əliyevin parlaq siyasəti bu gün də uğurla davam etdirilir. Onun qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur və artıq Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkə kimi tanınır".

Qəzalarda ölüm halları niyə artıb? like
  • 24 İyn 19:58  
Digərləri Qəzalarda ölüm halları niyə artıb?

Bu gün yollarda qəza təhlükəsi və sıxlıq yaradan problemlərdən biri d�

arrow Ətraflı
Bərdədə qardaş bacısını öldürdü like
  • 24 İyn 19:52  
Kriminal Bərdədə qardaş bacısını öldürdü

İyunun 24-də saat 19 radələrində Bərdə rayonunda evlərin birində 1988-c

arrow Ətraflı
İlqarə Kazımova görünüşü ilə təəccübləndirdi  FOTO like
  • 24 İyn 19:46  
Şou-biznes İlqarə Kazımova görünüşü ilə təəccübləndirdi FOTO

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə yeni paylaşımı i

arrow Ətraflı
Qərb ölkələrini xəbərdar edirik  Rusiya XİN bəyanat yaydı like
  • 24 İyn 19:36  
Dünya Qərb ölkələrini xəbərdar edirik Rusiya XİN bəyanat yaydı

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki daxili siyasi vəziyyətlə bağlı

arrow Ətraflı
İstidən təntiyən kişinin tapdığı çarə hər kəsi güldürdü  VİDEO like
  • 24 İyn 19:34  
Digərləri İstidən təntiyən kişinin tapdığı çarə hər kəsi güldürdü VİDEO

Son.az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə istidən tənti

arrow Ətraflı
ATUnun məzun günündə evlilik təklifi  VİDEO like
  • 24 İyn 19:22  
Digərləri ATUnun məzun günündə evlilik təklifi VİDEO

Azərbaycan Texniki Universitetinin məzun günü mərasimində evlilik təklifi

arrow Ətraflı
"Ermitaj" minalandı like
  • 24 İyn 19:14  
Dünya "Ermitaj" minalandı

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Ermitaj" muzeyin

arrow Ətraflı
"Oğullarıma elə ev quracağam ki, gəlinlərə nəzarət edim" like
  • 24 İyn 19:10  
Şou-biznes "Oğullarıma elə ev quracağam ki, gəlinlərə nəzarət edim"

"Doğuşa demişəm, mənə elə bir ev etməlisən ki, bütün oğullarım

arrow Ətraflı
Priqojinə aid avtomobil ələ keçirildi, içindən bu çıxdı  FOTO like
  • 24 İyn 18:36  
Dünya Priqojinə aid avtomobil ələ keçirildi, içindən bu çıxdı FOTO

"Vaqner" hərbi təşkilatının Sankt-Peterburq şəhərindəki ofisi

arrow Ətraflı
59 yaşlı Hülya Avşardan yarıçılpaq paylaşım  VİDEO like
  • 24 İyn 18:34  
Şou-biznes 59 yaşlı Hülya Avşardan yarıçılpaq paylaşım VİDEO

Türkiyəli müğənni Hülya Avşar çimərlik geyimində rəsm çəkib. Son

arrow Ətraflı
Söyüdlü sakinləri tibbi müayinədən keçirildi  FOTO like
  • 24 İyn 18:26  
Digərləri Söyüdlü sakinləri tibbi müayinədən keçirildi FOTO

Gədəbəyin Söyüdlü kəndində əhalinin sağlamlıq vəziyyətinin öyrəni

arrow Ətraflı
"ATVdə kim xəstələnir yerinə İlhaməni çağırırlar" like
  • 24 İyn 17:58  
Şou-biznes "ATVdə kim xəstələnir yerinə İlhaməni çağırırlar"

"ATV kanalında bütün formata uyğunlaşan insanam. Kim xəstələnir, ki

arrow Ətraflı