Azərbaycan Ermənistanın Laçın yolunda təxribatları təkrarlamayacağına dair zəmanət tələb edir


Siyasət 24 İyn 2023 16:04:00 181 0

Azərbaycan Ermənistanın Laçın yolunda təxribatları təkrarlamayacağına dair zəmanət tələb edir

24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib.

XİN-dən verilən məlumata görə, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.

Azərbaycan tərəfinin hal-hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.

Qeyd edilən zəruri tədbirlər görülməklə yanaşı, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib. Mövcud vəziyyətlə əlaqədar, Erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib.

Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

6cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam Marafonu” başlayıb  FOTO like
  • 24 İyn 15:56  
Kriminal 6cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam Marafonu” başlayıb FOTO

"Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində

arrow Ətraflı
26 il əvvəl törədilmiş qətlin üstü açılıb like
  • 24 İyn 15:54  
Kriminal 26 il əvvəl törədilmiş qətlin üstü açılıb

26 il əvvəl törədilmiş qətlin üstü açılıb.

arrow Ətraflı
Uşağın bu hərəkəti görənləri şoka saldı  Beşikdən belə qaçdı  VİDEO like
  • 24 İyn 15:42  
Digərləri Uşağın bu hərəkəti görənləri şoka saldı Beşikdən belə qaçdı VİDEO

Kolumbiyada azyaşlı oğlanın çarpayısından necə qaçması ilə bağlı g�

arrow Ətraflı
“Günay Sığorta”nın lisenziyası ləğv olundu like
  • 24 İyn 15:40  
Digərləri “Günay Sığorta”nın lisenziyası ləğv olundu

Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Sığorta" ASC-nin lisenziy

arrow Ətraflı
Akira Amari “Dostluq” ordeni ilə təltif edildi like
  • 24 İyn 15:34  
Siyasət Akira Amari “Dostluq” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Akira Amarinin "Dostluq" ordeni ilə təltif

arrow Ətraflı
Rostovda Cənub Hərbi Dairəsinin qərargahında iki partlayış olub like
  • 24 İyn 15:30  
Dünya Rostovda Cənub Hərbi Dairəsinin qərargahında iki partlayış olub

Rostovda Cənub Hərbi Dairəsinin qərargahında iki partlayış olub.

arrow Ətraflı
Taksilərə taksometr quraşdırılacaq? like
  • 24 İyn 15:16  
Digərləri Taksilərə taksometr quraşdırılacaq?

"Qanun layihəsində taksometr anlayışı verilib. Bunun cihaz olması və

arrow Ətraflı
Aynişan arıqlamasının sirrini açdı like
  • 24 İyn 15:05  
Şou-biznes Aynişan arıqlamasının sirrini açdı

Əməkdar artist Aybəniz Haşımovanın qızı, tanınmış influenser Aynişan

arrow Ətraflı
Görkəmli bəstəkar Hacı Xanməmmədovun 105 illiyinə həsr olunmuş konsert keçirilib like
  • 24 İyn 14:54  
Kriminal Görkəmli bəstəkar Hacı Xanməmmədovun 105 illiyinə həsr olunmuş konsert keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Aeroport yolunda maşınlar belə toqquşdu like
  • 24 İyn 14:43  
Digərləri Aeroport yolunda maşınlar belə toqquşdu

Bu gün Bakının Aeroport şosesində zərcirvarı qəza hadisəsi baş verib.

arrow Ətraflı
Rüstəm Minnixanov İlham Əliyevə minnətdarlığını bildirib like
  • 24 İyn 14:36  
Siyasət Rüstəm Minnixanov İlham Əliyevə minnətdarlığını bildirib

İlk növbədə, Azərbaycan Respublikası hökumətinə, Rusiya ilə Azərbayca

arrow Ətraflı
“Vaqner” döyüşçüləri Rusiya qüvvələrinə aid hərbi təyyarəni vurdular: like
  • 24 İyn 14:32  
Dünya “Vaqner” döyüşçüləri Rusiya qüvvələrinə aid hərbi təyyarəni vurdular:

"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Voronej vilayət

arrow Ətraflı
Ermənistan bölgədə terrorçuların cəmlənməsi üçün əlindən gələni edir like
  • 24 İyn 14:24  
Siyasət Ermənistan bölgədə terrorçuların cəmlənməsi üçün əlindən gələni edir

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Müdafiə Nazirliy

arrow Ətraflı