Rüstəm Minnixanov İlham Əliyevə minnətdarlığını bildirib


Siyasət 24 İyn 2023 14:36:00 227 0

Rüstəm Minnixanov İlham Əliyevə minnətdarlığını bildirib

İlk növbədə, Azərbaycan Respublikası hökumətinə, Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafına və möhkəmləndirilməsinə daima diqqətlə yanaşdığına görə xüsusən Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istərdim.

Bu barədə Trend-ə özəl müsahibəsində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov deyib.

"Rusiya ilə Azərbaycan arasında uzun illərdir qurulmuş məhsuldar əməkdaşlığın xoş ənənələri ölkələrimizin qarşılıqlı əlaqələrinin möhkəm özülünü təşkil edib. Biz bu çətin günlərdə səmərəli ticari-iqtisadi və mədəni-humanitar tərəfdaşlığı qoruyub saxlamağa nail olduq. Tatarıstan ölkədə investisiya mühitinin vəziyyətinə görə milli reytinqdə liderlərdən biridir. İnnovativ inkişafa xüsusi diqqət yetirilir. Respublikamızın ərazisində Alabuqa və İnnpolis olmaqla 2 xüsusi iqtisadi zona, 5 qabaqcıl sosial-iqtisadi inkişaf ərazisi yerləşir. Onların hamısı müxtəlif növ güzəştlər təklif edir. Şirkətlər fəaliyyət növlərindən asılı olaraq özləri üçün daha cəlbedici şərtləri seçir və bu platformalarda yerləşirlər. Tatarıstanda investorların işini maksimum sadələşdirmək üçün İnvestisiyaların İnkişafı Agentliyi yaradılıb. Əminəm ki, Azərbaycan şirkətləri Tatarıstan bazarında öz nişanlarını tapa biləcəklər", - o deyib.

R.Minnixanov qeyd edib ki, Azərbaycanla aparıcı tatar şirkətləri bu xətlər üzrə işlər görür:

• "KAMAZ" avtomobil və ehtiyat hissələri tədarük edir:

- ehtiyat hissələrindən avtomobil yığılması "Gəncə Avtomobil Zavodu" tərəfindən həyata keçirilir. Zavod, həmçinin "KAMAZ" Avtomobil Zavodunun Azərbaycan bazarındakı rəsmi distribüteridir;

- "Avto Lizinq Azərbaycan" ("Gəncə Avtomobil Zavodu" və "KAMAZ") birgə müəssisəsi fəaliyyət göstərir. Müəssisə Cəbrayıl şəhəri yaxınlığında yeni servis mərkəzi açıb;

- həmçinin Bakı və Gəncə şəhərlərində attestasiyadan keçmiş 2 servis mərkəzi fəaliyyət göstərir;

"2022-ci ilin yekunlarına görə, Azərbaycanla əmtəə dövriyyəmiz 2021-ci ilin göstəricisi ilə müqayisədə təqribən 80% artaraq 125 milyon dolları ötüb. Qarşılıqlı ticarəti daha da artırmalı və ən müxtəlif platformalarda əlaqələrimizi inkişaf etdirməliyik. Biz Azərbaycana kənd təsərrüfatı, əczaçılıq, kağız və odun məhsulları ixrac edirik. Ölkədən isə neft məhsulları, minerallar, süd və meyvə-tərəvəz məhsulları idxal edirik. Energetika və sənaye, maşınqayırma, helikopter istehsalı və gəmiqayırma, neft-kimya, qaz-mühərrik yanacağı, tibb, kənd təsərrüfatı, informasiyalaşdırma və logistika sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün bütün imkanlarımız var", - Tatarıstan Rəisi deyib.

O Tatarıstan və Azərbaycan Respublikalarının Volqa çayı və Xəzər dənizi vasitəsilə bir-biri ilə əlaqəli olduğunu qeyd edib.

"Volqa-Xəzər hövzəsinin nəqliyyat və logistika imkanlarından daha aktiv istifadə etməliyik. Əminəm ki, birgə səylərlə əməkdaşlığımızın miqyasını Rusiya-Azərbaycan əlaqələrinin xeyrinə genişləndirmək iqtidarındayıq. Respublikalarımız arasında 1996-cı ildə imzalanan Ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş (1996-cı il) ikitərəfli əlaqələrin əsasını təşkil edən sənəddir. Bu sənədin əsasında Tatarıstanla Azərbaycan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb. Ötən ilin sonunda Bakıya səfərim zamanı komissiyanın fəaliyyətinin aktivləşdirilməsi barədə razılaşdıq. Bu il artıq fərqli vaxtlarda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu və onun müavinini qəbul etmək şərəfinə nail olduq. Bu ilin aprel ayında Tatarıstanda Birgə Hökumətlərarası Komissiyamızın növbəti, 3-cü iclası keçirildi. "KazanForum" Beynəlxalq İqtisadi Forumunda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib", - R.Minnixanov deyib.

R.Minnixanov Azərbaycana son səfərini məmnuniyyətlə yada salıb.

"Bu il 17-18 iyun tarixlərində böyük məmnuniyyətlə yenidən Azərbaycana səfər etdik. Səfər çərçivəsində bir sıra iqtisadi rayonun fəaliyyəti ilə tanış olduq, rəsmi görüşlər keçirdik, "KAMAZ" Avtomobil Zavodunun iştirakı ilə yaradılmış "Avto Lizinq Azərbaycan" birgə müəssisəsinin açılışında iştirak etdik, həmçinin Bakının mərkəzində, sahilyanı hissəsində tatarların milli bayramı olan Sabantuy bayramına həsr olunmuş tədbirdə iştirak etdik. Prezident İlham Əliyevə bizi şəxsən qəbul etdiyinə görə, Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Tatarıstan-Azərbaycan əməkdaşlığına göstərdiyi diqqətə görə səmimi minnətdarlığımı bildirirəm. 1992-ci ildən Azərbaycanda Tatarıstan Respublikasının Daimi Nümayəndəliyi fəaliyyət göstərir və ikitərəfli əlaqələrin intensivləşdirilməsinə fəal şəkildə cəlb olunub", - Tatarıstan Rəisi deyib.

Onun sözlərinə görə, respublikalarımız arasında humanitar əlaqələrin genişləndirilməsi də çox böyük əhəmiyyət kəsb edir.

"Tatarıstanın ali təhsil ocaqlarında 200-dən çox azərbaycanlı tələbə təhsil alır. Gələcəkdə bu tələbələr çoxplanlı əməkdaşlığımızı daha da gücləndirmək məqsədilə bir növ birləşdirici halqa rolu oynayacaqlar. Həmçinin "Tatarıstan Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti" Regional İctimai Təşkilatı da qarşılıqlı əlaqələrimizin inkişafına böyük töhfə verir. Kazandan Bakıya birbaşa aviareyslər qarşılıqlı əlaqələrimizin güclənməsinə şərait yaradır", - deyə R.Minnixanov son olaraq deyib.

“Vaqner” döyüşçüləri Rusiya qüvvələrinə aid hərbi təyyarəni vurdular: like
  • 24 İyn 14:32  
Dünya “Vaqner” döyüşçüləri Rusiya qüvvələrinə aid hərbi təyyarəni vurdular:

"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Voronej vilayət

arrow Ətraflı
Ermənistan bölgədə terrorçuların cəmlənməsi üçün əlindən gələni edir like
  • 24 İyn 14:24  
Siyasət Ermənistan bölgədə terrorçuların cəmlənməsi üçün əlindən gələni edir

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Müdafiə Nazirliy

arrow Ətraflı
Yanvarmay aylarında Azərbaycandan Türkiyəyə səyahət edənlərin sayı 250 mini keçib like
  • 24 İyn 14:21  
Digərləri Yanvarmay aylarında Azərbaycandan Türkiyəyə səyahət edənlərin sayı 250 mini keçib

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 253 min 877 turi

arrow Ətraflı
Çeçen döyüşçülər "Vaqner"çilərə qarşı vuruşmağa yollanıb like
  • 24 İyn 14:10  
Dünya Çeçen döyüşçülər "Vaqner"çilərə qarşı vuruşmağa yollanıb

Çeçen döyüşçüləri və Çeçenistandakı rus döyüşçüləri Rusiya Sil

arrow Ətraflı
Voronejdə neft anbarı yanır like
  • 24 İyn 14:02  
Dünya Voronejdə neft anbarı yanır

Voronejdə neft anbarında güclü yanğın baş verib.

arrow Ətraflı
Moskvadan cənub istiqamətində gedən bütün magistral yollar bağlanıb like
  • 24 İyn 13:59  
Dünya Moskvadan cənub istiqamətində gedən bütün magistral yollar bağlanıb

Moskvadan cənub istiqamətində gedən bütün magistral yollar bağlanıb.

arrow Ətraflı
Əhali banklara niyə depozit qoymaq istəmir? like
  • 24 İyn 13:48  
Digərləri Əhali banklara niyə depozit qoymaq istəmir?

Son dövrlər investisiya dedikdə, insanların ağlına ilk olaraq daşınmaz �

arrow Ətraflı
Metrobus BakıSumqayıt arası tıxacların həlli yoludur? like
  • 24 İyn 13:37  
Digərləri Metrobus BakıSumqayıt arası tıxacların həlli yoludur?

Son günlər Bakı-Sumqayıt arası sərnişindaşınmada Metrobus təşkili bar

arrow Ətraflı
Vaqner böhranı: Moskvada və 2 regionda “antiterror əməliyyatı” rejimi elan edilib like
  • 24 İyn 13:28  
Dünya Vaqner böhranı: Moskvada və 2 regionda “antiterror əməliyyatı” rejimi elan edilib

Rusiyanın paytaxtı Moskva və iki bölgədə Vaqner böhranı səbəbindən &q

arrow Ətraflı
Ermənistan separatçıları revanşa hazırlayır? like
  • 24 İyn 13:26  
Siyasət Ermənistan separatçıları revanşa hazırlayır?

Separatçı rejimin maliyyləşdirilməsinə son qoyulması, eləcə də Azərba

arrow Ətraflı
Putin Lukaşenkoya zəng etdi like
  • 24 İyn 13:25  
Dünya Putin Lukaşenkoya zəng etdi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Luka

arrow Ətraflı
Xarici diplomatlar Laçında yenidənqurma və abadlıq işləri ilə tanış olublar  FOTO like
  • 24 İyn 13:21  
Siyasət Xarici diplomatlar Laçında yenidənqurma və abadlıq işləri ilə tanış olublar FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçınd

arrow Ətraflı
Təcili: “Vaqner”lə rus ordusu arasında döyüş başladı like
  • 24 İyn 13:20  
Dünya Təcili: “Vaqner”lə rus ordusu arasında döyüş başladı

Hazırda Voronejdə "Vaqner" və Rusiya ordusu arasında şiddətli d�

arrow Ətraflı
Vüqardan aparıcıya irad like
  • 24 İyn 13:09  
Şou-biznes Vüqardan aparıcıya irad

Meyxanaçı Vüqar Əbdülov aparıcılar Mətanət Əliverdiyeva və İslam Meh

arrow Ətraflı