Sərnişindaşıma şirkətləri Baş nazirə müraciət etdi
Digərləri 11 May 2023 14:14:00 252 0
Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib.
Bu xəbəri də oxu: Mədən işçiləri ölümdən döndülər
Son.az APA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayan şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildirib:
"Tarif Şurasının 31.01.2023-cü il tarixdə keçirilən iclasında yeni tariflər təsdiq edilib və aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Dəyişiklik nəticəsində yarana biləcək vəsaitin avtobus parklarının yenilənməsinə imkan yaradacağı, xidmətin keyfiyyətinin yüksələcəyi və dayanıqlılığa müsbət təsir göstərəcəyi proqnozlaşdırılırdı. Lakin Tarif Şurasının bu qərarından sonra daşıyıcı şirkətlərə dizel yanacağına görə verilən subsidiya dayandırılıb. Belə ki, Nazirlər Kabinetinin 01.12.2021-ci il tarixli, 379 saylı qərarı ilə "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası" təsdiq edilib. Sözügedən qaydanın 3.1-ci bəndinə əsasən subsidiya "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04.04.2021-ci il tarixli qərarı qüvvəyə mindiyi tarixdən "İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə" Tarif (qiymət) Şurasının 30.07.2018-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir. Tarif (qiymət) Şurasının 31.01.2023-cü il tarixində keçirilən iclasında da əvvəlki tariflər ləğv edildiyi üçün subsidiyanın verilməsi dayandırılıb".
Daşıyıcı şirkətlərin müraciətində bildirilir ki, subsidiyanın kəsilməsi sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib: "Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk. Nəzərə alınmalıdır ki, Bakı şəhərində ictimai nəqliyyatda dizel yanacağı ilə işləyən avtobus nəqliyyat vasitələrinin payı qaz yanacağı ilə işləyən avtobusların payından xeyli çoxdur. Bundan başqa 3 ilə yaxın davam edən pandemiya sərnişindaşıma şirkətlərinə çox ciddi zərbə vurub, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına və gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. Bundan əlavə qlobal bahalaşma səbəbindən avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtkü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizədək bahalaşıb".
Müraciətdə xatırladılıb ki, 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33% bahalaşaraq, 80 qəpik müəyyən edilib: "Hazırki vəziyyətdə dizel yanacağına görə verilən subsidiyanın dayandırılması bu sektorda yenidən iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmaqdadır. Bu hal iqtisadi vəziyyətimizin ağırlaşmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına gətirib çıxarır. Nəticədə bazar reallığından aşağı olan gediş haqqı və subsidiyanın kəsilməsi şirkətləri ciddi maliyyə itkilərinə məruz qoymaqla, borclanmanı daha da artıracaq və fəaliyyət imkanlarımız risk altına salacaq. Nəzərə alınmalıdır ki, nəqliyyatın inkişafı təkcə yük və sərnişin daşıma əməliyyatını yerinə yetirmir, eyni zamanda, minlərlə əhalinin nəqliyyat sahəsində işlə təmin edilməsində, əhalinin məskunlaşmasında vacib iqtisadi əhəmiyyət kəsb edir. Bu gün paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma xidməti çox ciddi iqtisadi və texniki böhranlar yaşayır".
Ukrayna hərbçilərinin Donetsk vilayətində Baxmut yaxınlığında irəlilə
Müğənni Natavan Həbibi və reper Dado Əliyev oğlu Zeyd Əliyə ad günü e
Rusiya sülhmərmalı kontingetinin nəzarəti altında olan ərazilərdə nə b
Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına m
44 günlük müharibədən sonra azad edilən torpaqlarımızda ermənilərin Az
"Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şar
2013-cü ildən etibarən fəaliyyətə başladığı dövrdən indiyə qədər
Həyat yoldaşına şiddət göstərən polkovnik-leytenantı barədə aparılan
"Ermənilərin bu son təxribatı ilə bağlı mən hələ 15 gün öncə i
Ermənistan Respublikası sərhədyanı bölgələrdə Azərbaycana qarşı hər
Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun