Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan hərbi təxribatlara davam edir Ombudsman
Siyasət 11 May 2023 13:44:00 209 0
Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlara hələ də davam etməkdədir.
Bu barədə Trend-ə Ombudsman Aparatından bildirilib.
"Cari il mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən Ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti dəfə təxribat törətmişdir. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları - Novruzəlizadə Orxan Elxan oğlu həlak olmuş, Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralanmışdır.
Ermənistanın növbəti hərbi təxribatı nəticəsində həlak olmuş hərbçimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, regionda sülh quruculuğu prosesində maraqlı olmayan, öz işğalçı siyasətini davam etdirən, insan hüquqlarını kobud şəkildə pozan Ermənistanın hal-hazırda da davam edən hərbi təxribatını kəskin şəkildə pisləyirik.
Azərbaycanın davamlı olaraq təklif etdiyi sülh çağırışlarının əksinə olaraq Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yeni münaqişə ocaqlarının yaranması üçün təxribatlar törədir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına dərhal son qoyulması, regionda sülhün bərpası üzrə qəti tədbirlərin görülməsini tələb edirik", - deyə qeyd edilib.
44 günlük müharibədən sonra azad edilən torpaqlarımızda ermənilərin Az
"Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şar
2013-cü ildən etibarən fəaliyyətə başladığı dövrdən indiyə qədər
Həyat yoldaşına şiddət göstərən polkovnik-leytenantı barədə aparılan
"Ermənilərin bu son təxribatı ilə bağlı mən hələ 15 gün öncə i
Ermənistan Respublikası sərhədyanı bölgələrdə Azərbaycana qarşı hər
Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən keçmiş hakim Fəqan Əh
"Birincə sinfə qəbul zamanı məktəb direktorunun hər hansı valideynd