XİN: "Azərbaycan liderlərin Brüssel görüşünə razılıq verib"
Siyasət 11 May 2023 13:17:00 224 0
"Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib".
Bu xəbəri də oxu: Prezident: Bosniya və Herseqovina ilə dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.
"Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil", - XİN-dən bildirilib.
Son.az
2013-cü ildən etibarən fəaliyyətə başladığı dövrdən indiyə qədər
Həyat yoldaşına şiddət göstərən polkovnik-leytenantı barədə aparılan
"Ermənilərin bu son təxribatı ilə bağlı mən hələ 15 gün öncə i
Ermənistan Respublikası sərhədyanı bölgələrdə Azərbaycana qarşı hər
Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən keçmiş hakim Fəqan Əh
"Birincə sinfə qəbul zamanı məktəb direktorunun hər hansı valideynd
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli m
Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların b
Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat