Ermənistan bu təxribata çoxdan hazırlaşırmış


Siyasət 11 May 2023 12:44:00 187 0

Ermənistan bu təxribata çoxdan hazırlaşırmış

"Ermənilərin bu son təxribatı ilə bağlı mən hələ 15 gün öncə informasiya vermişdim ki, Ermənistan tərəfi artıq sərhədə həm canlı qüvvə, həm də hərbi texnika, silah-sursat daşımaqdadır. Yəni bu da onun göstəricisi idi ki, hardasa mayın 5-dən sonra sərhəddə vəziyyət gərginləşəcək və Ermənistanın təcavüz siyasəti yenə də davam edəcək. Çox təəssüflər olsun ki, o proqnozlarımın hamısı düz çıxdı".

Bu xəbəri də oxu: COP29: Tarixdə iz qoyan sammit

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Telman Qasımov deyib.

O bildirib ki, Brüssel görüşü öncəsi bu təxribat sülh danışıqlarını dalana dirəmək məqsədi daşıyır:

"Ermənistan tərəfi yaralıların sayını açıqlasa da itkilərlə bağlı məlumat vermir. Amma düşmənə cavab tədbirləri nəticəsində böyük zərbə endirmişik.

Bu ərəfələrdə sərhəddə vəziyyətin ağırlaşacağı ilə bağlı proqnozumun səbəbləri çox idi, düşmən dayanmadan canlı qüvvə, silah, hərbi texnika daşıyırdı. Xüsusən də Zəngəzur və Ermənistanın Basarkeçər rayonunu istiqamətindən Azərbaycanın Kəlbəcər istiqamətində bu hərbi texnikaları daşımaqları bir daha göstərirdi ki, düşmən nəsə planlar qurub.

Məlumdur ki, qarşıda Brüssel görüşləri gözlənilir. Brüsselin ardınca Moskva görüşünün olacağı deyilir.

Bu, bir daha onu göstərdi ki, düşmən tərəfi bilərəkdən bu təxribatları hazırlayıbmış ki, istər Brüssel, istərsə də sonra keçirilməsi nəzərdə tutulan digər görüşlərdə Azərbaycanla bu zamana kimi razılaşdırılmayan məsələlər fonunda Bakıya təzyiq göstərə bilsinlər. Təbii ki, bu, alınmayacaq. Azərbaycanın istər hərbi gücü, istərsə də son dövrlərdəki diplomatik uğurları deməyə əsas verir ki, Ermənistanın atdığı bu addımlar boşu-boşunadır", - ekspert vurğulayıb.

T.Qasımov əlavə edib ki, Brüssel görüşü öncəsi Qərblə Rusiya arasında qalan Nikol Paşinyanın bir qərara gələ bilməməsi, sərhəddə eskalasiya riski yaratması göstərir ki, Ermənistanın baş naziri yenə də vaxt udmağa çalışır:

"Paşinyan vəziyyəti gərginləşdirir ki, yenə bir müddət danışıqlar baş tutmasın, sülh müqaviləsi imzalanmasın, ta o vaxta qədər ki, tam şəkildə özünə bir himayə, arxa tapa bilsin. Bu isə baş tutmayacaq", - deyə analitik bildirib.

Bağ evlərinin kirayəsi bahalaşacaq like
  • 11 May 12:42  
Digərləri Bağ evlərinin kirayəsi bahalaşacaq

Artıq yay mövsümünə sayılı günlər qalıb.

arrow Ətraflı
XİNdən sərhədyanı bölgələrdə erməni təxribatları ilə bağlı like
  • 11 May 12:31  
Siyasət XİNdən sərhədyanı bölgələrdə erməni təxribatları ilə bağlı

Ermənistan Respublikası sərhədyanı bölgələrdə Azərbaycana qarşı hər

arrow Ətraflı
Şəhid olan hərbçimizin FOTOSU like
  • 11 May 12:20  
Digərləri Şəhid olan hərbçimizin FOTOSU

Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun

arrow Ətraflı
Paşinyan Brüsseldə sülh müqaviləsinin imzalanması ehtimalını cüzi sayır like
  • 11 May 12:09  
Digərləri Paşinyan Brüsseldə sülh müqaviləsinin imzalanması ehtimalını cüzi sayır

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin

arrow Ətraflı
Ali Məhkəmə arvadını öldürən hakimlə bağlı like
  • 11 May 11:58  
Kriminal Ali Məhkəmə arvadını öldürən hakimlə bağlı

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən keçmiş hakim Fəqan Əh

arrow Ətraflı
Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib: "Şirinlik" verməyin" like
  • 11 May 11:43  
Digərləri Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib: "Şirinlik" verməyin"

"Birincə sinfə qəbul zamanı məktəb direktorunun hər hansı valideynd

arrow Ətraflı
Zakir Həsənov Akarla birgə hərbi təlimləri izləyəcək like
  • 11 May 11:39  
Siyasət Zakir Həsənov Akarla birgə hərbi təlimləri izləyəcək

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli m

arrow Ətraflı
Əməkdar artist xəstəxanadadır, like
  • 11 May 11:36  
Kriminal Əməkdar artist xəstəxanadadır,

Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların b

arrow Ətraflı
Ermənistanın təxribatı nəticəsində like
  • 11 May 11:26  
Digərləri Ermənistanın təxribatı nəticəsində

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat

arrow Ətraflı
Mayın 1113də maqnit qasırğası proqnozlaşdırılır like
  • 11 May 11:25  
Digərləri Mayın 1113də maqnit qasırğası proqnozlaşdırılır

Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Günəş d

arrow Ətraflı
Beyləqan sakinindən "Kalaşnikov" götürülüb like
  • 11 May 11:14  
Kriminal Beyləqan sakinindən "Kalaşnikov" götürülüb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm

arrow Ətraflı
Priqojin yalan deyir, xeyli silahı var like
  • 11 May 11:03  
Dünya Priqojin yalan deyir, xeyli silahı var

Priqojinin "Vaqner"in mərmi çatışmazlığı yaşadığı və Baxmu

arrow Ətraflı
Ermənistan təxribat əmrini haradan aldı? like
  • 11 May 10:52  
Siyasət Ermənistan təxribat əmrini haradan aldı?

Bu təxribatlar göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatlar

arrow Ətraflı