Mayın 1113də maqnit qasırğası proqnozlaşdırılır
Digərləri 11 May 2023 11:25:00 219 0
Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Günəş diski üzərində olan fəal oblastların bir qismi müxtəlif M sinif alışmalar yaradıb.
Bu xəbəri də oxu: Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL
Bu barədə Son.az-a Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Məlumatda bildirilir ki, mayın 7-də baş vermiş Tac Kütlə Atılmasının (CME- Coronal Mass Ejection) ötən sutkada geomaqnit sahəyə daxil olan zərbə dalğasının təsiri nəticəsində G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğa müşahidə olunmaqdadır.
CME axınının təsirinin davamedici nəticəsi olaraq mayın 11-də günün əvvəli və sonu üçün G1 qasırğası proqnozlaşdırılır. Gözlənilən CME zərbə dalğası yuxarı coğrafi enliklərdə G3 (mülayim-güclü), aşağı coğrafi enliklərdə G1 maqnit qasırğası yarada, bu zaman maqnit sahəsinin kifayət qədər güclü həyəcanlaşması baş verə bilər. Mayın 12-də günün ilk yarisi yuxarı coğrafi enliklərdə G2 (mülayim-orta), aşağı coğrafi enliklərdə G1 səviyyəli qasırğa, mayın 13-də isə qasırğanın səngiməsi, lakin geomaqnit sahənin fəal səviyyədə (Kp=4) qalması proqnozlaşdırılr. Hazırda hər hansı fəallığa malik yeni Tac Kütlə Atılması müşahidə olunmur və geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı 4-dür. 11-13 may tarixləri üçün Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 2-5 intervalında dəyişəcək.
Yerin maqnit sahəsində meydana gələn güclü həyəcanlaşma səbəbindən həmin günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də "Tota
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm
Priqojinin "Vaqner"in mərmi çatışmazlığı yaşadığı və Baxmu
Bu təxribatlar göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatlar
Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ay ərzində "qara" baza
Xəbər verdiyimiz kimi, dünən Dövlət Sosial Müdafiə Fondu tərəfindən B
Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş t
2023-cü ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidməti xətti ilə dövl�
Azərbaycan əsgərinin başından yaralanması faktı üzrə cinayət işi baş
İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Club 100
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş a�
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İstanbulu