Ermənistan təxribat əmrini haradan aldı?
Siyasət 11 May 2023 10:52:00 228 0
Bu təxribatlar göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatlar sabun köpüyündən başqa bir şey deyil.
Bu xəbəri də oxu: Fransız səfirdən Bakıya “həmlə”: Qərbi Azərbaycanın xəritəsini yaydı
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Ermənistan sülh danışıqlarında qeyri-səmimidir:
"Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb, belə bir niyyəti indi də yoxdur və daha əvvəllər olduğu kimi bu dəfə də 14 may Brüssel danışıqları öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb. Bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görəcək və adekvat cavab tədbirləri nəticəsində Ermənistana növbəti dəfə yeri göstəriləcək.
Bu təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan Ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazilərimizdə xəsarət alırsa, münasibətlərin belə bir gərgin səviyyəsində hansısa sülh danışıqlarından söhbət gedə bilməz.
Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil. Bizim üçün sülh Azərbaycan əraziləri 30 illik işğal altında qalan müddətdə lazım idi. İndi sülh daha çox Ermənistana lazımdır.
Nikol Paşinyanın iki gün əvvəl Moskvaya səfər etməsi, səfərdən qayıdan kimi dünən bütün hərbi rəhbərliyi bir araya yığması, bu təxribatların sifarişinin Moskva tərəfindən verildiyinin də göstəricisi ola bilər. Çünki Rusiya KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) qüvvələrini Ermənistan ərazisində yerləşdirmək niyyətini açıq şəkildə ifadə edib".
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ay ərzində "qara" baza
Xəbər verdiyimiz kimi, dünən Dövlət Sosial Müdafiə Fondu tərəfindən B
Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş t
2023-cü ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidməti xətti ilə dövl�
Azərbaycan əsgərinin başından yaralanması faktı üzrə cinayət işi baş
İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Club 100
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş a�
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İstanbulu
ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezide
Visa Beynəlxalq ödəniş sistemi bu il də ən fəal ölkə banklarına müxt�
Türkiyədə keçmiş həyat yoldaşını və qızını dəfələrlə bıçaqlay