XİNdən sərhədyanı bölgələrdə erməni təxribatları ilə bağlı
Siyasət 11 May 2023 12:31:00 208 0
Ermənistan Respublikası sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır.
Bu xəbəri də oxu: Bakıda milyardlıq razılaşma Tarixi uğura
Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib və bu təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub, təxribatlar nəticəsində bir nəfər hərbi qulluqçumuz həlak olub.
Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.
Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür.
Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən keçmiş hakim Fəqan Əh
"Birincə sinfə qəbul zamanı məktəb direktorunun hər hansı valideynd
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli m
Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların b
Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat
Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Günəş d
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də "Tota
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm
Priqojinin "Vaqner"in mərmi çatışmazlığı yaşadığı və Baxmu
Bu təxribatlar göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatlar
Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ay ərzində "qara" baza
Xəbər verdiyimiz kimi, dünən Dövlət Sosial Müdafiə Fondu tərəfindən B